Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2062/2021 08.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən, Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz ünvan 1 ünvanında yerləşən Kreditor ünvan 2ində yaşayan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək Borclu ilə bağlanmış 13.03.2020-ci il tarixli AGK 00256 saylı nisyə alqı-satqı müqaviləyə əsasən 779.90 manat qalıq borcu və 111.84 manat cərimə borcu olmaqla, cəmi 891.74 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər; 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilmədən verildiyindən ona əmr icraatı qaydasında baxılması mümkün deyildir. Belə ki, ərizədə qoyulan tələbin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardır. Belə olan halda hazırki ərizəyə əmr icraatı qaydasında baxılması mümkünsüzdür. Ona görə də ərizənin icraata qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 278.2.5 və 279.2.-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor ünvan 2ində yaşayan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Kreditor həmin tələb üzrə iddia icraatı qaydasında iddia verə bilər. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-2062/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2062/2021
08.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver