Məhkəmə qərarları › İş №2(014)-2085/2020

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2085/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2085/2020 23.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı “hökmün ləğv edilməsi və maddi-mənəvi zərərin” ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “hökmün ləğv edilməsi və maddimənəvi zərərin” ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(014)-91/2020 saylı hökmün ləğv edilməsini və maddi-mənəvi zərərin ödənilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi hökmün ləğv edilməsini arzulayaraq hökmdən apelyasiya şikayəti vermək əvəzinə iddia ərizəsi verərək hökmün ləğv edilməsi ilə yanaşı vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “hökmün ləğv edilməsi və maddimənəvi zərərin” ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan, yəni hökmdən apelyasiya şikayəti verərək hökmün qanuniliyi apellasiya məhkəməsi tərəfindən yoxlanıldıqdan və hökm qanuni qüvvəsini aldıqdan sonra vurulmuş maddi-mənəvi zərərəin ödənilməsi barədə ayrıca iddia ərizəsi ilə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar