Məhkəmə qərarları › İş №2(013)-614/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-614/2025

17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-614/2025 17.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə və məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddaiçı İddiaçı Cavabdeh qarşı uşaqların atasının iddiaçı olmaması və X1də düzəlişlər edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddaiçı İddiaçı Cavabdeh (üçüncü şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqların atasının o, olmadığından, atalığının ləğv edilməsi və qeyd olunan uşaqlara məxsus Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “X1”də müvafiq düzəlişlərin edilməsinin Ağdam Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 44.2-ci maddəsinə əsasən Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Ailə Məcəlləsinin 45.1 maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə qeyd edir ki, Doğum şəhadətnamələrində uşağı atası qeyd olunan zamanı İddiaçı yuxarıda adları qeyd olunan uşağın atası olması barədə qeydə etiraz etməmişdir. «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı 28 avqust 2007-ci il tarixli qərarına əsasən X4 Xidməti inzibati orqan kimi təsnif edilmişdir. Göründüyü kimi Ağdam Rayon Qeydiyyat Şöbəsi inzibati orqan kimi təsnif edilmişdir. İddiaçı iddia tələbində uşaqlara məxsus Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “X1”də müvafiq düzəlişlərin edilməsinin Ağdam Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini tələb edir. Ona görə də iddiaçı ilə Ağdam Rayon Qeydiyyat Şöbəsi arasında inzibati hüquq münasibətləri olduğundan qeyd olunan iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddianın yolverilməzliyinə görə qeyd olunan iddia ərizəsi icraata qəbul edilməməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddaiçı İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqların atasının o, olmadığından, atalığının ləğv edilməsi və qeyd olunan uşaqlara məxsus Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “X1”də müvafiq düzəlişlərin edilməsinin Ağdam Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin . İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar