Məhkəmə qərarları › İş №2(014)-1058/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1058/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1058/2025 10.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 8(014)-43/2025 saylı qərardadına əsasən tələbkar Cavabdeh xeyrinə xx.xx.2010-cu il tarixdə anadan olmuş qızı X1 18 yaşa çatandək saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində müəyyən edilmiş alimentin miqdarı azaldılaraq 0.30 mislində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaç rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qəradadına əsasən ondan tələbkarın xeyrinə 01 yanvar 2010-cu il təvəllüdlü X1 18 yaşa çatandək saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunmuşdur. O birinci dərəcəli əlildir. Xəstəliyinin diaqnozu: durğunluq ürək çatmamazlığı 4 mərhələ. İşemik kardiomiopatiya digər dəqiqləşdirilmiş plevra zədələnmələri, assit mitral (qapağın) çatmamazlığı, mitral çatmamazlıq 2-3 dərəcəli, ürək ritminin digər pozqunluqları, qulaqcıqların fibrilyasiyası taxisistolik forma sağ tərəfli hidrotoraks, işemik kardiomiopatiya xəstəliyi ilə əziyyət çəkir. Heç bir yerdə işləmir, ona bacısı Nümayəndə baxır və dövlət tərəfindən ona qəyyum təyin edilmişdir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh ikinci dəfə ailə qurub. Məhkəmə tərəfindən qeyd edilən məbləğ indiki halda ödəməyə imkanı çatmır. O xəstəliyi ilə bağlı müalicələr edir, gündəlik dərmanlar qəbul edir. Onun üzərinə düşdüyü üçün onun tərəfindən sözü gedən qərardadı tam icra etmək qeyri-mümkündür. İddiaçı qanuni nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, qardaşı İddiaçı birinci qrup əlildir. Ürək xəstəsidir. Qardaşı onun himayəsindədir, qardaşına özü baxır, qardaşınln fəaliyyət qabiliyyəti yoxdur. Qardaşı yalnız təqaüd alır, o, dda qardaşına qulluğa görə 100 manat aliment alır. Həmin məbləğ qardaşının dərmanlarına çatmır. Alimentin məbləği indeksasiya olunduqdan sonra onlarrın həmin məbləği ödəməyə imkanları çatmır. Qardaşının vəziyyətini nəzərə alaraq alimentin azaldılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan 04 aprel 2025-ci il tarixli MŞQ/MT035-165 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “alimentin miqdarının azaldılması tələbi” mübahisəsi üzrə 04 aprel 2025-ci il tarixində saat 11:00-da İddiaçı iştirak etmişdir. Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 8(014)-43/2025 saylı qərardadının surətindən görünür ki, tələbkar Cavabdeh məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci tarixli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması qərara alınmışdır. İşin materiallarında olan ambulator kitabçadan çıxarışın surətindən görünür ki, durğunluq ürək çatmamazlığı 4 mərhələ. İşemik kardiomiopatiya digər dəqiqləşdirilmiş plevra zədələnmələri, assit mitral (qapağın) çatmamazlığı, mitral çatmamazlıq 2-3 dərəcəli, ürək ritminin digər pozqunluqları, qulaqcıqların fibrilyasiyası taxisistolik forma sağ tərəfli hidrotoraks, işemik kardiomiopatiya xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan e-sosialdan əldə olunmuş məlumatlardan görünür ki, Nümayəndə İ dərəcə əlil olan İddiaçı qulluq edir və 100 manat təqaüd alır. İş materiallarında olan e-sosialdan əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı müddətsiz olaraq birinci dərəcəli əlilliyi müəyyən olunmuşdur və 270 manat təqaüd alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 01 yanvar 2010-cu il təvəllüdlü X3 doğulmuş, tərəflərin nikahları pozulmuş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(014)-43/2025 saylı qərardadı ilə Ağdaş rayon məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunmuşdur. İddiaçı İ qrup əlildir və 270 manat təqaüd alır. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılaraq 0.30 misli məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətlərini, iş materiallarına əlavə edilmiş iddiaçıya aid xəstəliklə bağlı sənədlərə əsasən iddiaçının İ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 01 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 8(014)-43/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 01 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar