Məhkəmə qərarları › İş №2(013)-3259/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3259/2025

07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3259/2025 07.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehlə birgə nikahlarından anadan olan xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 246 manat məbləğində alimentin tutularaq ona verilməsinə və həmçinin mediasiya xidməti üçün ödənilmiş 60 manat rüsumun da Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından bir övladları, xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Qeyd edir ki, ayrı yaşayırlar. Cavabdeh uşağa baxmır, onun saxlanılması üçün maddi cəhətdən heç bir köməklik etmir. Birgə nikahlarından olan 2019-cu il təvəllüdlü Əlini təkbaşına saxlaya bilmir. Övladını çətinliklə saxlayır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, birgə nikahlarından olan Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdər hər ay 246 manat məbləğində aliment məbləği tutulub ona verilməlidir. İlk öncə bu barədə mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Ona görə də ona izah olunmuşdur ki, iddia tələbi ilə məhkəməyə müraciət etsin. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 1 övladı var, cavabdeh taksi sürüsü kimi işləyir. 1 ildir boşanmışlar. Boşanan zaman aliment tələb etməmişdir. Lakin ötən illər ərzində cavabdeh uşağın saxlanılmasına heç bir kömək etməmişdir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iştirak etməmişdir. Onun ünvanına məhkəmə bildirişi və SMS məlumat göndərilmiş, lakin cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, iddia tələblərinə münasibət bildirməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfi dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşin materiallarına əlavə olunmuş AA******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş X4 Haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 02 dekabr 2019-cu ildə anadan olmuş X6 atası hesab edilmişdir. Ərizəyə əlavə olunmuş AA3153920 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur İş materiallarından əlavə olunmuş AZ-İ № 493329 saylı X3 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 07 yanvar 2025-ci il tarixdə pozulmuşdur. Ərizəyə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(013)- 1855/2024 saylı Qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 18 fevral 2020-ci il tarixdə 01 saylı Bakı “Asan Xidmət” X2 314 nömrə ilə qeydə alınmış nikah pouzulmuş, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaq - 02 dekabr 2019-cu il təvəllüdlü X9 anası, hazırkı İddiaçı yanında saxlanılmış qət edilmişdir. X1 X5 02 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ərizəyə əlavə olunmuş AA******* saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il təvəllüdlüdür. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında nikah pozulmuş, onların 1 uşağı iddiaçının himayəsindədir. İddiaçı maddi vəziyyəti ilə bağlı, həmçinin cavabdehin bir ata kimi uşağın saxlanması üçün heç bir maddi köməklik etməməsi səbəbindən məhkəməyə aliment tələbi ilə müraciət edib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyə vəzifəsinin icrası ilə bağlı olsa da iddiaçı cavabdehin qazancı ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməli, atasından bir azyaşlı uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla və 02 oktyabr 2025-ci il tarixdən hesablanılmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.50 /200 manat/ mislində aliment məbləği tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. "X8" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti 1 il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməli, mediasiya xərci də cavabdehdən alınıb iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla və 02 oktyabr 2025-ci il tarixdən hesablanılmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.50 mislində aliment məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 /altmış/ manat Cavabdeh tutularaq İddiaçı verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu kimi ödənilməli olan 44 /qırx dörd/ manat Cavabdeh alınıb dövlət nəfinə verilsin. Qətnamənin aliment tələbi ilə bağlı hisəsi dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar