Məhkəmə qərarları › İş №2(013)-3520/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3520/2025

04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3520/2025 04.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi – atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə mülki işə 04 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə arasında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-2010/2021 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş Əsmanur adlı uşaq Cavabdeh himayəsində saxlanmış və uşağın saxlanması üçün hər ay 140 manat alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək Əsmanur adlı uşağın saxlanması üçün müəyyən olunmuş 140 manat aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmuşdur. "xxxx" ASC-nin Qarabağ Regional bölməsində mühafizəçi işlədiyini, heç bir vergi tutulmadan 670 manat əmək haqqı olduğunu, vergi tutulduqdan, yol və yemək xərcləri çıxıldıqdan sonar 300 manat əmək haqqı qalldığını, başqa qadınla evləndiyini və bir uşağının olduğunu, 140 manat alienti atasının köməkliyi ilə ödədiyini, artırılmış aliment məbləğini ödəyə bilmədiyini, cavabdehin Əsmanur adlı uşağı saxlaya bilmədiyi təqdirdə özünün saxlamasına etiraz etmədiyini qeyd etməklə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-2010/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sabit pul məbləğində hər ay 140 manat tutulması qət edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək 580 manat əmək haqqı aldığını, 140 manat alimenti vaxtında ödədiyini, 225 manat olduqdan sonra ödəyə bilmədiyini, başqa qadınla evləndiyini, bir uşağı olduğunu, ailədə tək özünün işlədiyini 160 manat aliment ödəmək imkanı olduğunu qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən F.Ş.Nəsibov iddianı etiraf etməyərək İddiaçı 680 manat əmək haqqı, 80 manat veteran pulu, 60 manat çörək pulu, ümumilikdə 700-800 manatdan artıq gəlir əldə etdiyini, bundan başqa arı saxlayaraq bal satdığını, balın bir kiloqramını 50 manata satdığını, lakin alimenti ödəmədiyini, qızının hər ay uşağın təhsil haqqı üçün 220 manat ödədiyini qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Əsmanurun saxlanması üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)- 2010/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,56 misli olmaqla həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı iddiasının təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarında göstərilən əsaslardan heç biri mövcud deyildir. İddiaçı tələbinin təmin olunması üçün istər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normaları, istərsə də qanunvericiliyin digər normaları əsas ola bilməz. İddiaçı tələbinin təmin olunması Əsmanur adlı azyaşlı uşağın hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı çıxarıldıqdan sonra alimentin miqdarının azaldılmasına səbəb olan tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respuublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin maddənin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin maddənin Vİ hissəsində qeyd olunmuşdur ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 49.2-ci maddəsinddə qeyd olunmuşdur ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 55.1-ci maddəsində göstərilmişdir ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2-ci maddəsində göstərilmişdir ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 20 dekabr 2024-cü il 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3-cü bənddə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plenum Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İddiaçı alimentin tutulmasını müəyyən edən Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-2010/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı ilə indeksasiya edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-2010/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmamış, sadəcə olaraq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən indeksasiya edilmişdir. Hazırda Ağdam Rayon Məhkəməsi tərəfindən aliment məbləğinin dəyişdirilməsi və alimentdən azad olunma barədə qərar çıxarılması məqsədə müvafiq deyildir. İddiaçı hazırki tələbi təmin olunacağı təqdirdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 20 dekabr 2024-cü il 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının tətbiqində uyğunsuzluq yaranacaq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)- 2010/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sabit pul məbləğində hər ay 140 manat tutulması qət edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-17/2025 saylı qərardadı ilə minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar