Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2033/2020 16.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu İddiaçı oğunun Cavabdeh, üçüncü şəxs Ağdaş Rayon İPŞ-ə qarşı “ ödənilməli olan alimentin ödənilmiş hesab edilməsinə” dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, üçüncü şəxs Ağdaş Rayon İPŞ-ə qarşı iddia qaldıraraq xx.xx.2019-c il tarixdən xx.xx.2020-ci il tarixədək ola dövr ərzində X5 və X1 üçün anaları X4 ödənilməli olan alimentin uşaqların həmin dövrdə saxlanılması üçün xərclənmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsində cavabdeh X2 yaşayış yeri Sabirabad rayonu, Qaratəpə kəndi göstərilmiş, bundan əlavə cavabdehin rəsmi qeydiyyat yerinin müəyyən edilməsi məqsədilə məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə şəxsiyyət vəsiqəsi barədə məlumat bölməsinə baxış keçirilmiş” və bu zaman cavabdeh X2 rəsmi qeydiyyat ünvanının həqiqətən də ünvan 1 barədə məlumat aşkar olunmuşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkə-məsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayışyeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsassında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində aidiyyətin iddiaçının seçməsinə görə nəzərdə tutulmuş hallar qeyd edilmişdir. Həmin maddənin tələblərinə əsasən də hazırkı iddia üzrə iddiaçıya işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 152.1-ci və 152.1.3-cü maddələrinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydiyyat yeri Sabirabad rayonu ərazisi olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya cavabdehin rəsmi qeydiyyat yeri üzrə Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 35, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçı X3 geri qaytarılsın. İddiaçıya izah olsun ki, iddianın geri qaytarılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə Sabirabad Rayon Məhkəməsinə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-2033/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2033/2020
16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver