Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-234/2020 11.02.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Ağdaş rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2007-ci ildə dünyaya gəlmiş X4 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment miqdarının X2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə X7, xx.xx.2009-cu ildə X9, xx.xx.2011-ci ildə də X5 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarından heçbir problem olmamışdır. Lakin bir müddət sonra cavabdehin xasiyyəti xarakteri səbəb ilə aralarında narazılıqlar baş verməyə başlamışdır. Hazırda bir neçə aydır ki, onlar ayrılmışlar. Birgə nikahlarından doğulmuş qızı X7 onun yanında və onun himayəsindədir. X9 və X5 isə cavabdehin yanındadır. Ağdaş rayon məhkəməsinin 2(014)-1859/2019 saylı qərarı ilə birgə nikahlarından doğulmuş X6 və X1 üçün hər ay hər uşaq üçün 120 manat aliment miqdarı müəyyən edilərək Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan etibarən də o aliment miqdarını ödəməyə çalışır. Bu müddət ərzində Cavabdeh bircə dəfə olsa onun himayəsində olan X7 ilə maraqlanmamış, övladına heç bir maddi yardım göstərməmişdir. Halbuki o artıq çox çətinlik çəkir və övladının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki övladının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var və buna görə onda aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ilə xx.xx.2006-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə X7, xx.xx.2009-cu ildə X9, xx.xx.2011-ci ildə də X5 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarından heç bir problem olmamışdır. Birgə yaşadıqları zaman o işləməmişdir. İddiaçı işləmiş, o isə evdə təsərrüfatla məşğul olmuş və uşaqlara qulluq etmişdir. Lakin bir müddət sonra aralarında narazılıqlar baş verməyə başlamışdı. Hazırda bir neçə aydır ki, onlar ayrılmışlar. Birgə nikahlarından doğulmuş qızı X7 iddiaçının yanında və onun himayəsindədir. X9 və X5 isə onun yanındadır. Ağdaş rayon məhkəməsinin 2(014)-1859/2019 saylı qərarı ilə birgə nikahlarından doğulmuş X6 və X1 üçün hər ay hər uşaq üçün 120 manat aliment miqdarı müəyyən edilərək onun xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçının iddia tələbi ilə tanışdır. iddianı qəbul etmir. Hal hazırda heç bir yerdə işləmir, vəziyyəti çox ağırdır. Aliment ödəməyə imkanı çatmır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Ağdaş Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********8 saylı arayışdan məlum olur ki, Kotavan kəndində yaşayan İddiaçı hal-hazırda da vətəndaşın əmək müqaviləsi ilə fəaliyyəti barədə Mərkəzin elektron portalında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş RİHB-nin Kotavan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 374 saylı arayışdan məlum olur ki, xx xxxxxx 1985-ci ildə anadan olmuş İddiaçı təsərrüfatbaşına kitaba əsasən Ağdaş Rayon Kotavan kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağdaş RİHB-nin Kotavan kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2009-cu il tarixli AZ-İİ 273611 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixli 05 saylı qeyd aparılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1859/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X9 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər saxlaılmaları üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin təqdim etdikləri sübutlara və izahatlara əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında ailə münasibətləri və rəsmi nikah pozulmuş, uşaqlardan X9 və X5 hal-hazırda cavabdehin himayəsində yaşayırlar. Onların maddi xərclərini hal-hazırda ata olaraq iddiaçı çəkir, həmçinin nikahdan əvvəl də ailə ehtiyaclarını iddiaçı təmin etmişdir. Cavabdeh hal-hazırda olduğu kimi, birgə nikah dövründə də işləməmiş, uşaqların qayğısı və tərbiyəsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 aylı Qərarının 8-ci bəndinə tövsiyə olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı tələblə qarşılıqlı təhlil edərək qeyd edir ki, birgə nikah dövründə uşaqların maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Alimentin ödənilməsində məqsəd uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıdır. Bu baxımdan nəzərə alınmalıdır ki, ata olaraq iddiaçı uşaqları hansı səviyyədə təminatlarını ödəyirdisə, nikah pozulduqdan sonra da həmin təminatı yerinə yetirmək onun valideynlik borcudur. Ailə Qanunvericiliyinin 75.1.-ci maddəsi valideynlərin uşaqlarını saxlamağa borclu olmasını müəyyən etsə də, sabit aliment tələbi ilə bağlı digər normalarda alimentin hansı valideyndən və nə qədər tutulmasını onların maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməsini vurğulanmışdır. Məhkəmə cavabdehin maddi və ailə, diqqətəlayiq digər halları dəyərləndirərk qeyd edir ki, tərəflərin ailə münasibətlərinə rəsmi xitam verildikdən sonra, onun maddi və ailə vəziyyətində dəyişiklik olmamış, rəsmi nikah dövründə olduğu kimi heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayır və onun gündəlik təminatlarını valideynləri təmin edir. Ona görə də uşağın valideynləri ilə birgə və yaxud ayrı yaşadıqları dövrdə onun saxlanmasını iddiaçı tərəfindən təmin olunması, uşağın atanın himayəsinə verilməsinədək olan dövrdəki təminat səviyyəsi nəzərə alınmalıdır. Göstərilənlənlərə əsasən və tərəflərin nikahlarının pozulmasından sonrakı münasibətlərini dəyərləndirərək məhkəmə qeyd edir ki, aliment tələbi ilə çıxış etmək iddiaçının hüququ olsa da, onun hazırkı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1. və 560.2.-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı alimenti maddi imkansızlıq səbəbi ilə deyil, yalnız cavabdehin uşağa baxmaması, heç bir maddi və mənəvi yardım göstərməməsi əsası ilə tələb edir, iddiada ailə, maddi və digər diqqətəlayiq vəziyyətlərində dəyişiklik olması barədə heç bir dəlil və əsas göstərilməmişdir. Əksinə işin faktiki halları və qanuni qüvvəsini almış məhkəmə qətnamələrində göstərilənlər, tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra bir-birilərinə qarşı davranışları, iddiaçının cavabdehin ailə və maddi vəziyyətinin tələb olunan alimenti ödəməyə imkan vermədiyini bildiyi halda hazırkı tələbi irəli sürməsi onu qeyd etməyə əsas verir ki, valideynlərinin təminatı altında yaşayan cavabdehdən aliment tələb olunması ona ziyan vurmaq məqsədi daşıması kimi qiymətləndirilməli və ona görə iddia rədd olunmalıdır. İşin hallarına görə iddiaçının uşaqları saxlamağa normal maddi imkanı və həyat şəraiti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimenti” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-234/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-234/2020
11.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver