Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-437/2023 28.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsindən azad edilməsi» tələbinə dair işə 28 mart 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsindən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X7 anaları İsrayılova (Babazadə) Günay Ruslan qızının himayəsində saxlanılmış və onların 18 yaşa çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Qeyd etmək istəyir ki, 2021-ci ilin dekabr ayından azyaşlı uşaqlar onun yanında qalırlar və onlara o, baxır.Lakin bütün bunlara baxmayaraq ona aliment hesablanır və aliment ödəmək məcburiyyətində qalır.Hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsindən azad edilməlidir. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(014)-1377/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında bağlanılaraq Ağdaç rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə 16 nömrə ilə qeydə alınmış nikah pozulması, 21 iyun 2006-cı il təvəllüdlü X5 və 16 iyun 2008-ci il təvəllüdlü X7 anaları X2 yanında saxlanılması, xx xxxxx 1976-cı il tarixdə Ağdaş rayon Gürcuva kəndində anadan olmuş Ağdaş rayon Gürcuva kəndində yaşayan İddiaçı xx.xx.2017-ci ildən başlayaraq 21 iyun 2006-cı il təvəllüdlü X5 və 16 iyun 2008-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat alimentin tutulması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Maşad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ 834465 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx.xx.2006ci il tarixdə Rusiya respublikası Tver şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Tver vilayəti “Kalinin rayonu” Munisipal (Bələdiyyə) ərazisinin VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2008-cı il tarixli İ- OH 709881 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 xx.xx.2008-ci il tarixdə Rusiya respublikası Tver şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “alimentin ləğv edilməsi” mübahisə üzrə xx.xx.2022-ci il tarixində, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixində şəxsən məlumatlandırılmışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulu İddiaçı tərəfindən ödənmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Gürcüva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 447 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Gürcuva kənd sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı övladları 2021-ci ilin dekabr ayından hal-hazıradək İsrayılovlar ailəsində Gürcuva kədnində yaşayırlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Gürcüva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 446 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Gürcuva kənd sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Ağdaş rayon Gürcuva kəndində yaşayır və qeydiyyatdadır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat alimentin ödənilməsindən azad edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat alimentin ödənilməsindən azad edilsin. Tərəflər qiyabi qətnamənin ləğvi barədə ərizə ilə 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsinə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-437/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-437/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver