Məhkəmə qərarları › İş №2(013)-3412/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3412/2025

28.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3412/2025 28.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq ondan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat alimentin tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(013)-3877/2016 saylı Qətnaməsi ilə cavabdehlə nikahları pozulmş və birgə nikahlarından anadan olmuş 3 övladı onun himayəsinə verilmiş, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-cı il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa 70 manat olmaqla cəmi 210 manat alimentin tutulması qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində qət edilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AB0071569 nömrəli Şəxsiyyət Vəsiqəsindən göründüyü kimi Cavabdeh ilə qeyri-rəsmi nigahlarından xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. 23 sentyabr 2025-ci il tarixli AZ-İ 460195 saylı X5 Haqqında Şəhadətnamədəndə göründüyü kimi Cavabdeh Asiyənin atası hesab edilmişdir. Cavabdehdən Asiyə üçün aliment tələb etməmişdir. xx.xx.2025-ci il tarixli, MŞB/MT044/2025- 00430 saylı Mediasiya Sessiyasının arayışından görünür ki, cavabdeh X1 iştirak etməkdən imtina etmişdir. Belə olan halda aliment tutulması üçün məhkməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, bu barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlə 2008-ci ildən ailə qurublar, 2016-cı ildə boşanıblar. Bu nikahdan 4 uşaqları anadan olub, uşaqlar hazırda özü ilə yaşayırlar. 3 uşaq üçün aliment qət edilib. Hazırda 2017-ci il təvəllüdlü Asiyə adlı uşaq üçün aliment istəyir. Cavabdeh Sumqayıt şəhərində maşın ustası kimi işləyir. Özü isə Xankəndi Şəhərində şirniyyat yerində qabyuyan işləyir, 600 manat əmək haqqı alır. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, Sumqayıt şəhərində maşın ustası işləmişdir, hazırda işləmir. 246 manat aliment məbləğini ödəməyə imkanı yoxdur. Digər 3 uşaq üçün 300 manat ödəyir, hazırda ailə qurub, atası 2-ci qrup əlildir. Maddi imkanı zəifdir. Ona görə də nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfləri dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il təvəllüdlüdür. X5 Haqqında Şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh 22 oktyabr 2017ci ildə anadan olmuş X2 atası hesab edilmişdir. 259951 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. AZ-İ № 248953 saylı X4 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı aralarında bağlanmış nikah 20 oktyabr 2016-cı il tarixdə 162 say ilə pozulmuşdur. Ağdam Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(013)-3877/2016 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 2009-cu il təvəllüdlü Aliyə, 2011-ci il təvəllüdlü Zəhra və 2012-cı il təvəllüdlü Nuran adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 100 manat, ümumilkdə 300 manat sabit pul məbləğində aliment qət edilmişdir. X1 X6 17 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh aralarında olan nikah pozulmuş, onların rəsmi nikahlarından anadan olmuş uşaqlar iddiaçının himayəsindədirlər. Onların qeyri-rəsmi nikahlarından sonuncu uşaqları anadan olmuş, atalıq müəyyən edilmişdir. İddiaçı maddi vəziyyəti ilə bağlı həmin uşağın saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir . Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyə vəzifəsinin icrası ilə bağlı olsa da iddiaçı cavabdehin qazancı ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh bir azyaşlı uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla və 23 oktyabr 2025-ci il tarixdən hesablanılmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.45 mislində aliment məbləği tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. "X11" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti 1 il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 41.60 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla və 23 oktyabr 2025-ci il tarixdən hesablanılmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.45 mislində aliment məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 41.60 /qırx bir manat altmış qəpik / manat tutulub dövlət büdcəsinə verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar