Məhkəmə qərarları › İş №2(014)-195/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-195/2022

07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-195/2022 07.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 05.07.2017-ci il təvəllüdlü X11 və 20.09.2011-ci il X4 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin artırılması barədə ərizə verərək cavabdeh X11 ilə birgə nikahlarından dünyaya gəlmiş X8 və X9 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment miqdarının Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yuxarıda qeyd edilən Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaq iddia tələbinin həcminin artırılması barədə ərizənin icraatı mümkün hesab edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 23 aprel 2006-ci il tarixdə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 05.07.2017-ci il təvəllüdlü X11 və 20.09.2011-ci il X10 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar. Cavabdehlə ayrıldıqları gündən X11 cavabdehin himayəsində, X14 isə onun himayəsində qalmışdır. Cavabdeh oğlu Həbilov Pərvin böyüdükcə ona qarşı valideynlik vəzifələrindən imtina etməyə və yerinə yetirməməyə başlamışdır. Bu minvalla xeyli müddətdir ki, övladının qayğısına qalmır. Cavabdeh başqa şəxslə ailə həyatı qurmuşdur. Hazırda oğlu Həbilov Pərvin onun yanında və himayəsindədir, bundan sonra onunla qalmaq istəyir. Ağdaş rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(014)-2646/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, X11 cavabdehin himayəsində, X9 isə onun himayəsində qalması qət edilmişdir. Bununla bağlı mediatora müraciət etmişlər. Mediasiya sesiyasında cavabdeh məhkəmə qərarı ilə onun himayəsinə verilmiş X8 onun himayəsinə verilməsi və yanında qalmasına dair, həmçinin hər iki uşağın saxlanması üçün hər ay 200 manat aliment verəcəyinə dair razılıq vermiş və bununla bağlı cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır. Ancaq bugünədək cavabdeh uşaqları ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Aralarında bağlanmış barışıq sazişinə əməl etməmişdir. Ayrıldıqları gündən o və övladları qohumlarının himayəsindədir. Övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, övladlarının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var və buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizənin məzmuna uyğun izahatı verərək bildirdi ki, iddia ərizəsində hər iki uşaq üçün 193 AZN sabit pul məbləğində aliment tələb etsə də, hal-hazırda cavabdehdən hər uşağa görə 120 manat olmaqla 240 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmir və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, hüquqularını təmsil və müdafiə etdiyi şəxs iddiaçının tələb etdiyi aliment məbləği ilə razı deyil, övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 04 oktyabr 2011-ci il tarixli AZ-İİ 754983 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 20.09.2011-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən 04 oktyabr 2011-ci ildə 1139 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası X3r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 18 iyul 2007-ci il tarixli AZ-İ 955539 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 05.07.2007-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən 18 iyul 2007ci ildə 308 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası X3r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 14 dekabr 2017-ci il tarixli 2(014)-2646/2017 saylı qətnamənin surətindən məlum olur ki, X1 Pərviz Sahib oğluna qarşı nikahın pozulması tələbi haqqında iddiası qismən təmin edilmiş, X1 Pərviz Sahib oğlu arasında bağlanılaraq Ağdaş RİHB-in Pirkəkə kənd İƏD üzrə nümayəndəliyində 23 aprel 2006-cı il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, X11 Cavabdeh yanında, 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş X10 isə iddiaçı X2 yanında saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 sentyabr 2021-ci il tarixli saizşə əsasən İddiaçı ilə Cavabdeh arasında barışıq sazışı bağlanmış, övladları X11 və X4 iddiaçının himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 100 AZN olmaqla, ümumilikdə 200 AZN sabit pul məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh həqiqətən 10 yanvar 2011-ci il tarixindən halhazıradək Fövqəladə Hallar Nazirliyinin X15 xilasedici-sürücü vəzifəsində çalışır və hesablanmış xalis əmək haqqısı 654.13 manatdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 96.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 97.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan 10.000 manat aralığında olduğundan iddiaçının ödəməkdən azad edildiyi 48.80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, aliment ödənilməsi barədə sazişin uşaqların mənafeyinə uyğun olmaması və hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 13 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulmalı, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh oğlundan 48.80 (qırx səkkiz manat 80 qəpik) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxx 1984–cü il tarixdə Ağdaş rayon, Yuxarı Zeynəddin kəndində anadan olmuş və Ağdaş şəhər, S.Vurğun küç 2/7 ünvanında yaşayan Cavabdeh 13 dekabr 2021ci il tarixdən başlayaraq, 20.09.2011-ci təvəllüdlü X10 və 05.07.2007-ci il təvəllüdlü X8 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 48.80 (qırx səkkiz manat 80 qəpik) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar