Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3625/2025 22.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 22 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə evlənmiş, birgə nikahdan xx.xx.2008-ci ildə Məhəmmədəli, xx.xx.2009-cu ildə Ramin və xx.xx.2014-cü ildə Röyal adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-279/2025 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar ananın himayəsində saxlanmışdır. xx.xx.2025-ci ildə uşaqlar Mingəçevir şəhəri, H.Əliyev prospekti bina49, mən 21 ünvanından çıxaraq gecə parkda qalmış, səhəri gün isə çıxıb onun yaşadığı ünvana gəlmişlər. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2629/2025 saylı qətnaməsi ilə onun himayəsinə verildiyini, həmin vaxdan cavabdehin uşaqların saxlanması üçün hrç bir köməklik etmədiyini, işləməsinə baxmayaraq uşaqların tələbatını tək ödəyə bilmədiyini qeyd etməklə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü Məhəmmədəli, xx.xx.2009-cu il təvəllüdlü Ramin və xx.xx.2014cü il təvəllüdlü Röyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 750 manat alimentin və mediasiya şurası üçün ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəməə izahat verən M.M.Kərimov iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq Ağdam rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində yaşadığını, anası ilə birlikdə yaşadığını, anasının və özünün heç bir yerdə işləmədiyini, əlavə heç bir gəlirinin olmadığını, iddiaçının onu və anası təhqir etdiyini qeyd etməklə alimentin az təyi olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli №738-05/15 saylı, №739-05/15 saylı və № 737-05/15 saylı arayışlarından görünür ki, tərəflərin xx.xx.2008-ci ildə Məhəmmədəli, xx.xx.2009-cu ildə Ramin və xx.xx.2014-cü ildə Röyal adlı uşaqları olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-279/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçıla Cavabdeh arasında olan nikah pozulmuş, xx.xx.2008-ci ildə anadan olmuş Məhəmmədəli, xx.xx.2009-cu ildə anadan olmuş Ramin və xx.xx.2014-cü ildə anadan olmuş Röyal adlı uşaqlar anasının himayəsində saxlanmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli olmaqla cəmi 1,05 misli həddində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2629/2025 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2009-cu ildə anadan olmuş X6 və xx.xx.2014-cü ildə anadan olmuş X3 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda üç uşağa görə hər ay qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri hər iki tərəfin mənafeyini və gələcəkdə ödənilməsində çətinlik yaranmamasını nəzərə alaraq Cavabdeh Rəvan, Ramin və Röyal adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli cəmi 0,60 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 48,80 manat dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq dövlət mədaxilinə köçürülməli, həmçinin idiiaçı İddiaçı mediasiya şurası üçün ödədiyi 60 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2008-ci ildə anadan olmuş Məhəmmədəli, xx.xx.2009-cu ildə anadan olmuş Ramin və xx.xx.2014-cü anadan olmuş Röyal adlı uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli cəmi 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48,80 manat dövlət rüsumu tutulsun. İddiaçı mediasiya şurası üçün ödədiyi 60 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3625/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3625/2025
22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver