Məhkəmə qərarları › İş №2(014)-1350/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1350/2021

19.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1350/2021 19.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı Atalığın müəyyən edilməsi və aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə edərək xx xxx 1994-cü ildə Tərtər rayonu, Qaraqoyunlu kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Cavabdeh onunla faktiki nikahlarından 27 may 2020-ci ildə anadan olmuş X2 atası olmasının müəyyən edilməsi, Cavabdeh faktiki nikahlarından anadan olmuş 27 may 2020-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin, həmçinin 27 may 2020-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi qulluğa görə hər ay 196 manat alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş etmiş, daha sonra iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə müraciət edərək xx xxx 1994-cü ildə Tərtər rayonu, Qaraqoyunlu kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Cavabdeh onunla faktiki nikahlarından 27 may 2020-ci ildə anadan olmuş X2 atası olmasının müəyyən edilməsi, Cavabdeh faktiki nikahlarından anadan olmuş 27 may 2020ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmiş, məhkəmənin 28 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə Cavabdeh ərizəsi əsasında məhkəmənin 01 noyabr 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 oktyabr 2018-ci ildə rəsmi nikah qeyd etdirmədən evlənərək faktiki ailə münasibətlərinə girmişlər. Cavabdehlə faktiki nikahlarından 27 may 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə evlilikləri uzun sürməmişdir. Belə ki, cavabdehlə evləndikləri ilk vaxtlardan münasibətləri pisləşmiş, cavabdeh o, hamilə qaldıqdan sonra ona laqeyd münasibət bəsləməsi nəticəsində ailə münasibətləri pozulmuşdur. Məhz buna görə artıq 2019-cu ilin dekabr ayından faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh onunla ayrıldıqdan sonra həmin vaxtdan onun hamilə olduğunu və ona görə də işləyə bilmədiyini bildiyi halda onunla maraqlanmamış, daimi iş yeri olmasa da və fərdi əməklə məşğul olmasına, maddi imkanı yaxşı olmasına və qazancı qeyri-sabit olmasına baxmayaraq ona heç bir yardım göstərməmişdir. Valideynlərinin cüzi qazancı onun hamiləliyi ilə əlaqədar mütəmadi müayinə və müalicəsinə, eləcə də normal qidalanmağına kifayət etmədiyinə görə 2020-ci ilin mart ayında cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlə nikahlarını rəsmiləşdirmədiklərinə, dövlət nikahından yaranan hüquqa təminat verdiyindən iddia tələbi təmin edilməmişdir. Uşaq anadan olandan sonra cavabdeh könüllü olaraq qeydiyyat şöbəsinə gələrək uşağın atası olmasını təsdiq etmədiyinə görə o, öz soyadı ilə uşağın doğumunu qeydə aldıraraq doğum haqqında şəhadətnamə almışdır. Cavabdeh uşağın atası olmasından və uşağın saxlanılması üçün könüllü yardım etmədiyinə görə uşağa doğum haqqında şəhadətnamə aldıqdan sonra 2020-ci ilin mart ayında cavabdehə qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Cavabdeh məhkəmədə uşağın atası olmasını inkar etdiyinə cavabdehin uşağın atası olub-olmamasını dəqiq müəyyən etmək üçün məhkəmə qərardadı ilə məhkəmə-bioloci ekspertizası təyin edilmiş, uşağın bir yaşı tamam olmadığına görə bioloci ekspertizanın keçirilməsi və rəy verilməsi mümkün olmamışdır. X1 27 may 2021-ci il tarixdə bir yaşı tamam olmuşdur. Ona görə də cavabdehə qarşı hazır ki, iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və hesab edir ki, uşağın saxlanılması üçün aliment müəyyən edilən zaman uşaq anadan olandan dərhal sonra cavabdehə qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi, lakin uşağın bir yaşı tamam olmadığına görə cavabdehin uşağın atası olub-olmamasını dəqiq müəyyən etmək üçün məhkəmə qərərdadı ilə təyin edilmiş məhkəmə bioloci ekspertizanın keçirilməsinin və müvafiq rəyin verilməsinin mümkün olmaması nəzərə alınmaqla alimentin tutulması vaxtı uşaq anadan olduğu gündən, yəni 27 may 2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Odur ki, xx xxx 1994-cü ildə Tərtər rayonu, Qaraqoyunlu kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Cavabdeh onunla faktiki nikahlarından 27 may 2020-ci ildə anadan olmuş X2 atası olmasının müəyyən edilməsinə, Cavabdeh faktiki nikahlarından anadan olmuş 27 may 2020-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid X4 məhkəmə iclasında tərəflərin 26 oktyabr 2018-ci ildə faktiki ailə münasibətlərinə girdiklərini, qeyri-rəsmi nikahda olmasını və həmin nikahdan tərəflərin Aysu adlı uşaqlarının olmasını bildirərək, 27 may 2020-ci il təvəllüdlü X5 adlı uşaqların atasının Cavabdeh olduğunu təsdiq etdi. İş üzrə şahid X3 məhkəmə iclasında tərəflərin 26 oktyabr 2018-ci ildə faktiki ailə münasibətlərinə girdiklərini, qeyri-rəsmi nikahda olmasını və həmin nikahdan tərəflərin Aysu adlı uşaqlarının olmasını bildirərək, 27 may 2020-ci il təvəllüdlü X5 adlı uşaqların atasının Cavabdeh olduğunu təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 27 may 2020-ci il təvəllüdlü X2 atası kimi X6, anası kimi İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1066/2020 saylı 22 oktyabr 2020-ci il tarixli qərərdadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 750/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqların saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamdıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-cı ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il № 8-2/2016 saylı qərarının 8.12-ci bəndində görə alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, belə ki, tərəflərin qeyri-rəsmi nikahda olmaları, tərəflərin qeyri-rəsmi nikahlarından Aysu adlı uşaqlarının olması iddiaçının izahatından və şahid ifadələrindən görünür. Odur ki, 27 may 2020-ci il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən edilməli, lakin məhkəmə iclasında müəyyən edildi ki, Aysu adlı uşaq tərəflər ayrıldığı vaxtdan ananın himayəsindədir, odur ki, tərəflərin əmlak və əsaslı mənafeləri, uşaqların mənafeyi nəzərə alınaraq Aysu adlı uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə iddiaçı məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan etibarən, yəni 02 iyun 2021-ci il tarixdən etibarən hər ay 175 manat aliment və X2 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 196 manat məbləğində aliment tutulmalıdır, iddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1994-cü ildə Tərtər rayonu, İlxıçılar kəndində anadan olmuş, Tərtər rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 27 may 2020-ci ildə anadan olmuş X2 atası olması müəyyən edilsin. 02 iyun 2021-ci il tarixdən başlayaraq Cavabdeh 27 may 2020-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 (yüz otuz) manat aliment tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar