Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2305/2021 20.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşlar. Nikah Ağdaş rayon Qeydiyyat şöbəsində bağlanmış 347 saylı nikah aktı qeydi aparılmış və bu nikah haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 01 aprel 2011-ci il təvəllüdlü X3 və 20 dekabr 2012-ci il təvəllüdlü X4 adlı iki uşaqları var. Əvvəllər ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuş və Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(014)-1842/2016 saylı qətnaməsi ilə rəsmi qeydə aldırdıqları nikahları məhkəmə qaydasında pozulmuşdur. Uşaqların onun himayəsində saxlanılmaqla, onların saxlanılması üçün yetkinlik yaşına çatanadək cavabdehdən hər ay bir uşaq üçün 65 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh məhkəməyə müraciət edərək uşağın birini, yəni X1 yanında qalmasını xahiş etmiş və Ağdaş Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən, X3 cavabdehin himayəsinə verilmişdir. Daha sonra o, Cavabdeh qarşı “uşağın alınıb himayəsinə verilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X1 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(014)-1160/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X3 yenidən onun himayəsinə verilmişdir. Övladları məktəblidir. Onların ehtiyacları və tələbatları günü-gündən artır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək onun üçün çox çətindir. Uşaqlar böyüdükcə tələbatı artsa da, cavabdeh uşaqlarla ümumiyyətlə maraqlanmır, onlara qarşı heç bir diqqət və qayğı göstərmir, heç bir maddi yardım göstərmir. Odur ki, onun Cavabdeh ilə birgə nikahlarından 01 aprel 2011-ci il təvəllüdlü X3 və 20 dekabr 2012-ci il təvəllüdlü X2 18 yaşı tamam olan günədək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, aylıq cəmi 350 manat sabit pul məbləğində alimentin alınıb verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı 17 dekabr 2021-ci ilə təyin edilmiş məhkəmə iclasında bildirdi ki, o Cavabdeh ilə aralarında olan razılığa əsasən hər ay hər uşaq üçün 75 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə heç bir etirazı yoxdur. Buna görə də iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, hal hazırda işləmir və 350 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Hər ay hər uşaq üçün 75 manat məbləğində aliment ödəməyə imkanı çatır. Odur ki, iddianın qismən təmin edilərək hər uşağa görə 75 manat məbləğində aliment tutulmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 2(014)- 1160/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh maraqlı orqan Ağdaş RİHBA-nın Qəyyumluq və Himayəçilik komissiyasına qarşı uşağın alınıb himayəsinə verilməsi tələbinə təmin edilərək 01 aprel 2011-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Aliment tələbi mübahisəsi üzrə 13 oktyabr 2021-ci il tarixə saat 15:00-16:00 saatlarına təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 01 aprel 2011-ci il təvəllüdlü X3 və 20 dekabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamdıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən ər-arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və umumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti alimentin alınması haqqındakı iddialarda bir il əzində ödəmənin məcmsu ilə müəyyən edilir. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 19 oktyabr 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqlar 18 yaşına çatana qədər onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 75 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 38 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 aprel 2011-ci il təvəllüdlü X1 və 20 dekabr 2012-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 75 manat, cəmi 150 (yüz əlli manat) manat aliment tutulsun. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2305/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2305/2021
20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver