Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3093/2025 23.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 23 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində xx.xx.2019-cu ildə anadan olmuş Yusif adlı uşağının saxlanılması üçün Cavabdeh hər ay 246 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından göründüyü kimi İddiaçı və Cavabdeh Ağcabədi rayonunun Cəfərbəyli kəndində qeydiyyatdadır və yaşayış yerləri də həmin ünvan sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Belə olan halda işə Ağcabədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə 2(013)-3093/2025 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3093/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3093/2025
23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver