Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-318/2022 24.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 19.07.2010-cu ildə Xaçmaz rayon İHB-nin Uzunoba kənd icra nümayəndəliyində rəsmi nikah qeydə aldırmaqla evlənərək ailə qurmuşlar. Bu barədə eyni tarixdə həmin orqanda 04 saylı nikah qeydi aparılmışdır. Birgə nikahlarından 09 noyabr 2014-cü il anadan olmuş Nişanə, 21 yanvar 2016-cı ildə anadan olmuş Əsmər adlı və 13 noyabr 2018-ci ildə anadan olmuş Ehtiram adlı üç uşaqları vardır. İlk vaxtlar cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan Cavabdeh yaşadıqları evi tərk edərək getmişdir. Bundan sonra cavabdehlə aralarında olan birgə nikahlarının pozulması tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarındakı nikahın pozulması, nikah pozularkən birgə nikahlarından doğulmuş üç uşaqlarının onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(014)- 1191/2021 №-li qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikah pozularkən məhkəmə birgə nikahlarından anadan olmuş 09.11.2014-cü il təvəllüdlü X4, 21.01.2016-cı il təvəllüdlü X6 və 13.11.2018-ci il təvəllüdlü X5onun onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilmişdir. Uşaqlar böyüdükcə tələbatı artsa da, cavabdeh uşaqlarla ümumiyyətlə maraqlanmır, onlara qarşı heç bir diqqət və qayğı göstərmir, heç bir maddi yardım göstərmir. Tərəflərindən aralarındakı münasibətin Mediasiya ilə həlli təklif edilmiş uşaqların saxlanılması üçün alimentin ödənilməsinə dair mübahisə üzrə ilkin mediasiya prossesi keçirilmiş, lakin cavabdehin mediasiya prosessindən imtina etməsi səbəbindən əlavə mediasiya prosessi baş tutmamış, yaranmış mübahisənin həlli üçün tərəflərindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Odur ki, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 09 noyabr 2014-cü il anadan olmuş Nişanə, 21 yanvar 2016-cı ildə anadan olmuş Əsmər adlı və 13 noyabr 2018-ci ildə anadan olmuş Ehtiram adlı üç uşaqlarının 18 yaşı tamam olan günədək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, aylıq cəmi 579 manat sabit pul məbləğində alimentin onun xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılması xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdehin qadın olmasını nəzərə alaraq hər uşaq üçün 80 manat məbləğində aliment tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(014)-1191/2021 №-li qətnaməsinin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Xaçmaz rayon Uzunoba icra nümayəndəliyində qeydə alınmış 19 iyul 2010-cu il tarixli 04 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş və 09.11.2014cü il təvəllüdlü X1, 21.01.2016-cı il təvəllüdlü X3 və 13.11.2018-ci il təvəllüdlü X2 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İ № 384629 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması Ağdaş rayon Qeydiyyat şöbəsində 05.10.2021-ci il tarixdə 137 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 01.01.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdqi edilmiş surətlərindən görünür ki, 09.11.2014-cü il təvəllüdlü X4, 21.01.2016-cı il təvəllüdlü X6 və 13.11.2018-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 11.01.2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqların 18 yaşına çatana qədər onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 yanvar 2022-ci il tarixdən başlayaraq 09.11.2014-cü il təvəllüdlü X4, 21.01.2016-cı il təvəllüdlü X6 və 13.11.2018-ci il təvəllüdlü X5 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 80 manat, cəmi 240 (iki yüz qırx manat) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-318/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-318/2022
24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver