Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-288/2021 02.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X4 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ildə ailə həyatı qurmuşlar. xx.xx.2016-cı ildə Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 143 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2016-cı ildə X8 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən xeyli müddətdir ki, ayrı yaşayırlar. Cavabdehlə ayrıldıqları gündən etibarən övadı ilə valideynlərinin yanında yaşayır. Cavabdehdən ayrıldıqdan sonra həmin vaxtdan bir daha uşaqları ilə maraqlanmamış, uşağının saxlanılması üçün ona heç bir yardım göstərməmişdir. Özü heç bir yerdə işləmir. Uşağın sağlam böyüdülərək tərbiyə edilməsi üçün maddi yardıma yəni alimentə ehtiyac vardır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx xxxxxx 2016-ci il tarixli AZ-İİİ 858123 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx xxxxxx 2016-cı ildə Ağdaş şəhərində doğulmuşdur.Bu barədə Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə 277 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir.Atası Cavabdeh, anası İddiaçı qızıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZ-İİ 114010 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X2 arasında nikahın bağlanması haqqında xx xxx 2016-cı il tarixli 143 saylı qeyd aparılmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN –dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.1986–ci il tarixdə Ağdaş rayon, Abad kəndində anadan olmuş, Ağdaş rayon, Abad kəndində yaşayan Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh oğlundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan xx xxxxxx 2020-ci il İş № 2(014)- 156/2020 X9 Ağdaş rayonu, Hüşün kəndi Surəti: Cavabdeh oğlu Ağdaş rayonu, Hüşün kəndi Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-156/2020 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Nizam Əliyev. Ağdaş Rayon Məhkəməsi Göndərilən məktubların reyestri №________ Hakim: Nizam Əliyev Təhvil İşin Soyad, Ad və Atasının adı Göndərilmə № Ünvan alma nömrəsi (təşkilat) növü tarixi Ağdaş rayonu, Hüşün 1 156 X9 Cavablı kəndi Ağdaş rayonu, Hüşün 2 156 Cavabdeh oğlu Cavablı kəndi İş № 2(014)-156/2020 İCRA VƏRƏQƏSİ xx xxxxxx 2020-ci il Ağdaş rayon məhkəməsi Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı qızının Cavabdeh oğluna qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin binasında aşıq məhkəmə iclasında baxaraq qət etdi: İddia qismən təmin edilsin. 28 dekabr 1976 –ci il tarixdə Ağdaş rayon Hüşün kəndində anadan olmuş, Ağdaş rayon Hüşün kəndində yaşayan Cavabdeh oğlundan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxx 2011-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment iddiaçı X13 qızının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh oğlundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. “İcra məmurları haqqında” Azərbaycan Respublikasıl Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hüsablaşma hesabının N:-si: Cavabdeh oğlu – Ağdaş rayon Hüşün kənd Tələbkarın adı,ünvanı, bankdakı hüsablaşma hesabının N:-si: X9 – Ağdaş rayonu, Hüşün kəndi tel:050-691-57-66tel:***-***-**-** İcra vərəqəsi xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan xx xxxxxx 2020-ci il İş № 2(014)- 156/2020 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Şaiq Məmmədova İddiaçı qızının Cavabdeh oğluna qarşı «aliment» tələbinə dair 2(014)-156/2020 saylı mülki iş üzrə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: İcra vərəqəsi, qətnamənin və şəxsiyyət vəsiqələrinin surəti. Məhkəmənin hakimi: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-288/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-288/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver