Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1045/2021 08.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi N.Əliyev, Kreditor məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1989-cu ildə Ağdaş rayonu, Qaradağlı kəndində doğulmuş, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Borclu1 və xx.xx.1993-cü ildə Ağdaş rayonu, Qaradağlı kəndində doğulmuş, Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan Borclu2 müştərək qaydada 90 manat əsas borcun və 20 manat cərimə borcunun, cəmi 110 (yüz on) manat məbləğində borcun və 20 manat dövlət hesabına ödənilmiş rüsumun tutuması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, habelə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutlar borcluya qarşı olan tələbin tam əsaslı olduğunu təsdiq etmədiyi və ya qismən təsdiq etdiyi hallarda kreditorun tələbi aşkar hesab olunmamalıdır. Hesab edirəm ki, borcludan əsas borcun tutulması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsində nəzərdə tutulmuş kreditorun aşkar olan tələbi və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanan tələb kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-263-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu1 və Borclu2 qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1045/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1045/2021
08.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver