Məhkəmə qərarları › İş №2(014)-461/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-461/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-461/2024 17.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır, İddiaçı Cavabdeh ilə 29 oktyabr 2002-ci ildə Ağdaş RİHB-nin Ləki qəsəbə icra nümayəndəliyində 07 saylı rəsmi nikah qeydə aldırmaqla evlənərək ailə qurub birlikdə yaşamağa başlamışdılar. Birgə nikahlarından xx.xx.2003-cü ildə Nurçin adlı və xx.xx.2007-ci ildə Vahid adlı iki uşaqları anadan olmuşdur.Əvvələr münasibətləri nisbətən normal olmuş, sonradan isə birgə yaşamaqlarının mümkünsüzlüyü ilə bağlı hazırda faktiki olaraq ayrılmışlar və həmin vaxtdan uşaqlar ayrıca olaraq iddiaçının himayəsində qalmışdır. Cavabdeh ötən müddətdə yetkinlik yaşma çatmamış uşağın saxlanması ilə ciddi maraqlanmamış, maddi köməklik göstərməmiş və ya aliment ödəməmişdir. Odur ki, iddiaçinın himayəsində qalmış Vahid adlı uşağın 18 yaşı tamam olan günədək saxlanması üçün alimentin cavabdehdən məcburi qaydada alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Göstərilənlərə əsasən, birgə nikahlarından 22 noyabr 2007-ci ildə anadan olmuş X4 18 yaşı tamam olan günədək saxlanılması üçün hər ay üzrə hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minumumu həddində, yəni 235 (iki yüz otuz beş )manatdan az olmamaqla sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 manatın pulun Cavabdeh alınıb iddiaçının xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh idda tələbinə dair etiraz ünvanlayaraq, iddia tələbini qismən qəbul etdiyini, iddiaçının iddia tələbində 235 manat məbləğində aliment tələb etdiyini, ancaq alimentin miqdarının zəruri olan sübutları iddia tələbindən qeyd etmədiyini və həmin sübutlara dair sənədləri məhkəməyə təqdim etmədiyini, onun rəsmi iş yeri olmadığını, hətta evli olduqları vaxtlarda belə çətinliklə ailəsini dolandırdığını, bundan başqa iddiaçı özü işlədiyini, 450 manata yaxın əmək haqqı və 400 manat çıvarında isə pensiya aldığını, əvvəllər onun maddi imkanı yaxşı olduğunda hazırda 18 yaşı tamam olmuş qızı Nurçinin təhsili üçün 4 il illik 1500 manat təhsil haqqını ödədiyini, lakın hazıda səhətim tam işləməyə imkan vermədiyini, bu səbəbdən də maddi imkanım daha da pisləşdiyini, bundan başqa ölkədə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyini, həmin məbləğ tərəflər arasında yarı bölünməli və ondan 117 manat aliment tutulmalı olduğunu, lakin o uşağımın gələcəyini düşündüyü üçün həmin məbləği 120 manat olaraq ödəyə biləcəyini, bütün yuxarıda qeyd etdiklərimi nəzərə alaraq iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiaçı ilə cavabdehin rəsmi nikahda olmadıqlarını, cavabdehin 3000-ə yaxın gəliri olduğunu cavabdehdən 235 manat alması üçün iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə nümayəndənin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 29 oktyabr 2002-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsinin Ləki qəsəbəsi İƏN nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 025403 saylı nikah haqqında Şəhadətnamədən görünür ki, 29 oktyabr 2002-ci il tarixdə nikaha daxil olmuş, arvada Əhmədova, ərə isə Məcidov soyadı verilmişdir. İşin materiallarında olan 30 noyabr 2007-ci il tarixli Ağdaş rayon RİHB-nin Ləki qəsəbəsi İ.Ə üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 016097 saylı X2 görünür ki, X5 xx.xx.2007-ci ildə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı Vahid oğludur. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, №00068 saylı X3 (İMS) İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X3 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İMS xərci olan 50 (əlli) manat pulu İddiaçı tərəfindən ödənimişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı bir uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh X1 hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 26 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdeh olmuş Cavabdeh 26 fevral 2024-cü il tarixdən başlayaraq, 22 noyabr 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 170 manat Cavabdeh aliment tutularaq İddiaçı verilməli, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat pulun 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2040 (iki min qırx) manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26 fevral 2024-cü il tarixdən başlayaraq, 22 noyabr 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 170 manat Cavabdeh aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat pulun 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 40,40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar