Məhkəmə qərarları › İş №2(014)-2324/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2324/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2324/2025 27.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş 05 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmas üçün hər ay hər sabit pul məbləğində 246 manat aliment və mediasiya şurasına keçirmiş olduğu 60 manat rüsumu cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11 may 2016-cı ildə rəsmi nikah qeyd edərək ailə qurmuşlar. Birgə nikahdan 05 yanvar 2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Onlar mehriban ailə kimi yaşamışlar bir müddətdən sonra cavabdehlə aralarında münaqişələr olduğu üçün 28 oktyabr 2025-ci ildə Ağdaş Rayon Məhkəməsinin qətnaməsi əsasında boşanmışlar və qətnamə əsasında oğlu yəni 05 yanvar 2016-cı il təvəllüdlü X6 onun yanında qalmasına dair qətnamə çıxarılmışdır. Ayrıldıqları gündən cavabdeh uşağını axtarmamışdır. Cavabdeh ailəsi ilə maraqlanmamış, daimi iş yeri olmasa da, fərdi əməklə məşğul olduğundan gəliri olmasına baxmayaraq uşağın saxlanılması üçün könüllü olaraq heç bir yardım etməmişdir. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə israrlıdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, övladı 10 aydır onun yanındadır. Cavabdeh övladı ilə maraqlanmır. Övladının saxlanılması üçün aliment kəsilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, aliment ödəməyə imkanı yoxdur. O uşağına özü baxa bilir. Onun atası onkoloji xəstədir. Övladını görməyə gedəcəkdir. İddiaçı nə vaxt övladını ona göstərsə, ondan sonra aliment verəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 may 2016-cı il tarixli AZ-İİİ 764680 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 05 yanvar 2016-cı ildə Ağdaş şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X2r. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli 2(014)- 1329/2025 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 11 may 2016-cı ildə Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 153 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 05 yanvar 2016-cı il təvəllüdlü X6 atası İddiaçı yanında saxlanılmış, tərəflərin alimentlə bağlı tələblərinin olmaması nəzərə alınmışdır. İddiaçı Cavabdeh ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul tərəflər arasında müştərək qaydada bölünməsi qət edilmişdir. 24 noyabr 2025-ci il tarixli MŞA/MT061-2025-00105 nömrəli ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etmişlər. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Bundan başqa İddiaçı ilkin Mediasiya Sesiyasında (İMS) iştrak edilməsi barədə 60 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 05 yanvar 2016-cı il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdehin aralarında olan münasibətlər pozulduğu üçün Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2(014)-1329/2025 saylı qətnaməsinə əsasən aralarında qeyd edilmiş nikah pozulmuş, 05 yanvar 2016-cı il təvəllüdlü X6 atası İddiaçı yanında saxlanılmışdır. İddiaçı uşağın saxlanılması üçün Cavabdeh hər ay 246 manat məbləğində aliment tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.38 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 08 dekabr 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, cavabdehdən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat məbləğində pulun 30 manatı Cavabdeh tutulub iddiaçıya ödənilməli, 30 manatı isə iddiaçıya aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 38.24 (otuz səkkiz manat iyirmi dörd qəpik) dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 dekabr 2025-ci il tarixdən başlayaraq 05 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.38 misli həddində aliment tutularaq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 (otuz səkkiz) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat məbləğində pulun 30 manatı Cavabdeh tutulub iddiaçıya ödənilsin, 30 manatı isə iddiaçıya aid edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar