Məhkəmə qərarları › İş №2(014)-309/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-309/2021

11.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-309/2021 11.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinin sədri İ.Abdullayevin iştirakı ilə İddiaçı Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinə qarşı əsassız yerə saxlanılmış əmək haqqının bərpa olunması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinə qarşı əsassız yerə saxlanılmış əmək haqqının bərpa olunması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Qoşaqovaq bələdiyyəsində əsassız yerə saxlanılmış əmək haqqının bərpa olunması, 4650 manat əmək haqqının birdəfəyə ödənilməsi və pozulmuş hüquqlarının bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o,x xxxx 2015-ci ildən xx xxxxxx 2020-ci il tarixədək Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsində vergi pullarının yığılması vəzifəsində çalışmışdır. Lakin işlədiyi müddətin əmək haqqısı olan 4650 manat əmək haqqı məbləğini bu günə qədər ala bilməmişdir. Dəfələrlə cavabdehən qalmış əmək haqqısının ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinin sədri X1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı Qoşaqovaq Bələdiyyəsinə xx xxxx 2015-ci il tarixdə vergiyığan vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2020-ci ildə işdən azad edilmişdir. İddiaçı bu dövr ərzində 3436 manat əmək haqqı almışdır. Qeyd edir ki, bələdiyyə özünü maliyyələşdirən orqan olduğundan və bu aralar da maliyyə cəhətdən çətinlik çəkdiklərindən iddiaçıya ödənilməmiş 4560 manat qalıq əmək haqqısı qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Ağdaş Rayon Qoşaqovaq Bələdiyyəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki,İddiaçı xx xxxx 2015-ci il tarixdən Qoşaqovaq Bələdiyyəsində vergiyığan işinə təyin edilmiş,xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilmişdir. Bu dövr ərzində 3436 manat əmək haqqı almış və 4560 manat qalıq əmək haqqısı qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 83-cü maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 195-cı maddəsinin tələbinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında araşdırılmış sübutlar və tərəflərin izahatları əsasında müəyyən olundu ki, iddiaçı Ağdaş Rayon Qoşaqovaq Bələdiyyəsində vergiyığan vəzifəsində çalışmış, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilsə də,cavabdeh orqanda 4560 manat qalıq əmək haqqısı qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,cavabdeh Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsindən 4560 manat ödənilməmiş əmək haqqı məbləği tutularaq iddiaçıya ödənilməli,ödənilmiş tələbin məbləği nəzərə alınaraq ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir.İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Qoşaqovaq bələdiyyəsindən qalıq əmək haqqı məbləği olan 4560 manat (dörd min beş yüz altmış manat) tutularaq İddiaçı ödənilsin. Cavabdeh Ağdaş rayon Qoşaqovaq bələdiyyəsindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar