Məhkəmə qərarları › İş №2(013)-3815/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3815/2025

25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3815/2025 25.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Müşfiq oğlu, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Müşfiq oğlunun Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 25 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci ildə rayon məhkəməsinə ünvanladıqları iddia ərizəsində göstərmişlər ki, İddiaçı1 xx.xx.2006-cı ildə rəsmi nikah qeydindən keçməklə cavabdeh İddiaçı2 ərə getmiş,birgə nikahdan xx.xx.2007-ci ildə Mikayıl adlı uşağı olmuşdur. Aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, Mikayıl adlı uşaq İddiaçı1 himayəsində saxlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi iə bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Mikayılın 4 yaşından əlil olduğunu, cavabdehin hər hansı formada Mikayıla maddi yardım göstərmədiyini, xx.xx.2025-ci ildə Mikayılın 18 yaşı tamam olduğunu və hazırda X1 ödənişli əsaslarla İ kursda təhsil aldığını qeyd etməklə cavabdeh İddiaçı2 əmək qabiliyyəti olmayan oğlu xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 Müşfiq oğluna aliment və əlavə xərc üçün 350 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, 2006-cı ildə cavabdeh İddiaçı2 ərə getmiş, birgə nikahdan 2007-ci ildə uşağı olmuşdur. Uşağın bir yaşı tamam olmamış cavabdehlə boşanmış, Mikayıl adlı uşağa özü baxmışdır. Cavabdeh təyin olunmuş alimentdən başqa uşağın saxlanmasına heç bir köməklik göstərməmişdir. Mikayıl adlı uşağın X1 ödənişli oxuduğunu, hər il 1440 manat təhsil haqqı ödədiyini, hər gün uşağın məktəbə gəlib getməsi üçün 10-15 manat yol pulu lazım olduğunu, uşağın İİİ qrup əlil olmaqla eşitmə qabiliyyətinin zəif olduğunundan qulağına aparat taxdığını, həmin aparatın bir ədədinin 1200 manat olduğunu, cavabdehin ona kömək etmədiyini qeyd etməklə tələbin təmin ounmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı2 iddianı müdafiə edərək atasının ona köməklik göstərməsini istədiyini bildirmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən İddiaçı2 iddianı etiraf etməyərək Anama şirkətində fəhlə işləməklə 600 manat əmək haqqı aldığını, başqa qadınla ailə qurduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu, anasının ürək xəstəsi olduğunu, digər uşaqların idman, təhsil tələbatlarını çətinliklə ödədiyini, gələcəkdə maddi imkanı yaxşı olcağı təqdirdə Mikayıl adlı uşağa köməklik göstərə biləcəyini bildrmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 010615 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2007-ci ildə Mikayıl adlı uşağı olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı2 xx.xx.2029-cu il tarixədək İİİ qrup əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyi “X4 Təhsil Mərkəzi” X2 xx.xx.2025-ci il tarixli 251 saylı arayışından görünür ki, M.M.X3 Peşə Təhsil Mərkəzində 2025-2026-cı tədris ilində əyani şöbədə İ kursunda təhsil alır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsində göstərilmişdir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.[53] Həmin Məcəllənin 81.2-ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü İddiaçı2 Mikayıl adlı uşağın təhsil müddəti başa çatanadək hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı1 verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 32 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş Mikayıl adlı uşağı təhsil müddəti başa çatanadək Cavabdeh hər ay 100 manat alınaraq İddiaçı2 Müşfiq oğluna verilsin. Cavabdeh İddiaçı2 32 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı1nin iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar