Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3307/2025 13.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi İddiaçı nümayəndəsi /anası/ X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa müəyyən edilmiş minumum əmək haqqının 0,76 misli həddində aliment məbləğinin azaldılaraq hər ay hər uşaq üçün minumum əmək haqqının 0,38 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-101/2018 saylı Qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan anadan olmuş 2012-ci il təvəllüdlü Uğur və 2014-cü il təvəllüdlü Yağmur anasının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment qət edilmişdir. Sonradan A.Cavabdeh alimentin indeksasiya edilməsi barədə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(028)-192/2025 saylı Qərardadına əsasən ərizə təmin edilmiş, təyin edilmiş hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə minimum əmək haqqının hər ay hər uşağa görə 0,76 misli həddində indeksasiyası edilmişdir. Hesab edir ki, həmin alimentin məbləği azaldılmalıdır. Belə ki, heç bir yerdə işləmir, yalnız ona 60 manat məcburi köçkünlər üçün nəzərədə tutulan yemək pulu verlilir. Yemək pulu kartı əvvəldən cavabdehdə olub, həmin pulu da cavabdeh alır. Hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment pulunu atasının köməyi ilə güclə ödəmişdir. Başqa gəlirləri və qazancı yoxdur. İş üçün müraciət etsə də iş tapa bilmir. Aliment ödəməkdən boyun qaçırmır, başa düşür ki, həmin məbləğ azdır. Alimentin hər uşaq üçün minimum əmək haqqının 0,38 misli həddində olmasına etirazı yoxdur. Nikah pozulduqdan sonra o, X11 ilə 29 mart 2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə yeni ailə həyatı qurmuş, həmin nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Ruhin adlı övladı da anadan olmuşdur. Yeni ailəni də saxlayır. Alimentin məbləği elə olmalıdır ki, ödənilməsi mümkün olsun. Alimentin ödənilməsi qeyrimümkün olacaqsa yüksək kəsilməsinin əhəmiyyəti yoxdur. Ona görə də göstərilənlərə əsasən hesab edir ki, müəyyən edilmiş alimentin məbləği azaldılaraq hə ay hər uşaq üçün minimum əmək haqqının 0,38 misli həddində müəyyən edilməsi məqsədə müvafiqdir. Göstərdiyi halları nəzərə alıb aliment məbləğinin azıldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia tələblərini dəqiqləşdirərək müəyyən edilmiş aliment məbələğinin minimum əmək haqqının 0.38 misli həddində, yəni hər uşaq üçün 152 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş İddiaçı nümayəndəsi /anası/ X8 iddia tələblərini və iddianın dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, bundan əvvəl qət edilmiş aliment məbləğini, yəni iki uşaq üçün müəyyən edilmiş 200 manat pulu çətinliklə ardıcıl olaraq indiyədək ərinin aldığı 220 manat pensiya ilə ödəmişlər. Hazırda isə həmin məbləğ indeksasiya olunub, 600 manatdan artıqdır. Həmin məbləği ödəməyə isə imkanları yoxdur. Oğlu Fərid işləmir, həmçinin yeni ailə qurub, yeni nikahından 5 yaşlı uşağı da var. Məcburi köçkün kimi rayonun İmamqulubəyli Qəsəbəsində məskunlaşıblar. Ailədə başqa bir müharibə veteranı olan oğlu var. Fərid onlardan ayrı yaşayır. Alimentin yeni məbləği çoxdur, ödənilməsi mümkün deyildir. Ona görə indeksasiya edilmiş 600 manat aliment məbləğinin azaldılmasını, hər uşaq üçün 152 manat müəyyən edilməsini istəyirlər. Məhkəmə iclasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında onun anası ilə əlaqə saxlanılmış, anası bildirmişdir ki, Ayselin uşaqları xəstə olduğundan məhkəməyə gələ bilmirlər. Uşaqların xəstə olmasını nəzərə alaraq məsələyə ədalətli baxılmasını istəyirlər. Məhkəmə nümayəndəni dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. AA ******* seriyalı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il təvəllüdlüdür. X5 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, hazırkı tərəflər aralarından olan nikah Ağdam Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli Qətnaməsinə əsasən pozulmuşdur. Ağdam Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(013)-101/2018 saylı Qətnaməsinin surətindən görünür ki, hazırkı tərəflər arasında xx.xx.2012-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Papravənd Kənd Ərazi Nümayəndəliyində qeydə alınmış 46 saylı nikah pozulmuş, birgə nikahdan anadan olmuş 2012-ci il təvəllüdlü Uğur və 2014-cü il təvəllüdlü Yağmur anasının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat aliment qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Ağdam rayonu üzrə Bölməsi tərəfindən 07 oktyabr 2025-ci il tarixdə verilmiş 516 saylı arayışdan görünür ki, İddiaçı Ağdam Rayonu Papravənd kəndindən məcburi köçkün düşmüş, rayonun İmamqulubəyli Qəsəbəsində müvəqqəti yaşayır. AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ü.Quluyeva xx.xx.1987-ci il təvəllüdlüdür. AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ruhin Quluzadə xx.xx.2000-ci il təvəllüdlüdür. X6 surətindən görünür ki, İddiaçı ilə X9 arasında 29 mart 2020-ci il tarixdə Bərdə Regional ASAN XİDMƏT X1 342 saylı nikah qeydə alınmışdır. X5 surətindən görünür ki, İddiaçı ilə X4 birgə nikahlarından 30 aprel 2020-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci iltarixli, 8(013)-192/2025 saylı Qərardadının surətindən görünür ki, həmin məhkəmənin 29 may 2018-ci il tarixli Qətnaməsi ilə hazırkı tərəflər aralarında bundan əvvəl qət edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla və hazırki qərardad qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqı məbləğinin hər ay hər uşaq görə 0,76 misli həddində indeksasiya olunması qərara alınmışdır. X2 Edilməməsi Barədə 06 oktyabr 2025-ci il tarixli arayşdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2025-cu il üçün X13" Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 29 və 30-cu bəndlərində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi ölkə üzrə 2025-ci ildə minimum əmək haqqı məbləği cəmi 400 manat olduğu halda iddiaçı F.Quliyevdən 2 uşaq üçün cəmi 608 manat aliment məbləğinin /bir uşaq üçün 0.76 misli/ tutulması məhkəmə qərardadı ilə indeksasiya edilmişdir ki, həmin məbləğin onun tərəfindən ödənilməsi mümkün görünmədiyindən o, məhkəməyə müraciət edib. Məhkəmə iddia ərizəsində göstərilənləri, iddiaçı F.Quliyevin işsiz olmasını, ümumilikdə ailə vəziyyəti, yeni ailə qurmasını, yeni nikahdan azyaşlı uşağının olmasını, maddi vəziyyəti ilə bağlı nümayəndənin göstərdiklərini nəzərə alaraq hesab edir ki, onun ərizəsi hazırkı vəziyyətdə uşaqların təminatı baxımından da qismən təmin edilməli, aliment məbləği azaldılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, 2 uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.90 mislində /1 uşaq üçün 0.45 misli/ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı - xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ağdam Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci iltarixli, 2(013)- 101/2018 saylı Qətnaməsi ilə hər ay hər uşaq üçün qət edilmiş 100 manat, cəmi 200 manat aliment məbləği, həmçinin həmin məbləğin indeksasiya edilməsinə dair məhkəmənin 29 sentyabr 2025-ci il tarixli, 8(013)-192/2025 saylı Qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılsın, uşaqların saxlanılması üçün tutulan aliment məbləği hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,45 misli /cəmi 0.90/ həddində müəyyən edilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-3307/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3307/2025
13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver