Məhkəmə qərarları › İş №2(013)-2484/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2484/2025

01.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2484/2025 01.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilmiş hesab edilməsi tələbi barədə mülki işə 01 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq əmək müqaviləsinin ləğv edilmiş hesab edilməsi və müvafiq qeydlərin «Əmək və məşğulluq» altsisteminə daxil edilməsi hüquqi X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayonunun Muradbəyli kəndindən məcburi köçkün düşüb Yevlax rayonu Aran-2 qəsəbəsində məskunlaşmışdır. İddiaçı ünvanlı sosial yardım almaq üçün müraciət edərkən "xxxx" MMC ilə aylıq 1080 manat əmək haqqı olmaqla baş menecer kimi onunla əmək müqaviləsi bağlanıldığı məlum olmuş, iddiaçının bu məsələdən məlumatı olmamışdır. Bu səbəbdən iddiaçı ünvanlı sosial yardım ala bilməmişdir. "xxxx" MMC-yə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini istəmiş, lakin şirkət onun müraciətinə məhəl qoymamışdır. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- H-52481/2025 nömrəli məktubla ona məhkəməyə müraciət etməyi bildirmişlər. İddia ərizəsi Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata götürülmüşdür. İş üzrə tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 2ının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilmiş hesab edilməsi tələbi barədə 2(013)-2484/2025 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar