Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-262/2020 06.02.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın saxlanılması və özü üçün aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın saxlanılması və özü üçün aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2020-ci il tarixdə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması və uşağın üç yaşa çatana kimi ona 50 manat əlavə xərc verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onununla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxx 2019-cu il tarixdə rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından X6 xx.xx.2020-ci ildə anadan olmuşdur. Uşaqları hazırda onun himayəsindədir, cavabdehlə ayrıldıqları vaxtdan ailəsi ilə maraqlanmamış, daimi iş yeri olmasa da, fərdi əməklə məşğul olduğundan gəliri olmasına baxmayaraq uşaqların saxlanılması üçün könüllü olaraq heç bir yardım etməmişdir. Bu səbəbdən uşağın sağlam böyüdülməsində çətinlik çəkir və maddi yardıma ehtiyacı var. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə israrlıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 üçün yetkinlik yaşına çatanadək, Cavabdeh Qardaşxan oğlundan 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 3 (üç) yaşı tamam olan tarixə kimi cavabdehdən hər ay 150 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh ona qarşı “nikahın pozulması tələbinə dair” iddia qaldırıb. Həmin mülki iş üzrə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Qardaşxan oğlu ilə xx xxxxx 2019-cu il tarixdə Ağdaş rayonu İcra Hakimiyyəti Başçısının Şəmsabad kənd inzibati Ərazi üzrə nümayəndəliyində nikahlarını 02 № ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə övladları X6 dünyaya gəlmişdir. Cavabdeh heç bir əsas olmadan onunla dalaşıb evdən qovmuş bu səbəbdən azyaşlı uşağı ilə valideynlərinə məxsus Ucar rayonu Küçəkənd kəndində yerləşən evdə yaşayır. Cavabdeh südəmər körpə uşağına baxmaq istəmir. Südəmər uşağa baxdığı üçü işləyə bilmir bu səbəbdən maddi imkansızlığa görə əziyyət çəkir. Hesab edir ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 üçün yetkinlik yaşına çatanadək, Cavabdeh Qardaşxan oğlundan ayda 150 (yüz əli) manat sabit pul məbləğində aliment alınıb ona verilməli və xx.xx.2020ci il tarixdə doğulmuş X4 üç yaşı tamam olan tarixə kimi cavabdehdən hər ay 150 manat alimentin tutularaq ona verilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə və qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddianın və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsini rədd edərək bildirdi ki, İddiaçı ilə x xxxxx 2019-cu il tarixdə rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından X6 xx.xx.2020-ci ildə anadan olmuşdur. Uşaqları hazırda iddiaçının himayəsindədir. İddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Özü 3 qrup əlildir, 110 manat pensiya alır, xəstədir işləyə bilmir, iş qabiliyyəti yoxdur. İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Buna görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş tərəfindən verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1987-cı il tarixdə Ağdaş rayon, Şəmsabad kəndində anadan olmaqla, Ağdaş rayon, Şəmsabad kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş tərəfindən verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1982-cı ildə Ucar rayonunda anadan olmuş, Ucar rayon Yuxarıçini kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Şəmsabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli AZ-İİ 313096 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X8 ğdaş RİHB-nin Şəmsabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə 02 №-li akt qeydi ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 327749 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. xx.xx.2020-ci ildə Ağdaş rayon Şəmsabad icra nümayəndəliyi tərəfindən 01 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şəmsabad kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 15 saylı arayışından görünür ki, İddiaçı Ağdaş rayon Şəmsabad kəndində qeydiyyatdadır və aşağıdakı ailə üzvləri var- yoldaşı Cavabdeh, qızı X5r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şəmsabad kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 14 saylı arayışından görünür ki, İddiaçı Ağdaş rayon Şəmsabad kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2020-ci il tarixli Fatimə adlı övladları anadan olmuşlar. Ailə münasibətləri qeyrinormal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqları anasının himayəsində qalmışdır. Uşağın ananın yanında saxlanılması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçı iddia vermiş, özünə və uşağına görə aliment tutulmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçun hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməli, iddia qalan hisssində cavabdehin zəruri vəsaitə malik olmasına dair sübut təqdim edilmədiyindən rədd edilməlidir. BMT Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X13 Bəyannamənin 6-cı Prinsipinə əsasən, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir ,uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «X13» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X7 X13 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-ci maddəsinə uyğun tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN–dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216-220ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-262/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-262/2020
06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver