Məhkəmə qərarları › İş №2(013)-2468/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2468/2025

22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2468/2025 22.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə mülki işə 22 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, Göygöl Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə ondan bir uşağa görə 400 manatdan çox aliment tutmaqla qanunsuzluğa yol vermiş, maddi hüquq norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarını düzgün tövsif və tətbiq etməmiş, mövcud reallıqdan və məhkəmə praktikasından kənar qərardad qəbul edilməklə onun 2-ci ailəsindən olan 3 azyaşlı və məktəbli övladının acından ölməsinə və gələcəkdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə növbəti bir məhkum olunacağına şərait yaratmışdır. Göygöl Rayon Məhkəməsi onun 2-ci dəfə rəsmi nikahda olmasını həmin nikahdan 3 azyaşlı övaladının olmasını indeksasiya barədə ərizəyə etirazını, onun yaşayışını ağırlaşdıran halları nəzərə almadan ilk faktiki nikahından olan övladına alimentin indeksasiyasını 2014-cü ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə deyil, 2018-ci ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə indeksasiya etməkdə yanlışlığa yol vermişdir. Belə ki, Göygöl Rayon Məhkəməsi onun ilk faktiki nikahından olan övladına alimentin tutulması barədə 2014-cü il tarixli Göygöl Rayon Məhkəməsinin qətnaməsini əldə etmədən və həmin qətnaməni hüquqi nəticəsini araşdırmadan və nəticə hissəsinə münasibət bildirmədən yalnız 2018-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsinə münasibət bildirərək həmin dövrdə minumum əmək haqqının son məbləği həddində kəsilən alimentin indeksasiya edərək, 2025-ci ildə müəyyən olunmuş yaşayış minimumu tam həcminin mislini, yəni 100 % mislində indeksasiya edərək, ona 400 manatdan artıq 1 uşağa görə aliment kəsməsi və alimenti indeksasiya etməsi tamamilə maddi hüquq normalarının tələblərinə zidd olduğunu, 2-ci rəsmi nikahından 3 övladı olduğunu, aylıq gəlirinin hal-hazırda 200-300 manatdan artıq olmadığını, məhkəmənin müəyyən etdiyi 400 manat alimentin onun digər uşaqlarının da ailə və maddi vəziyyətinin və maddi rifahının pisləşməsinə səbəb olduğunu qeyd etməklə Göygöl rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-24/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş, yəni indeksasiya edilmiş xx.xx.2014ci il təvəllüdlü X4 görə olan alimentin miqdarnın azaldılaraq, 2-ci nikahından olan 3 azyaşlı övladının da olması səbəbinə görə hazırkı minumum əmək haqqının 4 övladın arasında bərabər hissədə bölünməsi və uşaqların sayına uyğun olaraq, yenidən ilk nikahından olan oğlu X1 üçün sabit məbləğdə alimentin müəyyən edilməsi barədə və ya bu mümkün olmazsa, minumum əmək haqqının 4 övladı arasında bərabər hissədə misliləndirilməsi barədə və ya mislinin müəyyən edilməsi barədə və həmçinin 8(066)-24/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş minumum əmək haqqının 100 misli hədində olan alimentin xx.xx.2025-ci il tarixdən bu günə qədər olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə xx.xx.2025-ci il tarixli 8(066)- 24/2025 saylı qərardadı ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X4 görə tutulan alimentin miqdarının azaldılaraq 150 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-859/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının bir misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı iddiasının təmin edilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarında göstərilən əsaslardan heç biri mövcud deyildir. İddiaçı tələbinin təmin olunması üçün istər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normaları, istərsə də qanunvericiliyin digər normaları əsas ola bilməz. İddiaçı tələbinin təmin olunması Yusif adlı azyaşlı uşağın hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı çıxarıldıqdan sonra alimentin miqdarının azaldılmasına səbəb olan tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respuublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin maddənin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin maddənin Vİ hissəsində qeyd olunmuşdur ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 49.2-ci maddəsinddə qeyd olunmuşdur ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 55.1-ci maddəsində göstərilmişdir ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2-ci maddəsində göstərilmişdir ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 20 dekabr 2024-cü il 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3-cü bənddə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plenum Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İddiaçı alimentin tutulmasını müəyyən edən Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-859/2018 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə indeksasiya edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-859/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmamış, sadəcə olaraq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən indeksasiya edilmişdir. Hazırda Ağdam Rayon Məhkəməsi tərəfindən aliment məbləğinin dəyişdirilməsi və alimentdən azad olunma barədə qərar çıxarılması məqsədə müvafiq deyildir. İddiaçı hazırki tələbi təmin olunacağı təqdirdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 20 dekabr 2024-cü il 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının tətbiqində uyğunsuzluq yaranacaq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X4 görə tutulan alimentin miqdarının azaldılaraq 150 manat həddində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar