Məhkəmə qərarları › İş №2(013)-2275/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2275/2025

04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2275/2025 04.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanması üçün cavabdehin hər ay, hər uşaq üçün 246 manat sabit pul miqdarında alimentin və 60 manat mediyasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia ərizəsində İddiaçı ilə Cavabdeh 26 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduqları, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqlarının doğulduğunu, aralarında olan nikah aktı qeydinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)- 1351/2021 saylı qətnaməsi ilə pozulduğunu və birgə nikahlarından doğulmuş uşaqların iddiaçının himayəsinə verildiyi, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında qət edildiyini, həmin vaxt cavabdehin rəsmi olaraq işlədiyi, hazırda isə işdən çıxdığı, odur ki, iddiaçının təyin olunmuş alimentin sabit pul məbləğinə dəyişdirilməsi tələbi göstərilmişdir. İddiaçıdan məhkəməyə teleqram daxil olmuş və iddiaçı teleqramında səhhətində problemlərin olması səbəbindən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəyini, odur ki, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakın edən Cavabdeh izahatında onun "xxxx" QSC-də Yük daşımaları departamentində teplovoz maşinisti işlədiyini, lakin, iddiaçının qeyd etdiyi miqdarda aliment ödəməyə onun maddi imkanının olmadığını, aylıq maaşının dəyişgən olduğu üçün alimentin sabit məbləğə keçirilməsinə etiraz etmədiyini bildirdi və qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Mingəşevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1351/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə, tərəflər arasında 26 iyul 2010-cu il tarixdə Ağdam rayonu, Yusifcanlı ərazi nümayəndəliyində №20 ilə qeydə alınmş nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqlar anası, İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Ağdam rayon, Yusifcanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, № 215461 nömrəli “X3”nin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 anası İddiaçı, atası isə Cavabdehdur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Mingəşevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, № 997510 nömrəli “X3”nin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 anası İddiaçı, atası isə Cavabdehdur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdən "xxxx" QSC-də Yük daşımaları departamentinin Lokomativlərin istismarı xidmətinin Gəncə lokomativlərin istismarı deposunun lokomativ biriqadasında teplovoz maşinisti işləyir. Həmin arayışda Cavabdeh son 12 ay üzrə əmək haqqı cədvəlindən görünür ki, saat hesabı ilə hesablandığı üçün cavabdehin aylıq əmək haqqı (qazancı (gəliri)) dəyişəndir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Mingəşevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)- 1351/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa ümumilikdə 0.90 misli həddində sabit pul məbləğində aliment üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı və alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 04 sentyabr 2025-ci il tarixli, 2(013)-2275/2025 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 60 manat məbləğində mediyasiya xərci cavabdehdən tutularaq idddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Mingəşevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1351/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa ümumilikdə 0.90 misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 04 sentyabr 2025-ci il tarixli, 2(013)-2275/2025 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Cavabdeh 60 (altmış) manat məbləğində mediyasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar