Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3452/2025 06.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3386/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, xx.xx.2018-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay əmək haqqının ¼ hissədə alimentin Cavabdeh xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş, aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4964/2016 saylı qətnaməsinə əsasən pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, Tərəflərin birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 adlı uşağın 18 yaşına çatanadək saxlanması üçün, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3386/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xeyirinə hər ay, 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçının ailə qurduğu və yeni nikahından iki övladının olduğu, cəmi 390 manat maaş aldığı, başqa bir yerdə işləmədiyi və gəlirinin olmadığı, maddi vəziyyətinin ağır olduğu, övladının saxlanması üçün aliment ödəməkdən boyun qaçırmadığı, təyin olunmuş aliment miqdarının qismən azaldılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə teleqram daxil olmuşdur. O, teleqramında iddia tələbini müdafiə edərək, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Tərəflərin birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3386/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyirinə tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda göstərilən uşağın hüquqlarını müdafiə edən qanun aktlarını əsas götürüb iddia tələbində göstərilən alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsi məqsədəmüvafiq və ədalətli hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3386/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, xx.xx.2018-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay əmək haqqının ¼ hissədə alimentin Cavabdeh xeyirinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3452/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3452/2025
06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver