Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1647/2024 15.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır, o, Cavabdeh ilə 04 aprel 2018-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 26 avqust 2007-ci ildə X6 və 05 yanvar 2010- cu ildə X7 anadan olmuşdur. Onlar mehriban ailə kimi yaşamışlar, bir müddətdən sonra cavabdeh ilə arasında müqaişələr olduğu üçün o uşağını götürüb valideyinlərinin yanına gəlmişdir. Cavabdeh ailəsi ilə maraqlanmamış, daimi iş yeri olmasa da, fərdi əməklə məşğul olduğundan gəliri olmasına baxmayaraq uşaqların saxlanılması üçün könüllü olaraq heç bir yardım etməmişdir. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə israrlıdır. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqları 26 avqust 2007-ci ildə X6 və 05 yanvar 2010-cu ildə X7 qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 230 manat aliment yəni 460 manat aliment və mediasiya şurasına keçirmiş olduğu 50 manat rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq, bildirir ki, İddiaçı ilə 2006-cı ildə ailə həyatı qurmuş, 18 aprel 2024-cü il tarixində də Ağdaş rayon Qeydiyyat şöbəsində nikahları 60 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2007-ci ildə X8, xx.xx.2010-cu ildə X7 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə iddiaçı ilə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarında heçbir problem olmamışdır. Lakin bir müddət sonra iddiaçının xasiyyət, xarakteri səbəbiylə aralarında narazılıqlar baş vermiş və iddiaçı ilə ayrılmışlar. İddiaçı Ağdaş Rayon Məhkəməsinə müraciət edərək ondan övladının aylıq saxlanması üçün hər ay hər uşaq üçün 230 manat olmaq ümumilikdə 460 manat aliment və mediasiya üçün ödənilmiş 50 manatın alınmasını tələb etmişdir. Hazırda işsizdir, daimi bir işi yoxdur. İşlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Hələ ki, uyğun iş ilə tapa bilməmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz olaraq qeydiyyatdadır. Hazırda işsiz olduğu üçün iddiaçının ondan tələb etdiyi hər ay hər uşaq üçün 230 manat olmaq ümumilikdə 460 manat alimenti ödəməyə maddi imkanı çatmır. Buna baxmayaraq o ata olaraq üzərinə düşən öhdəliyi etməlidir və bunun fərqindədir. Ancaq onun da yaşamaq üçün öz ehtiyaclarını qarşılamaq məcburiyyəti var. Bu səbəbdən də övladları üçün aylıq ancaq hər uşaq üçün 130 manat olmaqla ümumilikdə 260 manat aliment ödəyə bilər. Qeyd olunanları rəhbər tutaraq, maddi və sosial vəziyyətini nəzərə alaraq iddiaçının iddia tələbinin qismən təmin edilərək aylıq iddiaçının xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla ümumilikdə 260 manat aliment manat ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində qeyd edlənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçıya hər uşaq üçün 130 manat məbləğində aliment ödəyə biləcəyini, maddi imkanı yaxşı olarsa əlavə yardım edəcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RİHB-nın Güvəkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 832330 nömrəli doğum haqqında şəhadətnamənin notariat təsdiqlənmiş surətindən görünür ki, X6 26 avqust 2007-ci il tarixdə Belarusiya Respublikası, Qomel şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş RİHB-nın Güvəkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 832329 nömrəli doğum haqqında şəhadətnamənin notariat təsdiqlənmiş surətindən görünür ki, X9 05 yanvar 2010-cu il tarixdə Belarusiya Respublikası, Qomel şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 09 oktyabr 2024-cü il tarixli, MŞQ/MT035-2024-785 seriyalı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından iştirak etmişlərdir. İlkin mediasiya prosesinin davam etdirilməsinə tərəflər razılıq verməmişlər. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikas! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında 04 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Rəfiyev X5 Aran Regional Məşğulluq filialında işsiz kimi qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı cavabdehdən iki uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 26 avqust 2007-ci il tarixdə anadan olmuş X3 və 05 yanvar 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 10 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda iddia qismən əsaslı olduğundan, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 10 oktyabr 2024-cü il tarixdən başlayaraq, 26 avqust 2007-ci il tarixdə anadan olmuş X3 və 05 yanvar 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat aliment tutularaq İddiaçı verilməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalı, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 3600 (üç min altı yüz) manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 56 (əlli altı) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 oktyabr 2024-cü il tarixdən başlayaraq, 26 avqust 2007-ci il tarixdə anadan olmuş X3 və 05 yanvar 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat aliment tutularaq İddiaçı verilsin. İddiaçının ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İddiaçının ödəməkdən azad edildiyi 56 (əlli altı) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1647/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1647/2024
15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver