Məhkəmə qərarları › İş №2(014)-467/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-467/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-467/2023 12.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh Ağdaş Bələdiyyəsinin nümayəndəsi X24 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-ci ildə X10 istifadəsində olan torpaq sahəsində ev inşa etdirmişdir. Həmin evdə iddiaçı və digər bacı-qardaşları doğulmuş, orada böyüyüb boya-başa çatmışlar. Doğulduğu 1965-ci ildən bugünə kimi iddiaçı valideynlərinə məxsus qeyd olunan ünvanda yaşamış və hal-hazırda da ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Böyük qardaşı X25 evli olmasını nəzərə alaraq Ağdaş rayon ZDS Ağdaş rayon İcraiyyə Komitəsinin 17 dekabr 1976-cı il tarixli 28 saylı qərarına əsasən atası Şükür Məsimovun istifadəsində olan 22 sot torpaq sahəsindən 600 m2 torpaq sahəsi qardaşı Məsumov Rəsula yaşayış evi tikdirmək üçün verilmişdir. Digər qardaş və bacıları evləndikdən sonra özlərinin şəxsi evlərində yaşayırlar. X10 12 mart 1980-ci ildə, anası X6 isə 3 sentyabr 2000-ci ildə ölmüşlər. 1965-ci ildən bugünə kimi iddiaçı ata mülkündə ailəsi ilə birlikdə yaşamaqda davam etmiş, bugün də yaşayır. 1976-cı ildən 2019-cu ilə kimi qardaşı X27 ayrılmış 600 kv.m. torpaq sahəsi ilə onun istifadəsində qalan 15 sot torpaq sahəsini ayırmaq üçün dəmir setka olmuşdur. 2018-ci ilin mart ayının əvvəlində iddiaçının xəbəri olmadan onun həyətyanı torpaq sahəsi ilə küçəni ayıran daş hasar sökülən zaman, ona məlum olmuşdur ki, 54 il istifadəsində olmuş torpaq sahəsi bələdiyyə tərəfindən cavabdeh şəxsə verilməsi üçün sənədlər hazırlanır. Bununla bağlı Ağdaş Bələdiyyəsinə rəsmi müraciət etmişdir. Onların rəsmi cavabından məlum olmuşdur ki, valideynlərinin və onun istifadəsində olan 0,15 ha torpaq sahəsini cavabdehə verilən torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin sonra ölçü aparan zaman məlum olmuşdur ki, Cavabdeh1 digər cavabdeh Ağdaş Bələdiyyəsi tərəfindən verilən torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsinin hesabına verilmişdir. Hal-hazırda 15 sot əvəzinə 12 sot torpaq sahəsi onun istifadəsindədir. Mübahisə olunan torpaq sahəsi Ağdaş Bələdiyyəsinin qanuna zidd olaraq mülkiyyətinə verilmiş və bununla bağlı xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Bunun da əsasında Cavabdeh1 ilə Ağdaş Bələdiyyəsi arasında xx.xx.2019-cu il tarixdə Ağdaş rayon Notariat ofisində bağlanmış 4Ə-202 saylı alqı-satqı müqaviləsi həyata keçirilmişdir. Rəsmi sorğu əsasında onun vərəsəlik hüququ bir daha tanınmışdır. Bu da onu göstərir ki, cavabdehlər tərəfindən onun mülkiyyət hüququ pozulmuşdur. Ağdaş Bələdiyyəsinin sədri tərəfindən ona verilmiş 24 iyul 2018-ci il tarixli, 155 saylı rəsmi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli, M-750 saylı rəsmi cavablarında ziddiyyətlər mövcuddur. Göstərilənlərə əsasən torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışın və həmin çıxarış əsasında Cavabdeh1 ilə Ağdaş Bələdiyyəsi arasında xx.xx.2019-cu il tarixdə Ağdaş rayon Notariat ofisində bağlanmış 4Ə-202 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin icraatında olan İddiaçı oğİunun iş üzrə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparıİmış qeydiyyatların İəğv edilməsi tələbinə dair iddia ərizəsinə etiraz olaraq bildirilir ki, idarənin elektron və kağız üzərində daşınan arxiv məlumatlarına istinadən sözügedən mübahisə predmeti olan xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus torpaq sahəsinin üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyət hüquqları Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 466 nömrəli qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razıİaşdırılması qaydaları haqqında” əsasnaməyə əsasən prosedur qaydalara əməl edilməklə hüquqların dövlət reyestrində qeydiyyata aİınmışdır. Daha sonra həmin torpaq sahəsi notarial qaydada vətəndaş iş üzrə Cavabdeh1 satılmışdır. İddia tələbinin əsaslandığı məqam yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı olaraq qeyd olunur ki, mülkiyyət dövlət tərəfindən qorunur və üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka dair təminat verilir. Heç kəs əsassız şəkildə mülkiyyət hüququndan məhrum oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin mövcud tələblərinə əsasən məhkəmə təqdim oİunmuş sübutlar əsasında qərar çıxarır. Göründüyü kimi iddia tələbi əsassızdır, həm prosessual baxımdan, həm də hüquqi mövqe baxımından. Ona görə də qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ağdaş Bələdiyyəsinin nümayəndəsi X42 izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yaşayan, iddiaçının qonşusu və qohumları olan X9 məxsus olan həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli Reyestrdən çıxarış və Texniki pasport verilmişdir. Texniki pasporta əsasən müəyyən edilmişdir ki, X7 uzun illər öz hasarı daxilində istifadəsində və zəbtində olan 0,0795 ha torpaq sahəsi vardır. X16 xx.xx.2018-ci il tarixdə Ağdaş Bələdiyyəsinə ərizə ilə müraciət edərək zəbtində olan torpaq sahəsinin bir hissəsinin sənədləşdirilməsini xahiş etmişdir. Vətəndaşın zəbtində və hasarı daxilində olan həmin torpaq sahəsinə Kadastr, Əmlak Komitəsi və Reyestr xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, zəbt edilmiş torpaq sahəsi bələdiyyəyə məxsus olan torpaq sahəsidir. Həmin zəbt edilmiş torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Həmin torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən sənədləşdirilməsi qərara alınmışdır. Mövcud hasarın qonşuluğunda yerləşən X1 məxsus 0,15 ha həyətyanı torpaq sahəsinin, zəbt edilmiş torpaq sahəsinə heç bir aiddiyyəti yoxdur. Fərdi həyətyanı torpaq sahələrinin Ağdaş şəhəri üzrə elektron xəritə bazasında da bu ölçülər dəqiqliklə qeyd edilmişdir. Cavabdeh1 qanuna zidd hər hansı bir hərəkəti olmamışdır. İddia tələbi əsassızdır. İddianın rədd olunmasını məhkəmədən xahş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianın əsassız olduğunu bildirirək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Ağdaş rayon Dövlət Notariat ofisi tərəfindən arxivə verilmiş 1981-ci ildə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin qeydə alındığı reyestr kitabında X3 və iki uşağına xx.xx.1981-ci il tarixdə 6/1950 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi barədə qeydiyyatın aparıldığı müəyyən edilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işi dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilməmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X2 vərəsələri əri X37, qızı X19, qızı Cavabdeh4, oğlu İddiaçı, qızı Cavabdeh6, oğlu Cavabdeh2, oğlu Cavabdeh3, oğlu X38, oğlu X43 və qızı X13 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, 946 nömrəli doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, X10, anası X4r. İşin materiallarında olan Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, 67 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ailə tərkibi 1969-cu il təvəllüdlü X14, 2000-ci il təvəllüdlü X44 və 2002-ci il təvəllüdlü X20 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli 947 nömrəli nikah haqqında arayışdan görünür ki, X37 ilə X6 xx.xx.1957-ci il tarixdə nikahlarını akt qeydləri kitabında 80 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Məsimov, arvada Məsimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli, AZ-İ № 934175 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X37 12 mart 1980-ci il tarixdə Kəskin ürək çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli, AZ-İ № 934188 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 03 sentyabr 2000-ci il tarixdə Kəskin ürək qan damar çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan 1978-ci ilin mart ayında tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, X26 istifadəsində 2 mərtəbəli, 238,4 kv.m ev olmuşdur. İşin materiallarında olan Ağdaş rayon ZDC İcraiyyə Komitəsinin 17 dekabr 1976-cı il tarixli, 28 nömrəli qərarının surətindən görünür ki, şəhərin N.ünvan 3 ünvanında yaşayan X27 52 M-2 yaşayış sahəli, 35 M-2 qeyri yaşayış sahəli bir mərtəbəli yaşayış evi tikdirmək üçün həmin ünvanda yaşayan X21 istifadəsində olan normadan artıq həyətyanı torpaq sahəsindən ayrılaraq 600 M-2 torpaq sahəsinin verilməsi qərara alınmışdır. İşin mateeriallarında olan 03 mart 1981-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12 mart 1980-ci ildə ölmüş X21 vərəsəsi İddiaçı digər vərəsələrlə birlikdə mirasdan bərabər irs almışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, 944 nömrəli doğum haqqında arayışdan görünür ki, X28 xx.xx.1961-ci il tarixdə Ağdaş rayonu, Üzünük kəndində doğulmuş, X10, anası X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, 945 nömrəli doğum haqqında arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1957-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, X10, anası X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, 942 nömrəli doğum haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1955-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, X10, anası X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, 943 nömrəli doğum haqqında arayışdan görünür ki, X29 xx.xx.1963-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, X10, anası X4r. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25 avqust 1993-cü il tarixli Vİ-ЖГ № 262022 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X48 ilə X30 17 dekabr 1985-ci il tarixdə nikahlarını akt qeydləri kitabında 183 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayonu Eymur kənd XDS icraiyyə komissiyası tərəfindən verilmiş 18 noyabr 1986-cı il tarixli İİİ-ЖГ № 499581 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X29 18 noyabr 1986-cı il tarixdə nikahlarını akt qeydləri kitabında 21 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Mütəllimov, arvada Mütəlimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli 948 nömrəli nikah haqqında arayışdan görünür ki, X5 ilə X28 xx.xx.1988-ci il tarixdə nikahlarını akt qeydləri kitabında 167 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İşin materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30 may 2018-ci il tarixli, **********46 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixində İddiaçı iştirakı ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi inventarlaşdırılmışdır. Bu zaman məlum olmuşdur ki, faktiki torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən 0,0323 ha azdır. Çatışmazlıq İddiaçı izah edilmişdir. Lakin İddiaçı iddia edir ki, torpaq sahəsi X22 tərəfindən zəbt edilmişdir. Beləliklə qeydiyyata alınmalı olan daşınmaz əmlakla bağlı mübahisə olduğu üçün hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan Ağdaş rayonu, Ağdaş Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 155 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan, onun qonşusu və qohumları olan X9 məxsus olan həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli Reyestrdən çıxarış və Texniki pasport verilmişdir. Texniki pasporta əsasən müəyyən edilmişdir ki, X7 uzun illər öz hasarı daxilində istifadəsində və zəbtində olan 0,0795 ha torpaq sahəsi vardır. X16 xx.xx.2018-ci il tarixdə Ağdaş bələdiyyəsinə ərizə ilə müraciət edərək zəbtində olan torpaq sahəsinin bir hissəsinin sənədləşdirilməsini xahiş etmişdir. Vətəndaşın zəbtində və hasarı daxilində olan həmin torpaq sahəsinə Kadastr, Əmlak Komitəsi və Reyestr xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, zəbt edilmiş torpaq sahəsi Bələdiyyəyə məxsus olan torpaq sahəsidir. Həmin zəbt edilmiş torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Həmin torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən sənədləşdirilməsi qərara alınmışdır. Mövcud hasarın qonşuluğunda yerləşən X1 məxsus 0,15 ha həyətyanı torpaq sahəsinin, zəbt edilmiş torpaq sahəsinə heç bir aiddiyyatı yoxdur. Fərdi həyətyanı torpaq sahələrinin Ağdaş şəhəri üzrə Elektron xəritə bazasında da bu ölçülər dəqiqliyi ilə qeyd edilmişdir. X1 məxsus olan həyətyanı torpaq sahəsinin torpaq ayırma sənədlərini, fərdi yaşayış evinin texniki pasportunu Ağdaş Bələdiyyəsinə təqdim etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 dekabr 2018-ci il tarixli, **********85 nömrəli məktubdan görünür ki, mərhum X2 Ağdaş şəhərində yerləşən torpaq sahəsinə dair hər hansı əməliyyatın dayandırılmasına səbəb olan əsasın həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 30 sentyabr 2019-cu il tarixli, **********35 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin Cavabdeh1 adına sənədləşdirilməsi ilə əlaqədar Xidmətinin 17 saylı Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron məlumat bazasına əsasən Ağdaş rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-202 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Ağdaş Bələdiyyəsi tərəfindən Cavabdeh1 adına özgəninkiləşdirilmiş, həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 adına qeydiyyata alınmış 0,04 ha torpaq sahəsi mərhum qardaşı arvadı olan X16 tərəfindən zəbt edilmişdir və həmin torpaq sahəsi Ağdaş Bələdiyyəsi tərəfindən rəsmiləşdirilərək Cavabdeh1 satılmışdır. Əlavə məlumat üçün bildirilir ki, mübahisəli 0,04 ha torpaq sahəsi X7 adına qeydiyyata alınmış Ağdaş şəhəri, F.Səfərov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda zəbt torpaq sahəsinin bir hissəsi kimi (0,0795 ha zəbt torpaq hissəsinin tərkibində) öz əksini tapmışdır. ünvan 7 ünbanında yerləşən 0,04 ha torpaq sahəsinin üzərində Cavabdeh1 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir və hal-hazırda həmin evdə yaşayırlar. İşin materiallarında olan 23 aprel 2019-cu il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 9 ünvanında qeydiyyatda olan X45 ilə alıcı ünvan 10vanında qeydiyyatda olan Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 404 kv/m olan torpaq sahəsi satıcı Ağdaş rayon Ağdaş Bələdiyyəsinin nümayəndəsi X45 tərəfindən alıcı Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış barədə məlumatdan görünür ki, ünvan 7 küçəsində yerləşən 0,0404 hektar yaşayış məntəqələrinin torpaqları Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış X36 ödəyicisi barədə Çıxarışın surətindən görünür ki, Maraqlı şəxs3 vergi ödəyicisidir və 701 ********* nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşin materiallarında olan Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, 1427 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 ünvan 11 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli iclasının protokolunun 04 saylı qərarından Çıxarışın surətindən görünür ki, ünvan 13 ünvanda yaşayan Cavabdeh1 19 mart 2018-ci il tarixli ərizəsinin nəzərə alınması, Ağdaş Bələdiyyəsinin inzibati ərazisində yerləşməklə Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan şəhərin F.Səfərov küçəsi 1/9 A ünvanda yerləşən fərdi yaşayış məntəqələrinin torpaq sahəsindən 0,0404 hektarının ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri barədə) 9.1 maddəsinə uyğun olaraq ünvan 14 ünvanda yaşayan Cavabdeh1 mülkiyyətinə satılması barədə sənədlərin nəzərə alınması, ünvan 15 ünvanda yaşayan Cavabdeh1 Ağdaş Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən 0.0404 hektar fərdi ev tikintisi məqsədilə (torpağın hər 0.01 hektarının müvafiq kadastr qiyməti rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0.01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə) satılması, Cavabdeh1 torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə onun dəyərini X18 bankdakı ******************** saylı hesabına ödənilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1052-İV nömrəli Qanunun 9.1-ci maddədə “vətəndaşların mülkiyyətinə”, “bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla”, vətəndaş Cavabdeh1 9.8 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda, bu qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini 5 (beş) il müddətində özgəninkiləşdirə bilməməsi vətəndaş R. Qurbanovaya elan olunması, Cavabdeh1 satılan, şəhərin F. Səfərov küçəsi 1/9 A saylı ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Bələdiyyəsinin nümayəndəsi X45 tərəfindən Notariat ofisinə ünvanlanmış **********695 saylı ərizənin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindənxx.xx.2018-ci il tarixdə Ağdaş rayon Ağdaş Bələdiyyəsi /Ağdaş şəhəri, H.Əliyev Xiyabani 1/ adından X31 verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 404 kv/m; torpaq sahəsini satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejmində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsi xahiş olunmuşdur. İşin materiallarında olan Ağdaş Bələdiyyəsinin 26 yanvar 2015-cii l tarixli birinci iclasının 1 №-li protokolunun surətindən görünür ki, X11 rayon Ağdaş Bələdiyyəsinin sədri seçilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış barədə məlumatdan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,0404 yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinin 02 may 2018-ci il tarixli iclasının protokolunun 06 saylı qərarından Çıxarışın surətindən görünür ki, Ağdaş Bələdiyyəsinin alqı-satqı predmeti olan 404 kv metr və ya 0,0404 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər komminikasiya xəttlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə əlaqədar hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, Mülkiyyət hüququ verilməsi nəzərdə tutulan bu torpaq sahəsi barədə Ağdaş rayon İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 11 oktyabr 2017 - ci il tarixli 112 saylı rəyinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestr xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat mərkəzinin 17 saylı Layihə-Tədqiqat idarəsinin 20 aprel 2018-ci il 1067 nömrəli torpaq sahəsinin planı və ölçüsü aktı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Ərazi şöbəsinin 30 aprel 2018-ci il tarixli 102 nömrəli rəyinin nəzərə alınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Ərazi şöbəsindən, Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestr xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat mərkəzinin 17 saylı Layihə-Tədqiqat idarəsindən və Ağdaş rayon icra Hakimiyyəti və Tikinti şöbəsində müvafiq rəylər alındığı üçün Bələdiyyənin satış məqsədilə çıxarmaq istədiyi 404 kv metr və ya 0,0404 ha torpaq sahəsinə dair toplanmış sənədlər üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı ərazi idarəsindən xahiş edilməsi, qərarın icrasına nəzarətin X32 həvalə edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11 oktryabr 2017-ci il tarixli, 112 nömrəli Ağdaş rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyinin surətindən görünür ki, Ağdaş bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 332 saylı məktubuna əsasən Ağdaş bələdiyyəsinə aid olan həyətyanı məqsədilə hərraca-müsabiqəyə çıxarılması nəzərdə tutulan 0,04 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həyətyanı məqsədilə hərracamüsabiqəyə çıxarılması nəzərdə tutulan 0,04 ha torpaq sahəsi yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan, elektrik, rabitə, nəqliyyat, qaz, su-kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizəsi zolağında yerləşmədiyindən həyətyanı torpaq sahəsi üçün ayrılması məqsədəmüvafiqdir. Tikinti işlərinin layihə-icazə sənədləri qanuna müvafiq qaydada rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırıqdan sonra tikinti işlərinə başlanıla bilər. İşin materiallarında olan həyətyanı məqsədilə müsabiqəyə, hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan ünvan 18 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi barədə verilmiş rəydən görünür ki, müsabiqəyə, hərraca çıxarılaraq və ya bilavasitə mülkiyyətə mülkiyyətə verilməsi nəzərdə tutulan ünvan 18 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları kateqoriyalı, əkin uqodiyalı, həyətyanı təyinatlıdır. Ağdaş şəhərində İ zonada yerləşməklə alqı-satqı predmetidir. Müsabiqəyə, hərraca çıxarılaraq və ya bilavasitə mülkiyyətə mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şxəslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər komminikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında və ictimai tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşmir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin müsabiqəyə, hərraca çıxarılaraq və ya bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********13 nömrəli mütəxəssis rəyindən görünür ki, mərhum X21 adına tərtib edilmiş texniki pasporta əsasən mərhumun adına torpaq sahəsi 0,1554 ha qeyd edilmişdir, faktiki istifadəsində 0,115 ha torpaq sahəsi vardır. Hal-hazırda iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0,115 hektardır. Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə olan 0,0404 ha torpaq sahəsi mövcuddur və mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə edir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli, 3-21-3-35/2-1053/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, iş materiallarına mərhum X21 adına tərtib ediİmiş texniki pasport əlavə edilmədiyindən, həmçinin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, texniki pasporta əsasən iddiaçının istifadəsində nə qədər torpaq sahəsinin olmamasını müəyyən etmək mümkün olmamış, iddiaçının faktiki istifadəsindəə 0,1185 ha torpaq sahəsi var. İş materiallarına mərhum X21 adına tərtib edilmiş texniki pasport əlavə edilmədiyindən, həmçinin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, texniki pasporta əsasən iddiaçının istifadəsində nə qədər torpaq sahəsinin olmasını, eləcə də Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə veriİmiş 0.0404 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan 0.1185 ha torpaq sahəsi ilə Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.0404 ha torpaq sahəsi sərhəd qonşuluğu olmaqla üst-üstə düşmə qeydə aİınmamışdır. Üst-üstə düşmə mövcud deyil. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/2540 saylı ekspert rəyindən görünür ki, işin materiallarına mərhum X21 adına tərtib edilmiş texniki pasport əlavə edilmədiyindən, həmçinin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, texniki pasporta əsasən iddiaçının istifadəsində nə qədər torpaq sahəsinin olmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının faktiki istifadəsində 0,1185 ha torpaq sahəsi var. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iş materiallarına mərhum X21 adına tərtib edilmiş texniki pasport əlavə edilmədiyindən, həmçinin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, texniki pasporta əsasən iddiaçının istifadəsində nə qədər torpaq sahəsinin olmasını, eləcə də Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,0404 ha torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının faktiki istifadəsində olan 0,1185 ha torpaq sahəsi ilə Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,0404 ha torpaq sahəsi sərhəd qonşuluğu olmaqla üst-üstə düşmə qeydə alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, üst-üstə düşmə mövcud deyil. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı Ağdaş Bələdiyyəsinin torpaq sahəsini öz mülkiyyətinə qəbul etməsinə dair çıxarışın və Ağdaş Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir və bunun əsası kimi Ağdaş Bələdiyyəsinin onun mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış aldığını iddia edir və eyni zamanda alqı-satqının predmeti olmuş torpaq sahəsinin də ona (iddiaçıya) məxsus olduğunu bildirir. Bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,1185 ha torpaq sahəsi ilə Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,0404 ha torpaq sahəsi sərhəd qonşuluğu olmaqla üst-üstə düşmə qeydə alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd olunanlardan başqa, işin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 30 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçıya məlum olmuşdur ki, hazırkı mübahisənin predmeti olan müqavilənin bağlanması barədə İddiaçı məlumatlandırılmışdır. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda həmçinin müəyyən edilir ki, qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddət də iddia verilərkən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Z34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar