Məhkəmə qərarları › İş №2(014)-1243/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1243/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1243/2020 27.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il doğum tarixli X2 və xx.xx.2009-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixindən hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə nikaha daxil olub ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2007ci il doğum tarixli X7 və xx.xx.2009-cu il doğum tarixli X8 anadan olmuşdur. Boşanmışlar. Cavabdeh ailəsinin və uşağının saxlaılmasında iştirak etsə də, sonradan bu işləsini dayandırmışdır. O, uşaqlarını saxlamağa borcludur.Ona görə də hazırki iddia ilə hər uşaq üçün 300 manat aliment istəyir. Hesab edir ki, məhkəmə iddianı təmin etməli, uşaqların saxlanılmasında cavabdehin maddi məsuliyyətini müəyyən etməlidir. Onun diş texniki olması, yüksək qazancı, 300 manat aliment tam ödəməyə ortaya qoyur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmə iclasında iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının uşaqlarının saxlanılması üçün hər birinə 300 manat aliment verilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı ilə xx.xx.2006-cı ildə nikaha daxil olub ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il doğum tarixli X7 və xx.xx.2009-cu il doğum tarixli X8 anadan olmuşdur. Övladlarının saxlanması üçün hər uşağa görə 100 manat aliment verməyə razıdır. Cavabdeh məhkəmə iclasında iddia tələbinin qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2(014)-68/2019 saylı qətnamədən məlum olur ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş rayon Qeydiyyat şöbəsində xx xxxxxxxx 2006-cı ildə 15№ ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2007-ci ildə anadan olmuş X7 və xx xxxxxx 2009-cu il də anadan olmuş X8 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx xxxxxx 2007-ci il tarixli AZ-İİ 031237 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 xx.xx.2007-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə Ağdaş rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci ildə 606 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx xxxxxx 2009-cu il tarixli AZ-İİ 237574 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.2009-cu ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu ildə 153 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhəri, 20 Yanvar küçəsi 10-da qeydiyyatda olan Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Ə- 1167 saylı ərizədən məlum olur ki, İddiaçı onun ikinci ailəsidir. Ondan əvvəl Aynurə Ələkbərova ilə ailəli olmuşdur. Aynurə Ələkbərova ilə onun iki övladı olmuşdur. Münasibətləri uyğun gəlmədiyi üçün ayrılmışlar və iki övladı həmin vaxtdan Aynurə Ələkbərovanın yanında qalmışdır. Ağdaş rayon Məhkəməsinin 2-99/2006 saylı xx xxxx 2006-cı il tarixli qətnaməsinə əsasən iki övladının yetkinlik yaşına çatana kimi saxlaılmaları üçün Aynurə Ələkbərovanın xeyrinə aliment qət edilmişdir. Aynurə Ələkbərovadan ayrıldıqdan sonra İddiaçı ilə ailə qurmuşdur. Hazırda aliment tələbinə dair işi məhkəmənin icraatındadır. İddiaçı hər uşaq üçün 70 (yetmiş) manat aliment ödəməyə razıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli 2-99/2006 saylı qətnamədən məlum olur ki, iddia qismən təmin edilmiş, xx xxxxxx 2006-cı il tarixdən başlayaraq, xx xxxxxx 2002-cı ildə anadan olmuş X4 və xx xxxxxxxx 2004-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehin qazancının (bütün gəlirinin) üçdə biri miqdarında, lakin hər bir uşaq üçün ayda minimum əmək haqqının ikidə birindən az olmamaqla aliment Cavabdeh alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN –dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçının xeyrinə xx.xx.2007-ci il doğum tarixli X2 və xx.xx.2009-cu il doğum tarixli X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.1980–ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, 20 Yanvar küçəsi ev 10-da yaşayan Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X318 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manatsabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar