Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1973/2020 26.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X4 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı il tarixdə rəsmi nikah qeydə aldırmadan evlənərək ailə qurub birlikdə yaşamışlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq 2015-ci ildən ayrılmışlar. Həmin vaxtdan uşaqları onun himayəsində yaşayır. Cavabdeh AR CM-nin 120.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı Şəki ACM-nin 2016-cı il tarixli Hökmü ilə barəsində 15 (on beş) il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda cəza çəkməkdədir. Həmin vaxtdan bu yana cavabdeh uşaqları ilə o cümlədən də onların saxlanması ilə ciddi maraqlanmamış, bunun üçün kifayət olan qədər maddi köməklik göstərmək mövqeyini bildirməmişdir. Özü heç yerdə işləmir. Odur ki, birgə nikahlarından doğulmuş, onun himayəsində qalmış övladlarının 18 yaşı tamam olan günədək saxlanması üçün alimentə ehtiyacı var və buna görə də cavabdehdən alimentin məcburi qaydada alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırki iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına ərizə göndərərək bildirmişdir ki, İddiaçı ilə 2006-cı il tarixdə rəsmi nikah qeydə aldırmadan evlənərək ailə qurub birlikdə yaşamışlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X6 adlı uşaqları anadan olmuşdur. Hazırda o X2 cəza çəkir və orada yeməkxanada işləyir, əmək haqqı 250 manatdır. 25 manatı dövlət rüsumu kimi tutulur. Oğlanlarından və ailəsində imtina etmir lakin, hər oğluna görə 170 manat aliment ödəmək imkanı yoxdur. Əmək haqqının yarısını yəni 250 manatın yarısını göndərə bilər. Buna görə də, məhkəmədən iddianın qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon,Aşağı Bucaq kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş, xx xxxx 2010-cu il tarixli AZ-İİ 419348 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx xxxxxxxx 2007-ci ildə Yevlax rayonu, Havarlı kəndində doğulmuşdur. Bu barədə xx xxxx 2010-cu ildə 19 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər Ailə sağlamlıq Mərkəzi Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2337 saylı arayışdan məlum olur ki, X5 hər tərəfli həkim müayinəsindən keçmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon,Aşağı Bucaq kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş, xx xxxx 2010-cu il tarixli AZ-İİ 419348 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2009-cu ildə Yevlax rayonu, Xaldan kəndində doğulmuşdur. Bu barədə xx xxxx 2010-cu ildə 20 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər Ailə sağlamlıq Mərkəzi Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2336 saylı arayışdan məlum olur ki, X6 hər tərəfli həkim müayinəsindən keçmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN –dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçının xeyrinə xx.xx.2007-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 1981–ci il tarixdə Yevlax rayonu Tanrıquluları kəndində anadan olmuş, Yevlax rayonu Tanrıquluları kəndində qeydiyyatda olan, hal-hazırda AR ƏD X2 cəza çəkən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1973/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1973/2020
26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver