Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-259/2024 20.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X5 ilə 28 iyun 2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində 168 saylı nikah aktı qeydi aparılmış və bu nikah haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Onlar evləndikləri vaxtlarda bir-birilərini başa düşürdülər, mehriban bir cütlük kimi yaşayırdılar. Bir müddət keçdikdən sonra iddiaçı həyat yoldaşının xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamışdır. Uşaq anadan olduqdan sonra cavabdeh tamamilə onlara qarşı soyuq davranmağa başlamışdır. Buna baxmayaraq iddiaçı yenə də düşünürdü ki, bunlar ötəri məsələdir, yenə də keçər. Lakin sonradan aydın oldu ki, bu artıq cavabdehdə xasiyyət kimi formalaşıb. Həmçinin cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağın qeydinə qalmır, onunla maraqlanmır və ata olaraq hec bir maddi və mənəvi tələblərinin ödənilməsinə köməklik göstərmir. Qeyd olunan halları əsas tuturaq uşağın 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat aliment və mediasiya üçün ödədiyi 50 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, onun ailəsi dörd nəfərdən ibarətdir, əri yataq xəstəsidir, evdə bir tək o, işləyir, 340 manat maaş alır, qızının da xəstəlik sənədləri təqdim etməsinin səbəbi odur ki, o, qazandığı pulları qızının müalicəsi üçün xərcləyir, qızı səhhətində problemlər olduğu üçün heç yerdə işləyə bilmir, qızının uşağına baxmağa isə imkanı çatmır, uşağın tələbatları çoxdur, onları ödəyə bilmirlər. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək İddiaçı ilə xx.xx.2019cu il tarixdə ailə həyatı qurmuşlar. xx.xx.2019-cu ildə də Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 168 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2020-ci ildə X6 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olmuş, aralarında heç bir problem olmamışdır. Lakin bir müddət sonra iddiaçının xasiyyət, xarakteri səbəbiylə aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. İddiaçı Ağdaş Rayon Məhkəməsinə müraciət edərək ondan (cavabdehdən) övladlarının aylıq saxlanılması üçün 235 manat aliment və mediasiya üçün ödənilmiş 50 manatın alınmasını tələb etmişdir. Hazırda işsiz olduğunu, daimi bir işinin olmadığını bildirmişdir. Həmçinin, hepatit B xəstəliyindən əziyyət çəkir, Ağdaş rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Bu səbəbdən də tam əmək qabiliyyətinə malik deyil. Hazırda iddiaçının ondan tələb etdiyi 235 manatı ödəməyə maddi imkanı çatmır və səhhəti əl vermir. Buna baxmayaraq o, ata olaraq üzərinə düşən öhdəliyi icra etməlidir və bunun fərqindədir. Ancaq o, öz xəstəliyi ilə bağlı mütəmadi dərmanlar alır, anası da heç yerdə işləmir, onun himayəsindədir. Bu səbəbdən də övladı üçün aylıq ancaq 120 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 28 iyun 2019-cu il tarixli Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş № 168 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Əhmədov X2 Almaz Aslan qızı ilə 28 iyun 2019-cu il tarixdə 168 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Belə ki, işin materiallarında olan xx.xx.2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 499019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞM/1/MT031/2023-01209 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 1078 nömrəli arayışdan görünür ki, İddiaçı ondan ötrü ki, o həqiqətən Ağdaş şəhəri, M.Maqomayev küçəsi, 3 nömrəli evdə yaşayır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 1053 nömrəli arayışdan görünür ki, İddiaçı ailə tərkibi aşağıdakı kimidir. X1 - xx.xx.2020-ci il təvəllüdlüdür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X9 Şəxs Ağdaş rayon Mərkəzi Xəstəxanasının 01 noyabr 2023-cü il tarixli, 18-1-22/3- 2357/202 saylı arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Ağdaş RMX PHŞ-də xx.xx.2023-cü il tarixdə lazımi tibbi müayinələrdən keçirilmişdir, xroniki virus mənşəli B hepatiti aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən bir uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını, Cavabdeh səhhətində olan problemləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 12 yanvar 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 12 yanvar 2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 yanvar 2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə münasib olaraq 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu və iddiaçının ödəməkdən azad olunduğu 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-259/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-259/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver