Məhkəmə qərarları › İş №2(013)-220/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-220/2024

26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-220/2024 26.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28 iyun 2007-ci il təvəllüdlü X4 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında, Cavabdeh ilə birgə nikahlarından 28 iyun 2007-ci il təvəllüdlü X4 və 17 may 2020-ci il təvəllüdlü X5 adlı uşaqlarının anadan olduğunu, cavabdehlə aralarında olan nikahın Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən pozulduğunu, hər iki övladının ananın himayəsinə verildiyini, və onun xeyirinə alimentin təyin edildiyini, buna baxmayaraq Əntiqə adlı övladının anadan imtina edərək onunla qaldığını, daha sonra həmin uşağın məhkəmə qətnaməsinə əsasən onun himayəsinə verildiyini, lakin uşağın saxlanması üçün onun xeyirinə aliment təyin edilmədiyini, özünün isə cavabdehin xeyirinə hər ay 160 manat sabit pul məbləğində aliment ödədiyini, cavabdehin isə onunla maraqlanmadığını, övladının saxlanmasına heç bir maddi yardım göstərmədiyini, hal bu ki, cavabdehin maddi imkanının buna icazə verdiyini, özünün bu günə qədər aliment tələb etmədiyini, bu səbəbdən də 28 iyun 2007-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Səbail rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, № 996746 nömrəli, xx.xx.2007-ci il tarixli “X3”nin surətindən görünür ki, X4 28 iyun 2007-ci il tarixdə doğulmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-2336/2019 saylı, 21 avqust 2019-cu-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah aktı qeydi pozulmuş, tərəflərin birgə nikahdan olsan 28 iyun 2007-ci il təvəllüdlü X4 və 17 may 2020-ci il təvəllüdlü X5 adlı uşaqlar Cavabdeh hümayəsində saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 160 manat olmaqla cəmi, 320 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyirinə tutulması qət edilmişdır. İş materiallarında olan qanuni qüvvəsini almış Ağdam Rayon Məhkəməsinin 2(013)-1986/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, 28 iyun 2007-ci il təvəllüdlü X1 atası İddiaçı yanında qalması müəyyən edilməsi qət edilmişdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2336/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar Cavabdeh himayəsində saxlanmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdən Əntiqə adlı uşaq atası İddiaçı yanında qalmış və hazırki vaxta qədər onun yanında yaşamışdır. Azyaşlı Əntiqə adlı uşaq anasının himayəsinə getməkdən imtina etmişdir. Artıq 10 yaşı tamam olmuş Əntiqə atası İddiaçı himayəsində qalmaq istədiyini bildirmişdir. Belə olan halda 10 yaşına çatmış Əntiqə adlı uşağın atasının himayəsində qalmaq istəməsi barədə fikri Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən mütləq nəzərə alınmaqla, İddiaçı iddiası təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübüt edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəməyə 01 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment qeyd edilən vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 28 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasına 01 dekabr 2023-cü il tarixdən başlanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 39 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 28 iyun 2007-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına 01 dekabr 2023-cü il tarixdən başlanılsın. Cavabdeh 39.0 (otuz doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar