Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-431/2024 04.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun barəsində etdikləri əsassız şikayətlərə görə cavabdehlərin hər birindən 10 000 manat olmaqla ümumilikdə 20 000 manat məbləğində mənəvi zərərin tutulması və həmin məbləğin X8 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, onun Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində direktor əvəzi işlədiyini, işlədiyi müddət ərzində yalnız qanunun tələblərini rəhbər tutduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2023-2024-cü tədris ilində qarmon ixtisası üzrə dərs saatlarını güya rüşvət alaraq düzgün bölməməklə və məktəbin invertarlarını satmaqda onu günahlandıraraq Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və s. Dövlət orqanlarına ərizə ilə müraciət edərək, “hazırda X4 İdarəsində rüşvət baş alıb gedir”, “Mədəniyyət İdarəsində rüşvət yığılır”, “X4 İdarəsinin müdiri də bütün bunlara göz yumur” və s. şər-böhtan dolu həqiqətə uyğun olmayan cümlələrlə yazılmış ərizələrində onu rəhbərlik və işlədiyi kollektiv içərisində nüfuzdan salaraq işərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaydıqlarını və ona mənəvi ziyanın vurduqlarını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın əsassız olduğunu, onun Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində müəllim işlədiyini, İddiaçı sözü gedən məktəbə direktor əvəzi təyin edildiyi vaxtdan məktəbdə qanunsuzluqların və özbaşınalıqların baş alıb getdiyini, bu barədə ona həm müəllimlər həm də valideynlər tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq bütün bunların heç bir nəticə vermədiyini, odur ki, başqa çıxış yolu qalmadığından məktəbin bütün kollektivi adından Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə İddiaçı qanunsuz və yarıtmaz işləri barədə müraciət etdiklərini, lakin onun heç vaxt iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr işlətmədiyini və belə bir fikrinin də olmadığını bildirdi və iddianın rədd edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 da digər Cavabdeh1la oxşar izahatında iddianın əsassız olduğunu, onun heç vaxt iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr işlətmədiyini və belə bir fikrinin də olmadığını bildirdi və iddianın rədd edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında çıxış edən cavabdehlərin vəkili X3 iddianın əsassız olduğunu bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı dövlət qurumlarına etdikləri şikayət və müraciətlərdən xəbəri var, cavabdehlər həmin şikayətlərində heç vaxt İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı dövlət qurumlarına etdikləri şikayət və müraciətlərdən xəbəri var, cavabdehlər həmin şikayətlərində heç vaxt İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmişlər. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" xx.xx.1999-cu il tarixli qərarın 3-cü bəndində qeyd olunur ki, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildik də yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. Üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məhkəmə bildirir ki, şəxsin dövlət orqanlarına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıqaşkar ləkələmək niyyəti olmadan istifadə etməsi "hüquqa zidd"lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülkihüquq pozuntusu təşkil etmir. Lakin şəxs həqiqətə uyğun olmayan (həqiqiliyini sübuta yetirə bilmədiyi) böhtan xarakterli məlumatları bilərəkdən yaydıqda, başqa şəxsi ləkələmək məqsədilə, açıq-aşkar əsassız şəkildə, özü də haqlı bir mənafeyi olmadan müraciət etdikdə belə əməl hüquqa uyğun davranış kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 57-cimaddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 3.0.5-cimaddəsinə əsasən şikayət pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına,dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə AvropaMəhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının: 10.1-ci maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir, Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 10.2-ci maddəsinə əsasən, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, əraz bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəs üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmakmüçün qanunla nəzərdə tutulmuş v demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tslabiərə, şərtlərə, məhdudiyyətlərə və yasanksiyalara məruz qala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında bəyan ediimişdir ki, "İnsan hüquqlarının və osas azadlıqlanın müdafiəsi haqqında" Avrop. Konvensiyası normaları hüququn digər normalarından təcrid otuhmuş şəkildə deyil, beynəlxal hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrir o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasun normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "X10rşı" (2000) qərarında demokratiyanın bərqərar olması üçün ilkin şərtərdən biri kimi ifadə azadlığının mühüm əhəmiyyətini xatırlatmişdır. Bu hüquqdan həqiqi, effektiv şəkildə istifadə yalnız dövlətin müdaxilə etməmək vəzifəsindən asılı deyildir, o eyni zamanda, hətta fərdlər arasında münasibətlər sahəsində pozitiv müdafiə tədbirləri tələb edə bilər. Pozitiv vəzifənin mövcud olub-olmamasını müəyyənləşdirərkən, cəmiyyətin ümumi marağı və şəxsin maraqları arasında rast gəlinməli olan, Konvensiyada da araşdırılan ədalətli tarazlığa fikir verilməlidir. Avropa Məhkəməsi "Lingens Avstriyaya qarşı" (1986) qərarında qeyd etmişdir ki, məqbuhesab edilən tənqidin hüdudları siyasətçi ilə bağlı olduğu halda özəl şəxslə bağlı olduğu haldakından daha genişdir. Sonuncudan fərqli olaraq, əvvəlki qaçılmaz olaraq və bilərəkdən özünün hər bir sözünün və hərəkətinin jurnalistlər və ümumi əhali tərəfindən tənqidi araşdırılmasına məruz qalır və bu səbəbdən o, daha çox dözümlülük nümayiş etdirməlidir. Eyni zamanda Avropa Məhkəməsinin "Thoma Lüksemburqa qarşı" (2001) işində xüsusilə vurğulanmışır ki, öz vəzifələrini yerinə yetirən dövlət qulluqçuları, siyasətçilər kimi özəl şəxslərdən fərqli olaraq daha geniş tənqidlərə məruz qala bilərlər. Hazırki halda iddiaçı şəxs Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində direktor əvəzi vəzifəsində olmaqla mühüm əhəmiyyət kəsb edən müəyyən publik vəzifələr daşıdığından onun fəaliyyəti orada olan işçilər üçün yüksək maraq kəsb etməklə diqqət mərkəzində olduğundan, mütəmadi şəkildə tənqidə məruz qalması demokratik cəmiyyətdə normal hal hesab edilməlidir. Xüsusi ilə qeyd edilməlidir ki, cavabdehlərin müraciətləri iddiaçının şəxsiyyətinə qarşı deyil, məhz onun daşıdığı publik vəzifə səlahiyyətlərindən irəli gələn fəaliyyətinin tənqid olunmasına yönəlmişdir. Avropa Məhkəməsi qərarlarında bu şəkildə tənqidi "vətəndaş mövqeyinin bildirilməsi" kimiqiymətləndirərək, onun məhdudlaşdırılmasını ciddi şəkildə tənqid etmişdir (Chorherr Avstriyayaqarşı (1993)). Məhkəmə qeyd edir ki, iddiaçı digər özəl şəxslərdən fərqli olaraq publik vəzifə daşıyan şəxs kimi onun fəaliyyəti ilə bağlı özündə tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxuna biləcək fikirlərə qarşı dözümlülük nümayiş etdirməlidir. Avropa Məhkəməsi "Fluks və Samson Moldovaya qarşı" (2007) işində bildirmişdik"sabiq dövlət məmuru özünə qəsrlər tikdirir" və sabiq tikinti naziri G.C. digərlərinin əzabla üzərindən varlanmağa qərar vermişdir" ifadələri G.C-nin tikinti fəaliyyəti və bunun qonşula üzərindəki təsiri haqda qəzetin rəyini əks etdirən subyektiv qiymətləndirmələrdir. Belə vəziyyətdə, məhkəmə hesab etmişdir ki, qəzetin öz subyektiv qiymətləndirilməsinin həqiqiliyini sübut etməsini gözləmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnmalik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və yaçəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənarstandartlar tətbiq edilir «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etməkyükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübut etmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işaidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onlarıəsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsibaxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyətkəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkildən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onun barəsində etdikləri əsassız şikayətlərə görə, cavabdehlərin hər birindən 10 000 (on min) manat olmaqla ümumilikdə 20 000 (iyirmi min) manat məbləğində mənəvi zərərin tutulması və həmin məbləğin X8 ödənilməsi barədə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-431/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-431/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver