Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2842/2025 29.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair ərizəsi üzrə mülki işdə məhkəmənin 2(013)- 2842/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli Qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və mülki işin materiallarına baxaraq MÜƏYYƏNETDİM: Məhkəmənin İddiaçı 03 oktyabr 2025-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 1 uşağın saxlanılması üçün Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-288/2023 saylı Qətnaməsi ilə müəyyən edilmiş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(028)-33/2025 saylı Qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılsın, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün atası İddiaçı tutulan aliment məbləği hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.52 mislində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün 07 noyabr 2025-ci il tarixdə mülki işlə birlikdə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətini və iş materiallarını öyrənib, yuxarı məhkəmə instansiyasının Qərardadında göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələbləri pozulmuşdur, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinə görə apellyasiya şikayətində /361.1.4/ şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, /maddə 361.1.5/ şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, /maddə 361.1.6/ həmçinin şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar əks olunmalıdır. Apellyasiya şikayətindən də görünür ki, şikayət MPM-nin 2 saylı əlavəsində müəyyən olunmuş formada tərtib edilməməklə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması və hazırkı mübahisəyə aidiyyəti apellyator tərəfindən göstərilməmişdir. Belə olan halda apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361-366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİM: Ağdam Rayon Məhkəməsinin 2(013)-2842/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli Qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya geri qaytarılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət edilə bilər. Hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2842/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2842/2025
29.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver