Məhkəmə qərarları › İş №2(014)-2022/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2022/2022

09.12.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2022/2022 09.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Kreditor Borclu qarşı “müqavilə tələbi üzrə borcun alınması” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı “müqavilə tələbi üzrə borcun alınması” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Belə ki, Kreditor Borclu qarşı “müqavilə tələbi üzrə borcun alınması” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsindən görünür ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardır. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Borclu qarşı “müqavilə tələbi üzrə borcun alınması” tələbinə dair məhkəmə əmrinin verilməsinə görə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. Kreditor izah edilsin ki, göstərilmiş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə həmin tələb üzrə iddia icraatı qaydasında iddia verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar