Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-242/2024 22.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabiri Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 1969-cu il tarixdə iddiaçı ilə X1 birgə nikahından doğulmuşdur. Həmin vaxtdan etibarən cavabdeh iddiaçının ailəsində yaşamış, böyüyüb boya başa çatmışdır. Cavabdeh yetkinlik yaşına çatanadək də bütün ehtiyacları iddiaçı tərəfindən qarşılanmışdır. Universitetə qəbul olunmuş, tərəfindən tələbə olduğu zamanda bütün ehtiyacları qarşılanmışdır. Birgə yaşadıqları zaman birlikdə mehriban yaşamışlar, həmin zamanlarda münasibətləri normal olmuş, aralarında heç bir problem olmamışdır. Lakin xeyli müddətdir ki səhhəti və yaşı ilə əlaqədar işləyə bilmir, əmək qabiliyyətini itirmişdir. Övladı, yəni cavabdeh isə onun qayğısına qalmaqdan, ehtiyaclarını qarşılamaqdan imtina edərək boyun qaçırır. Bu səbəbdən də aralarında narazılıqlar başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsinə görə xeyli müddətdir ki, ayrılmışlar və iddiaçı qohumlarının himayəsindədir. Bu müddət ərzində cavabdeh bir dəfə də olsa atası ilə maraqlanmamış, atasına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən iddiaçı demək olar ki, qohumlarının himayəsindədir. Artıq çox çətinlik çəkir və etiyaclarını qarşılamağa imkanı çatmır. Odur ki, ehtiyaclarının qarşılanması üçün alimentə ehtiyacı var və buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sesiyasında iştirak etmişlər. Ancaq cavabdehlə razılığa gəlmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən övladı Cavabdeh gündəlik tələbatlarını ödəmək üçün hər ay 246 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək 2 qız və 7 oğlu olmaqla, ümumilikdə 9 övladının olduğunu, övladlarından birinin Rusiyada yaşadığını, hazırda oğlu Cavabdehla birlikdə özünə məxsus evdə yaşadığını, yaşlı olduğunu, oğlunun ona baxmadığını, oğlunun özünə məxsus üç yerdə torpaq sahəsinin olduğunu, ona məxsus evdən oğlunun çıxmasını istədiyini, çıxmadığı halda oğlundan aliment tələb etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək anası ilə birlikdə yaşadığını, anasının maddi tələbatını özünün qarşıladığını, anasının dediklərinin doğru olmadığını, adına torpaq sahəsinin olmadığını, anasının məqsədinin onu evdən çıxarmaq olduğunu, həmin evdə yaşamaq hüququnun məhkəmə qətnaməsi əsasında müəyyən olunduğunu, özünün üç övladının olduğunu, birinin Türkiyədə təhsil aldığını, digər övladının isə xəstə olduğunu, qazancının uşaqların təhsili və müalicəsi üçün xərcləndiyini, aliment verməyə maddi imkanın olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan 25 noyabr 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1052 saylı doğum haqqında arayışdan görünür ki, Cavabdeh xx xxxx 1969-cu il tarixdə Ağdaş rayonu, Mürsəl kəndində doğulmuş, atası X3, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2010-cu il tarixli, 2(014)-254/2010 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçılar Cavabdeh və X4 cavabdeh İddiaçı Səfərah qızına qarşı “Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair” və qarşılıqlı iddia üzrə İddiaçı Səfərah qızının cavabdehlər Cavabdeh və X7 qarşı “Yaşayış evinin yaşayış sahəsindən və həyətin torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddiaları ilk iddia üzrə iddia qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 Cavabdeh ilə birgə nikahlarından 22 yanvar 1999-cu il tarixdə doğulmuş X11, 03 yanvar 2001-ci il tarixdə doğulmuş X8 və 15 mart 2005-ci il tarixdə doğulmuş Əhmədov Məhəmməd tahir oğlu ilə birlikdə 30 dekabr 2004-cü il tarixdə 3585 saylı ilə qeydiyyata alınmış tərpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN- 110F, kod ********) məlum olur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli, 16 saylı qərarı ilə İddiaçı qızna və X2 məxsus olub Ağdaş rayonunun Mürsəl kəndi ərazisində 0,28 hektar həyətyanı torpaq sahəsində texniki pasportu mərhum X5 adına qeydə alınmış iki otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması, yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin həmin ərazidə olan köməkçi və kommunal sahələrin ümumi istifadədə olmasının müəyyən edilməsi və ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli həyətyanı torpaq sahəsindən və həmin ərazidə olan köməkçi və kommunal sahələrdən qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilə bərabər hüquqda istifadə etmələri, ilk iddia üzrə iddianın ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh “Yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair” hissəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı “Yaşayış evinin yaşayış sahəsindən və həyətin torpaq sahəsindən məcburi çıxarma tələbinə dair” qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. İşin materiallarında olan 02 fevral 2023-cü il tarixli, MŞM/1/MT031/2023-00771 saylı X6 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi X9 X6 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı oğludur. İddiaçı səhhəti və yaşı ilə əlaqədar əmək qabiliyyətini itirdiyini, cavabdehin, yəni oğlunun ona baxmadığını, onunla maraqlanmadığını iddia edərək cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci bəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci bəndinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, iddiaçı səhhəti və yaşı ilə əlaqədar əmək qabiliyyətini itirdiyini, cavabdehin, yəni oğlunun ona baxmadığını, onunla maraqlanmadığını iddia edərək cavabdehdən aliment tələb etməsinə baxmayaraq, iddiaçı onun fəaliyyət qabiliyyətinin olmamasına və baxımsız olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı 9 övladı olmasına baxmayaraq, niyə məhz yalnız hazırkı iş üzrə Cavabdeh aliment tələb etməsini də əsaslandırmamışdır. Eyni zamanda, iddiaçının məhkəmə iclasında da verdiyi izahatdan müəyyən edilir ki, onun əsl niyyəti cavabdehdən aliment tələb etmək deyil, cavabdehi yaşadığı mənzildən çıxarmaqdır. Həmçinin, iddiaçı özü yaşa görə əmək pensiyası alsa da, cavabdehin gəlirlərinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-242/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-242/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver