Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2772/2024 14.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 14 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2013-cü ildə Cavabdehla nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü ildə Ülvi, xx.xx.2016-cı ildə Cahid və xx.xx.2018-ci ildə Simran adlı uşaqları olmuşdur. Cavabdehlə faktiki ayrıldığını, uşaqların onun himayəsində qaldığını qeyd etməklə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Ülvi, xx.xx.2016-cı il təvəllüdlü Cahid və xx.xx.2018-ci il təvəllüdlü Simran adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 705 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2013-cü ildə Cavabdehla nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü ildə Ülvi, xx.xx.2016-cı ildə Cahid və xx.xx.2018-ci ildə Simran adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış, aralarında olan nikah pozulmamışdır. Uşaqlar onun himayəsində qalmışdır. Uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək uşağının xəstə olduğunu, hər ay dərmanı Türkiyə Respublikasından gətizdirdiyini və dərmana 600 manat pul ödədiyini, Kolin inşaat şirkətində kadr üzrə mütəxəsis işləməklə 1200 manat əmək haqqı aldığını, hər ay dərmana ödədiyi pulun nəzərə alınaraq aliment kəsilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş AZ-İİİ № 386953 saylı, AZ-İİİ № 786799 saylı və AZ-İV № 245084 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2014-cü ildə Ülvi, xx.xx.2016-cı ildə Cahid və xx.xx.2018-ci ildə Simran adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda üç uşağa görə hər ay qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri hər iki tərəfin mənafeyini və gələcəkdə ödənilməsində çətinlik yaranmamasını nəzərə alaraq Cavabdeh Ülvi, Cahid və Simran adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 92 manat dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü ildən başlayaraq Cavabdeh xx.xx.2014-cü ildə anadan olmuş Ülvi, xx.xx.2016-cı ildə anadan olmuş Cahid və xx.xx.2018-ci ildə anadan olmuş Simran adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 92 manat dövlət rüsumu tutulsun. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2772/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2772/2024
14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver