Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1937/2020 10.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı CavabdehMMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbi haqqında iddiasına dair mülki işə aşıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehMMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üşün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı iddiaçı tərəfindən itirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaşı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üşün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümum qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iş üzrə iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü mAddələrini rəhbər tutArAq, məhkəmə QƏRARA ALDİ: İddiaçı CavabdehMMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbi haqqında iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş RAyon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1937/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1937/2020
10.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver