Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1538/2020 17.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi haqqında iddiasına, Cavabdeh İddiaçı qarşı alimentin artırılması haqqında qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1416/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat sabit pul məbləğində alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı alimentin artırılması haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılaraq xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək,qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1416/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında Ağdaş rayon İHB Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağdaş rayonu Şıxlı kəndində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 18 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, xx xxxxx 2008-ci il təvəllüdlü X1 və 1İ sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 136,60 manat, ümumilikdə 273.20 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qətnamədən onun ümumiyyətlə xəbəri olmamışdır. Heç bir məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Onun xeyli miqdarda aliment borcu yığıldıqdan sonra qeyd edilən qətnamədən xəbəri olmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri tamamilə pozulmuşdur. Cavabdeh azyaşlı övladları ilə birlikdə atasının evində Ağdaş rayonu, Şıxlı kəndində yaşayır. O, “Azəriqaz” X9 tikinti İdarəsinin 3 saylı təmir quraşdırma sahəsində tikinti çilingəri vəzifəsində çalışır. Aylıq əmək haqqı 640.80 manat təşkil edir. Abşeron Rayon Məhkəməsi onun işdə işləməyini, aylıq əmək haqqını nəzərə almadan sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Onun hazırda xeyli miqdarda aliment borcu vardır. Əmək haqqından alimentin məbləği yüksək olduğu üçün cavabdehə aliment borcu yaranmışdır. Hazırda ödəməyə çətinlik çəkir. Cavabdeh Ağdaş rayonu, Şıxlı kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Dolanışığı normaldır. O, isə maddi cəhətdən çətinlik çəkir. O, övladlarına aliment ödəməkdən yayınmır. Ömrünün sonuna qədər övladlarına baxmağa borcludur. Bu onun atalıq vəzifəsidir. Lakin aylıq gəliri nəzərə alınmalı və onun qazancına uyğun pul ilə yüklü edilməlidir. Aliment yüksək məbləğdə olduqda isə ödəməyə çəkinlik çəkir. Odur ki,onun hazırda 9900 manat aliment borcu vardır. O, aliment borcuna görə həbs edilsə, özü, valideynləri və iki övladı çətin vəziyyətdə qalacaqdır. Cavabdeh bunu başa düşməlidir. O, səhərdən axşama qədər işləyir. Əmək haqqından başqa heç bir yerdən gəliri yoxdur. Bütün bunları nəzərə alınmasını, iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək,qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilə birgə nikahdan anadan olmuş uşaqlarının saxlanılması üçün iddiaçıdan onun xeyrinə Abşeron Rayon Məhkəməsinin 2(012)-1416/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 136,60 manat, ümumilikdə 273.20 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı qət olunmuş alimenti lazımınca vaxtı-vaxtında ödəmədiyi üçün 9900 manat aliment borcu yaranmışdır. Əslində uşaqlar böyüdükcə tələbatı artır və alimentin artırılmasına ehtiyac vardır. Lakin iddiaçının maddi durumunu nəzərə alaraq, alimentin hal-hazırda olduğu məbləğdə saxlanılmasına etiraz etmir. Odur ki, ilk iddia və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia qismən təmin edilməlidir, qarşılıqlı iddia rədd edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 valideynləri İddiaçı və X5r. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron Rayon Məhkəməsinin 2(012)-1416/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Ağdaş rayon İHB Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağdaş rayonu Şıxlı kəndində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 18 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, xx xxxxx 2008-ci il təvəllüdlü X1 və 1İ sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 136,60 manat, ümumilikdə 273.20 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasındakı nikah xx xxxx 2018-ci ildə pozulmuşdur. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən “Azəriqaz” X9 tikinti İdarəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 3 saylı təmir quraşdırma sahəsində tikinti çilingəri vəzifəsində çalışır. Aylıq əmək haqqı 640.80 manat təşkil edir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron rayon İcra və Probasiya şöbəsinin Ağdaş Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1416/2017 saylı xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə İddiaçı X4 9900 manat aliment borcu vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər boşanmış, birgə nikahlarından anadan olmuş uşaqları analarının himayəsindədir. Uşaqların saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)- 1416/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 136,60 manat, ümumilikdə 273.20 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, mövcud qətnamə üzrə iddiaçının cavabdehə 9900 manat aliment borcu yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 3 saylı təmir quraşdırma sahəsində tikinti çilingəri vəzifəsində çalışır, aylıq əmək haqqı 640,80 manat təşkil edir. Cavabdeh məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etsə də, alimentin məbləğinin artırılmayaraq olduğu kimi saxlanılmasına etiraz etmir. Belə olan halda, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 2020-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu,iddiaçının aylıq əmək haqqısı nəzərə alınaraq ilk iddia qismən təmin edilərək, iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşağın saxlanılması üçün iddiaçının qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında,lakin ayda hər uşaq üçün 136,60 manatdan az olmayaraq aliment tutulmalı,ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1416/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X6 18 yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün İddiaçı qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında,lakin ayda hər uşaq üçün 136,60 manatdan(yüz otuz altı manat altmış qəpik) az olmayaraq aliment tutulsun. İlk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1538/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1538/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver