Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1674/2021 08.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Kreditor MMC-nin ərizəsinə hazırkı halda əmr icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinə əsasən tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə; tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə məhkəmə əmri verilə bilər. Göründüyü kimi, yalnız dəqiq müəyyən edilmiş tələblər üzrə əmr icraatı həyata keçirilə bilər. MPM-in 276-cı maddəsində göstərilən tələblərdən hər hansı biri mövcud olsa da, həmin tələb bu normada təsbit edilməyən başqa bir tələblə birləşdirilmişdirsə, işə əmr icraatı qaydasında baxıla bilməz. Bu qəbildən olan işlər üzrə isə borc tələbi ilə yanaşı faizlərin və dəbbə pulunun hesablanması və tələb edilməsi qaydaları, tərəflər arasında mübahisələrin həlli qaydaları, girov və ya ipoteka qoyulmuş əmlaka dair qaydalar, zaminlik müqaviləsinə əsasən zaminlər barəsində olan qaydalar, ümumiyyətlə müqavilədə göstərilmiş şərtlər araşdırılmalıdır. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Məhkəmə əmrinin verilməsinə dair ərizədən görünür ki, Kreditor MMC Borclu 480 manat əsas və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC məhkəməyə təqdim etdiyi 19.06.2019-cu il tarixli, № ******* saylı borc müqaviləsinə əsasən borcludan pul tələb etsə də, həmin müqavilənin məzmunundan görünür ki, tərəflər arasında borc münasibətləri deyil, nisyə alqı-satqı münasibətləri olmuşdur. Belə olan halda isə borcluya qarşı yönəlmiş tələbin aşkar olması və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.2.1 və 279.2.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəm hesab edir ki, göstərilən səbəblərdən Azərbaycan Respublikası MPM-in 279-cu maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbulundan imtina edilsin. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın və kreditora iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1674/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1674/2021
08.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver