Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-329/2025 04.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cinayət prosesini həyata keçirən orqanın qanunsuz səhvi və sui istifadəsi nəticəsində vurulmuş fiziki və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, şübhəli şəxs kimi tutulmağı və barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 20.000 manat, vurulmuş maddi ziyan kimi nəqliyyat xərci 150 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 150 olmaqla, cəmi 20.300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahatında iddianı müdafiə etdiyini, xx.xx.2023-cü il tarixdə İddiaçı Mingəçevir şəhər PŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanaraq, istintaq aparıldığını, qeyd olunan maddə ilə təqsirləndirildiyini, ona görə ki, guya istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi bir ədə sellofan bükümdə təmiz çəkisi 0,462 qram olan narkotik vasitə heroini üzərimdə saxlayaraq daşımış, 15 may 2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağlar massivi M.Rəhimov küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13-35-də üzərimə keçirilən şəsi axtarış və götürmə zamanı əynimdəki qara rəngli cins şalvarımın cibindən təmiz çəkisi 0,462 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Mən xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin itiham ilə xx.xx.2023-cü il tarixdə elan edilmiş və barəmdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra iddiaçı haqqımda olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsində uzun müddət ərzində işə baxılıb araşdırma aparılmış, İddiaçı qeyd edilən cinayəti törətməyi təsdiq olunmadığından xx.xx.2023-cü il tarixli 1(051)-122/2023 saylı hökmlə ittiham olunduğu maddə ilə ona bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, protestin təmin edilməməsi, Mingəçevir şəhər Məhkəməsinin həmin hökmünün dəyişdirilmədən saxlanması barədə xx.xx.2024-cü il tarixli 1(107)-96/2024 3607 nömrəli qərar qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, Kollegiyanın xx.xx.2024-cü il tarixli 1(102)-1925/2024 nşmrəli qərarı ilə kassasiya protesti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müdət barəsində cinayət təqibi aparılmasının ona mənəvi iztirab verdiyini, barəsində müxtəlif şaiyələrin gəzməsi, şərəf və ləyaqətini ləkələyən informasiyaların yayılması, bundan başqa cinayət işinə Şəki Apellyasiya Məhkəməsində, həmçinin Ali Məhkəmədə baxılarkən məhkəməyə gedib-gəlmiş və bununla əlaqədar 150 manat maddi ziyan çəkmiş, eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 150 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı ziyan çəkməsini və mənəvi sarsıntı keçirdiyini bildirdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 iddia tələbinin əsasız olduğunu bildirərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliynə görə Azərbaycan Respublikasının yerinə zərər ödəmiş şəxsə qarşı reqress hüququ vardır. Maliyyə Nazirliyinin həmin reqress hüququnu həyata keçirməsi üçün iddiaçının konkret olaraq kimin təqsiri üzündən cinayət məsuliyyətinə cəlb edilməsini müəyyənləşdirilməlidir. Hazırda isə belə hal müəyyənləşdirilməmişdir. Bundan başqa, iddiaçıya mənəvi zərər vurulması da məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını və çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-122/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin hökm ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş və onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-96/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının sürətindən görünür ki, həmin qərarla dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-122/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-1925/2024 saylı qərarından görünür ki, həmin qərar ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)- 96/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Mingəçevir Vəkil Bürosunun vəkili (fərdi qaydada fəaliyyət göstərən) vəkil X4 tərəfindən verilmiş № 7123 nömrəli xx.xx.2024-cü il, № 59974 nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardım üçün həmin vəkilə cəmi 150 (bir yüz əlli) manat məbləğində pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitutsiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsininn (bundan sonra- Mülki Məcəllə) 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işində qeyd etmişdir ki, daxili qanunvericilik kompensasiya hüququnu yalnız azadlıqdan məhrum edilmənin qanunsuz olduğu və ya səhvən baş vermiş hallarla məhdudlaşdırmışdır. Çünki həmin işdə məhkəmə İnsan Hüquqlarının və X3 X1 5-ci maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən etdi, çünki Konvensiyanın 5-ci madəsinin 4-cü bəndi (həmin bəndə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliynə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) pozulması nəticəsində yaranmış ərizəçinin konpensasiya hüququ kifayət qədər dəqiq şəkildə təmin edilməmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri» nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya süi istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına onu əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. Həmin Qanunun 12-ci maddəsnə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərda tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixlit qərarında mənəvi zərər adətən vətəndaşların şəxsi və qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmədə gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüyuz, şəxsi ailə sirri. hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, and hüququ, müəlliflik hüququ və s şəxsin qeyri əmlak hüquqlara və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sartıntı, istirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilidə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə) Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2.1-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fakyda) başa düşülür. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mənəvi zərərə görə tələb etdiyi 20000 (iyirmi min) manat məbləğində deyil, 3000 manat məbləğində ödənilməsi daha ağlabatan olduğundan, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının büdcəsi hesabına 3000 manat həcmində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı, ona göstərilmiş hüquqi yardım üçün vəkilə ödədiyi 150 manat həcmində pul vəsaitidə cavabdeh Azərbaycan Respublikaı Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının büdcəsi hesabına ödənilməlidir. Məhkəmə prosesində iddiaçı tərəf iddia tələbinin iddiaçının maddi zərərin əvəzi olaraq 150 manat yol xərcinin tutulması hissəsini əsaslandıra və sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir dəlil, sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissələrinin qanuni əsası yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X8rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respbulikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. . Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi ziyana görə 3000 (üç min) manat və hüquqi yardım üçün vəkilə ödədiyi 150 (bir yüz əlli) manat alınaraq İddiaçı ödənilməli, iddia tələbinin qalan hissələrinin qanuni əsası olmadığından təmin edilməməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi ziyana görə 3000 (üç min) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 150 (bir yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-329/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-329/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver