Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2743/2024 23.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Birgə iddiaçılardan İddiaçı1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılardan İddiaçı1 ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ondan aldığı 18.000 manat məbləğində pulun və məhkəmə xərci olaraq ödənilmiş 144 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsinə əsasən məhkəmənin qərardadları ilə İddiaçı2 da birgə iddiaçı qismində işə cəlb edilmiş, ilkin İddiaçı1 birgə iddiaçı qismində saxlanılmış, Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir. İlkin iddia vermiş İddiaçı1 iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam rayonu Quzanlı Qəsəbə sakini Cavabdeh1 2023-cü ilin mart ayından tanıyır. İlqarı onunla Orxan adlı şəxs tanış edib. Söhbət əsnasında İlqar bildirmişdir ki, əvvəllər Fövqəladə Hallar Nazirliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Şöbəsində işləmiş, hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir və eləcə də özünə məxsus podrat şirkəti var, şirkətə rəhbərlik edir. İlqara iş fəaliyyətinin nədən ibarət olması barədə sual etmiş, İlqar cavab olaraq bildimişdir ki, vətəndaşlarla notarial qaydada podrat müqaviləsi bağlayaraq, müqavilə əsasında vətəndaşlara fərdi yaşayış evləri tikərək tam təmirli şəkildə onlara təhvil verir. İlqarla Bakı şəhəri, Abşeron rayonu, Hökməli Qəsəbəsi, At Yalı deyilən yaşayış massivində 3 sot torpaq sahəsində olan mişar daşlarından yarım tikili evi 18.000 manata tikilməyə razılaşmış, 18.000 manat əvəzinə İlqara X 5 markalı avtomobilini vermiş, sonra İlqar ona bildirmişdir ki, istəsə ona satdığı evin həyətyanı sahəsini mişar daşlarından hasarlayaraq və evi tam təmir edərək ödəniş əsasında ona təhvil verə bilər. İlqardan nə qədər ödəniş etmək müqavilində 3 sot torpaq sahəsinin dörd bir yanını və 70.80 kv.m yarım tikili evi tam təmir edib ona təhvil verə bilməsini soruşmuş, İlqar bildirmişdir ki, 19.000- 20.000 manat ödəniş etsə dediyi işləri görüb təhvil verər. İlqara bildirmişdir ki, 18.000 manat ödəniş edə bilər, İiqar onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə İlqarın mobil nömrəsinə zəng edərək bildirmişdir ki, Bakı şəhəri 43 saylı Notariat Ofisinin qarışındadır, gəlib tikinti ilə bağlı Podrat müqaviləsi bağlasınlar. İlqar ona bildirmişdir ki, təcili Ağdam rayonuna çıxır, Bakı şəhərində deyil, Orxan adlı yaxın dostu gələcək, Orxana etibarnamə vermişdir, onunla müqavilə bağlasınlar. Həmin günü Bakı şəhər sakini Cavabdeh2 43 saylı Notariat Ofisinə yaxınlaşmış, Orxan özünü İlqarın nümayəndəsi kimi təqdim etmişdir. Orxanla 43 saylı Notariat Ofisində özünün şəxsiyyət vəsiqəsi yarasız olduğu üçün Podrat müqaviləsi bağlanmasına icazə verilməmişdir. Buna görə də tanıdığı, 2-ci X3 İddiaçı2 ofisə dəvət etmiş, Namiq onun xahişini qəbul edərək notariat ofisinə gəlmiş, onun adından Namiq və həmçinin Cavabdeh1 etibarnamə ilə nümayəndəsi Orxanın iştirakı ilə podrat müqaviləsi bağlamışlar. Həmin vaxtı Podratçının hesabına 1000 manat pul ödəmiş, pulun qalan 17.000 manat hissəsini 2 günə İlqara ödəyəcəyinə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixdə İlqar İmişli rayonuna gəlmiş, İlqarla rayonda görüşmüş, orada İlqara 17.000 manat pulu tam şəkildə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Namiqlə və İlqarla bağlanmış Podrat müqaviləsinin arxasına İlqar öz xəti ilə yazaraq 18.000 manatı tam şəkildə aldğığnı, gələcəkdə onun heç bir şikayət və tələbi olmayacağı barədə sözləri yazaraq imzası ilə təsdiq etmişdir. Sonradan ona məlum olmuşdur ki, İlqar dələduzluq maddəsi ilə həbsdə olub, vətəndaşların şəxsi etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirdiyinə görə dəfələrlə barəsində məhkəmə qərarları olub. İlqarın ona satdığı torpaq sahəsi və yarımçıq tikili ev tamam başqa şəxsə aiddir, İlqar onu aldadaraq X5 markalı maşınını və 18.000 manatını mənimsəyibdir. Başqa şəxsə aid olan torpaq sahəsinə və yarımçıq tikiliyə görə İlqara verdiyi X5 markalı avtomobili geri ala bilmişdir. Müqavilə əsasında İlqara ödədiyi 18.000 manatı isə bu günə kimi İlqardan ala bilmir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia vermiş İddiaçı1 məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi, əlavə olaraq göstərdi ki, İlqarı 2023-cü il tarixdən tanıyır, İlqarı Orxan adlı şəxs onunla tanış edib. İlqar ona Atyalı deyilən ərazidə 2 sot torpaqda ev satıb. Bunun əvəzində İlqara X5 markalı, BMV maşınını verib, maşını etibarnamə ilə verib, maşının alqı-satqısını sonra ediblər. Həmin evə gedib baxarkən və təmizlik işləri apararkən bir nəfər şəxs ona yaxınlaşmış və evin sair şəxsə məxsus olmasını bildirmişdir. Bundan sonra İlqara zəng etmiş, telefonda ondan evin kimə məxsus olmasını soruşmuş, İlqar əvvəl evin özünə məxsus olmasını bildirmiş, sonra isə telefonu söndürmüşdür. Bundan sonra bilmişdir ki, İlqar onu aldadıb. İlqar ona həmçinin bildirib ki, tikinti işləri ilə də məşğuldur, evi tikib ona təhvil verəcək, bununla bağlı 18.000 manata razılaşmışlar. Şəxsiyyət Vəsiqəsinin yan tərəfi əzik olduğu üçün və notariatda həmin şəxsiyyət vəsiqəsi ilə müqavilə bağlamağın mümkün olmadığını ona bildirdiklərindən adından podrat müqaviləsini dostu İddiaçı2 bağlamışdır, İlqarın adından isə onun etibarnamə verdiyi Orxan adlı şəxs bağlamışdır. 1000 manat ilkin olaraq vermiş, 17.000 manatı isə İmişli Rayonunda təsərrüfatında olan mal-qaranı sataraq İlqara şəxsən özü vermişdir. Öz xətti ilə İlqar bu barədə müqavilədə qeydiyyat aparıb. Beləliklə 08 aprel 2024-cü il tarixdə 1000 manat, 10 aprel 2024-cü il tarixdə isə 17000 manat İlqara pul verilib. Hazırda həmin məbləği tələb edir. Müqaviləni onun adından dostu Namiq imzalasa da pulu İlqara özü verib, İlqar bu barədə öz xətti ilə qeyd yazıb. Həmçinin bildirir ki, müqaviləni İlqarın adından imzalamış Cavabdeh2 qarşı heç bir tələbi yoxdur. Çünki Orxana pul verilməyib. Müqavilə bağlanarkən notariusda ödənilmiş 1000 manatı Orxan götürüb İlqara vermişdir. İlqar həmin pulu götürdükdən sonra ona zəng edib pulu itirdiyini bildirmişdir. Ona görə də hazırkı tələbi Cavabdeh1 qarşıdır, tələbinin tam həcmdə ona qarşı təmin edilməsini xahiş edir. İddiaçı qismində işə cəlb edilmiş İddiaçı2 iddia tələbini müdafiə etdi. Göstərdi ki, 2-ci X1, Raulla yaxın münasibətləri var. Raulun dəvəti ilə Bakı Şəhərində 43 saylı Notariat Ofisinə gəlmiş, orada Cavabdeh1 nümayəndəsi kimi etibarnamə verilmiş Cavabdeh2 ilə 18.000 manat iş dəyəri olan Podrat müqaviləsi bağlamışlar. Həmin müqaviləyə görə İlqar Raul üçün tikinti işləri görməli idi. Həmin vaxtı Podratçının hesabına 1000 manat pul ödəmişlər. Sonradan pulun qalan 17.000 manat hissəsini isə Raul özü İlqara ödəmişdir. Bundan sonra isə İlqar işləri görməmiş, pulları isə qaytarmamışdır. Hazırda İlqarın müqavilə üzrə 18.000 manat borcu var. Müqaviləni Raulun adından imzalasa da 18000 manat pulu Raul İlqara verib. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, telefon əlaqəsi zamanı məhkəməyə gəlməyəcəyini bildirmiş, məhkəməyə teleqram vurmuşdur. Teleqramında Cavabdeh2 göstərmişdir ki, 2023-cü ilin aprel ayında İddiaçı1 ilə Cavabdeh1 evin tikintisi ilə bağlı podrat müqaviləsi bağlamaq qərarına gəlmişlər. Həmin vaxt İlqarın şəxsiyyət vəsiqəsi olmadığından ona bildirmişdir ki, etibarnamə verəcək, onun adından nümayəndəsi kimi İddiaçı1la müqavilə bağlasın, müqaviləni imzalasın. İlqarın dediyi ilə razılaşmış, İlqarın adından İddiaçı1 nümayəndəsi olan İddiaçı2lə podrat müqaviləsi bağlamış, imza etmişlər. Həmin vaxt İddiaçı1 razılaşdırılmış 18000 manat məbləğin 1000 manatını notariat vasitəsi ilə ödəmiş, həmin 1000 manat pulu götürüb İlqara vermişdir, müqavilə üzrə qalan 17000 manatını isə İmişli Rayonunda Raul İlqara vermişdir. Həmin puldan ona heç bir məbləğ verilməyib. Cavabdeh1 məhkəmə iclasları barədə məlumatlandırılmış, müvafiq SMSlər ona çatmış, lakin məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə iddia tələbləri ilə bağlı hər hansı etirazını göndərməmiş, sonuncu məhkəmə iclasına teleqram vuraraq heç bir həkim arayışı təqdim etmədən səhhətində problem olmasını, məhkəmə iclasının təxir edilməsini xahiş etmişdir. Məhkəmə işin uzun müddətdir məhkəmənin icraatında olmasını, Cavabdeh1 baxılan işlə bağlı etirazlarının olmamasını, məhkəmə iclaslarına gəlməməsini nəzərə alaraq onun iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəaları baxımından mümkün hesab etmişdir. Məhkəmə birgə iddiaçıları dinləyib, cavabdehlərdən Cavabdeh2 teleqramında göstərdiklərini nəzərə alıb, iş materiallarını nəzərdən keçirib, sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia tələbləri cavabdehlərdən Cavabdeh1 münasibətdə təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 1978-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş 08 aprel 2023-cü il tarixli, Bakı Şəhəri 43 saylı Notariat Ofisində bağlanmış Podrat Müqaviləsinin surətindən görünür ki, birinci tərəf Cavabdeh1, ikinci tərəf İddiaçı2 arasında müqavilə bağlanır, birinci tərəf öz materiallarından istifadə etməklə Abşeron rayonu X8 Massivi ünvanında yerləşən, tikinti sahəsi 67 kv.metr təşkil edən 6.40 metr hündürlüyü, 8 daş kürsüsü, 2,80 metr tavan hündürlüyü olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil ollmaqla 18.000 manat təşkil edir, sifarişçi həmin məbləğin 1000 manatını notariusun depozit hesabı vasitəsi ilə ödəyir, qalan 17.000 manat məbləği isə 2 gün müddətində notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. İddiaçı1 məhkəməyə təqdim etdiyi sadə Razılaşma Müqaviləsindən görünür ki, həmin müqaviləni hazırkı cavabdehlərdən Cavabdeh1 yazmış, imzalamış, Cavabdeh1 orada göstərir ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə bağlanmış Podrat Müqaviləsi üzrə 18.000 manat pul almışdır. Ərizəyə əlavə edilmiş 18 avqust 2023-cü il tarixli, İmişli Rayon Polis X2 cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, həmin iş üzrə araşdırma hazırkı iddiaçılardan İddiaçı1 şikayət ərizəsi üzrə aparılmış, İddiaçı1 polisə müraciət edərək hazırkı cavabdehlərdən Cavabdeh1 onun 18.000 manat pulunu ələ keçirməsini bildirmiş, toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin materiallar İmişli Rayon Polis Şöbəsindən götürülmüş və öyrənilmişdir. Materiiallarda olan İddiaçı1 izahatında o, göstərmişdir ki, Cavabdeh1 Hüseyn oğlunu tanıyır, belə ki, İlqar dələduzluq edərək başqa şəxsə məxsus torpaq sahəsini ona satmışdır. İlqarın bu hərəkətləri ilə 18000 manat zərərə düşmüşdür. Bildirir ki, bibisi nəvəsi X6 ona bildirmişdir ki, Bakı şəhərində Orxan adlı dostu var, Orxanın tanıdığı Cavabdeh1 adlı şəxs Abşeron rayonu Hökməli qəsəbəsi (At yalı) deyilən ərazidə yerləşən, 3 sot torpaq sahəsi olan, üzərində mişar daşlarından hörülmüş yarım tikili olan ev satır. Eminlə həmin evə baxmaq istəmişdir. xx.xx.2023- cü il tarixdə Eminin tanışı Orxanla birlikdə həmin əraziyə və satılan evə baxmışlar. Orxana bildirmişdir ki, nəğd pulu yoxdur, hyətyanı sahəni alası olsa pul əvəzinə BMV X5 markalı avtomobilini qiymət edib ödəniş edər. Orxan bildirmişdir ki, İlqarla danışıb məlumat verər. xx.xx.2023-cü il tarixdə Orxan zəng edib İlqarla danışdığını, razılaşdığını bildirmiş, 05.4.2023-cü il tarixdə saat 21-00 radələrində Nəsimi rayonu, Şamaxinka ərazisində yeməkxanada görüşəcəklərini bildirmişdir. Bir azdan həmin ünvana getmiş, Cavabdeh1la görüşmüşlər. İlqar bildirmişdir ki, satdığı ev 15 ilə yaxındır ki, özünündür, bələdiyyə sənədləri var, həmin sənədləri təqdim edəcək. İlqar həmin evi 18.000 manata satmaq istədiyini bildirmişdir. İlqara demişdir ki, pulu yoxdur, 18.000 manat əvəzinə BMV X5 markalı avtomobili verə bilər, razılaşmışlar. Sonra İlqar ona bildirmişdir ki, podratçı şirkəti də var, ev tikdirmək istəsə müqavilə bağlayıb ev tikə bilər. İlqara bildirmişdir ki, bir az vaxt versin, ev tikdirmək istəyir. xx.xx.2023-cü il tarixdə İlqarın mobil nömrəsinə zəng edərək 70,80 kv.m evi neçəyə inşa edə biləcəyini soruşmuş, İlqar bildirmişdir ki, 20.000 manat versə inşa edər. İlqara 18.000 manat ödəyə biləcəyini demiş, razılaşmışlar. Müqavilə bağlamaq üçün xx.xx.2023-cu il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisinə gəlmiş, İlqara zəng etmiş, İlqar bildirmişdir ki, təcili Ağdam rayonuna çıxır, Bakı şəhərində deyil, onun adından yaxın dostu Orxan gələcək və Podrat müqaviləsi bağlayacaq. Bir neçə dəqiqə sonra Orxan adlı şəxs notariat ofisinə gəlmişdir. Orxan bildirmişdir ki, İlqarın etibarnamə ilə rəsmi nümayəndəsidir. Şəxsiyyət vəsiqəsi yarasız olduğunda notariat ofisinin əməkdaşı Orxanla Podrat müqaviləsi bağlamağına icazə verməmişdir. Həmin vaxtı dostu, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini, 2-ci X3 İddiaçı2 Arzuman oğlunu notariat ofisinə çağırmış, Namiq xahişini qəbul edərək kömək məqsədi ilə ofisə gəlmişdir. Namiq şəxsiyyət vəsiqəsini notariat ofisinin əməkdaşına taqdim etmiş, Cavabdeh1 Hüseyn oğlu ilə Əliyev X5 müqaviləsi bağlamışlar. İddiaçı2 Podrat müqaviləsinə imza etmiş, Cavabdeh1 əvəzinə isə Cavabdeh2 etibarnamə ilə müqaviləni imza etmişdir. Həmin vaxtı Podratçının hesabına 1000 manat pul köçürmüş, 17.000 manat isə 2 günə göçürməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixdə İlqar İmişli rayonuna gəlmiş, onunla görüşmüş, 17.000 manat pulu İlqara vermiş, İlqar əlyazma ilə aralarında bağlanmış Podrat müqaviləsinin arxasına 18.000 manatı almasını qeyd etmişdir. Bir neçə gündən sonra İlqara zəng etmiş, evi nə vaxt tikəcəyini soruşmuş, İlqar bildirmişdir ki, tezliklə eskizlahiyyə uyğun ev tikəcək. Bundan sonra İlqarın ona satdığı evə getmiş, həmin vaxtı bir nəfər yaxınlaşaraq həmin evin özünə məxsus olmasını bildirmişdir. Həmin şəxsə evi İlqardan almasını bildirmiş, İlqarın istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrinə zəng etmiş, vəziyyəti ona bildirmişdir. İlqar telefonu söndürmüş, onunla danışmamışdır. Sonra Orxanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etdərək vəziyyəti ona bildirmişdir. Orxan onu görüşməyə çağırmışdır. Orxanla Bakı şəhərində görüşmüş, Orxan İlqara zəng edərək satdığı evin digər sahibi olmasını bildirmiş, gəlib məsələni həll etməsini xahiş etmişdir. İlqar Orxana bildirmişdir ki, hazırda Laçın rayonundadır, sabah gəlib məsələni həll edəcək. Sabahısı günü İlqar gəlməmişdir. Sonra İlqarla danışmış, bildirmişdir ki, başqa vətəndaşın evini və torpaq sahəsini ona satıb, bu cinayət əməlidir, pulları geri qaytarsın. Dəfələrlə zəng edib, İlqardan pulları geri tələb etmiş, İlqar məqsədli şəkildə pulları geri qaytarmaqdan yayınmışdır. Sonradan məlum olmuşdur ki, İlqar vətəndaşları aldadaraq, etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pullarını, əmlaklarını bu və digər formada ələ keçirərək mənimsəmiş, məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə Orxana və İlqara zəng edərək görüşmüşlər. İlqara satdığı ev və torpaq sahəsinin başqa vətəndaşa məxsus olmasını bildirmiş, pulları geri tələb etmişdir. İlqar bildirmişdir ki, ki, verdiyi BMV X5 markalı avtomobil xarabdır, geri qaytara bilməz. İlqardan BMV X5 markalı avtomobili geri almışdır. Sonra İlqardan evin tiklisi üçün ödədiyi 18.000 manatı tələb etmiş, İlqar ona cavab olaraq bildirib ki, borcu yoxdur. İlqara hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmiş, İlqar "get hara şikayət edirsən et", hətta İlqar hüquq mühafizə orqanların ünvanına sözlə ifadə ediləməyəcək dərəcə də nalayıq ifadələr işlətmişdir. İlqar həmçinin onu ölümlə hədələmiş, onu öldürəcəyini bildirmişdir. İlqara 1000 manat Bakı şəhrində notariusda verib, qalan 17000 manat pulu isə xx.xx.2023-cü il tarixdə İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən kafedə vermişdir. Həmin materiallarda olan Cavabdeh2 izahatında o, göstərmişdir ki, İddiaçı1la Cavabdeh1 tanıyır. İlqarın tanışından qohumuna torpaq aldığı üçün İlqarla tanışlıqları yaranmışdır. Bakı şəhəri Binəqədi rayonu Şamaxinka dairəsində çayxanada olduğu vaxt İlqarla qarşılaşıb söhbətləşmiş, İlqar pul lazım olduğu üçün Abşeron rayonu Nübar (Atyalı) Qəsəbəsində 2 ədəd ev satdığını bildirmişdir. 2 gün sonra İlqarla görüşüb həmin evlərə baxmaq üçün getmiş, İlqar hər bir evi 15000 manata satdığını demişdir. Dostum Emindən qohumu Raulun ev axtardığını bildiyindən Raulu Bakı şəhərinə çağırmış, Raul, özü və İlqar görüşmüşlər. Həmin vaxt İlqarla Raul razılaşmışlar, torpaq sahəsinin əvəzinə 18000 manat hesablamaqla Raula məxsus BMV X5 markalı avtomobili İlqara vermişlər. Ev üçün isə Raul əlavə 18000 manat pul verməli idi. Bundan sonra xatırlamadığı tarixdə Raulun gohumundan natariat qaydasında 1000 manat pul almış, həmin pulu İlqara vermişdir. İlqar isə çəkdiyi əziyyətlərə görə ona 1500 manat pul verməli idi, ancaq daha sonra həmin pulu İlqardan ala bilməmişdir. Sonra İlqar qalan 17000 manatı İmişli rayonuna gələrək Rauldan götürmüşdür. Həmin məsələdə özünü günahkar bilmir. Sadəcə İlqardan 1500 manat pul alacağı üçün ortada vasitəçilik etmişdir. Ancaq daha sonra İlqar onu da aldadaraq həmin pulu verməmişdir. Bildirir ki, İlqar bir gün öncə ona etibarnamə verərək işi olduğunu, Ağdama oğlunun yanına gedəcəyini, həmçinin sosial düzəltmək üçün vəsiqəsini sosial idarəyə verdiyini, vəsiqəsi olmadığından həmin pulu natariusda ala bilməyəcəyini demiş, ona görə də pulu İlqarın əvəzinə özü götürmüşdür. İlqarın satdığı ev Gürcüstanlı adını bilmədiyi şəxsə məxsus olmuş, gürcüstanlılar ona sənəd göstərmişlər ki, həmin ev onlarındır. Ancaq daha sonra İlqar dələduzluq edərək yoxa çıxmışdır. Həmin materiallarda olan X4 izahatında o, göstərmişdir ki, Raul onun qohumumdur, Orxan isə dostudur. Orxanla Raulu tanış etmişdir və həmin vaxtdan da onlar da dostdurlar. X7 vasitəsi ilə torpaq sahəsi aldığını və həmin torpaq sahəsinin başqa şəxsə aid olduğunu eşitmişdir. Raul 17.000 manat torpaq sahəsinə pul vermişdir. 1000 manat isə Bakı şəhərində verilmişdir. Həmin materiallarda olan İddiaçı2 izahatında o, göstərmişdir ki, İddiaçı1la Cavabdeh1 tanıyır. Xatırlamadığı tarixdə Raul zəng edərək onu Bakı şəhərində yerləşən notariusa çağırmışdır. Raul ona şəxsiyyət vəsiqəsinin üstündə olmadığını demiş, ona görə müqaviləni onun adından bağlamışlar. Müqaviləni özü və Orxan bağlamışlar. Orxan isə İlqarın etibarnaməsi əsasında həmin müqaviləni bağlamışdır. Notariusda 1000 manat pulu Raul kassaya, İlqarın hesabına ödəmişdir. Bundan sonra İlqarla Raul aralarında olan söz-söhbətlərdə iştirak etməmişdir. İlqar dələdzuluq edərək Raulun 17000 manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Qeyd olunan Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Mülki Məcələnin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə Mülki Məcəllənin qeyd olunan normalarını qeyd etməklə onu bildirmək istəyir ki, hazırkı İddiaçı1 onu təmsil edən şəxs olan Cavabdeh2 sözügedən podrat müqaviləsini bağlamağa rəsmi olaraq səlahiyyət verməsə də, sonradan həmin əqdi bəyənib, həmçinin Cavabdeh2 həmin əqdi məhz İddiaçı1 adından bağlamasını da məhkəməyə bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), /1096.2/.delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 753.4-cü maddəsinə görə podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məcəllənin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Qeyd olunan Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 762-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətlərdə olduğunu, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, hazırkı mübahisə tərəfləri aralarında, konkret olaraq İddiaçı1 adından onu faktiki olaraq təmsil edən İddiaçı2lə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi, digər Cavabdeh2 aralarında podrat müqaviləsi bağlanmış, sifarişçi tərəf podratçının hesabına 1000 manat pul ödəmiş, pulun qalan 17.000 manat hissəsi isə sonradan podratçıya ödənilmişdir. Müqaviləyə əsasən pul məbləğləri cavabdehlərdən Cavabdeh1 ödənilmiş, podratçı 07 may 2023-cü il tarixdək yaşayş evini hazır edərək sifarişçiyə verməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəlik icra edilməmişdir. Həmin məbləğ yalnız podratçı qismində müqavilə tərəfi olan Cavabdeh1 ödənilmişdir, onun adından Cavabdeh2 yalnız müqaviləni imzalamış, pul məbləğlərini isə Cavabdeh1 özü almışdır. Sifarişçi qismində İddiaçı1 /nümayəndə vasitəsi ilə/ öhdəliyi icra etmiş, müqavilə üzrə nəzərdə tutulan pul məbləğini tam ödəmiş, podratçı tərəfindən isə müqavilə öhdəliyi ümumiyyətlə icra edilməmiş, həmin müqavilə üzrə ödənilən məbləğ isə geri qaytarılmamışdır. Cavabdeh1 məhkəmə iclaslarına gəlmir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə hər hansı etirazlarını təqdim etmir. Məhkəmə hesab edir ki, iddia tələbləri birgə iddiaçıların xeyrinə cavabdehlərdən Cavabdeh1 münasibətdə təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə görə iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Məcəllənin 51.2-ci maddəsinə görə birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Qeyd olunan Məcəllənin 51.3-cü maddəsinə görə başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən, cavabdehlərdən Cavabdeh1 münasibətdə təmin edilsin. Cavabdeh1 - 18.000 /on səkkiz min/ manat pul və dövlət rüsumu kimi ödənilmiş 144 /bir yüz qırx dörd / manat pul tutularaq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2743/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2743/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver