Məhkəmə qərarları › İş №2(014)-1590/2020

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1590/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1590/2020 28.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi ilə İddiaçı Cavabdeh 3-cü şəxs Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanına qarşı uşaqların atasının yanında qalmasının müəyyən olunması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Cavabdeh İddiaçı qarşı uşaq tələbi haqqında iddiasına dair 2(014)-1589/2020 saylı, İddiaçı Cavabdeh 3-cü şəxs Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanına qarşı uşaqların atasının yanında qalmasının müəyyən olunması tələbi haqqında iddiasına dair 2(014)-1590/2020 saylı iki ədəd mülki iş vardır. Hər iki işin materiallarını araşdırıb müəyyən edilmişdir ki, məhkəmənin icraatında olan hər iki iş bir-biri ilə əlaqəli olduğu, 2(014)-1589/2020 №-li mülki iş ilkin olaraq icraata qəbul edildiyi üçün məhkəmənin icraatında olan2(014)-1590/2020№-li mülki iş 2(014)- 1589/2020 №-li mülki işə birləşdiriləmlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh 3-cü şəxs Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanına qarşı uşaqların atasının yanında qalmasının müəyyən olunması tələbi haqqında iddiasına dair 2(014)-1590/2020 saylımülki iş Cavabdeh İddiaçı qarşı uşaq tələbi haqqında iddiasına dair 2(014)-1589/2020 saylı mülki işə birləşdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar