Məhkəmə qərarları › İş №2(014)-478/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-478/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-478/2024 23.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 27 aprel 2011-ci il tarixdə Ağdaş rayon Nehrəxəlil kənd İcra Nümayədnəliyi tərəfindən rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahlarından 07 iyul 2011-ci il təvəllüdlü X6, 01 mart 2014-cü il təvəllüdlü X8 və 30 dekabr 2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh birgə nikahlarından doğulmuş övladlarının saxlanılmaları üçün heç bir maddi köməklik göstərmir. Övladlarının maddi ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkir. Cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyinə görə aralarında olan nikah əlaqələri Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(012)-4531/2018 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş övladları 07 iyul 2011-ci il təvəllüdlü X6, 01 mart 2014-cü il təvəllüdlü X8 özünün himayəsində saxlanılmış və 07 iyul 2011-ci il təvəllüdlü X6 və 01 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla, ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehlə nikahları pozulduğu dövrdə o, 3-cü övladı 30 dekabr 2018-ci il təvəllüdlü X5 hamilə idi. O, halhazırda övladları ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı adlanan ünvanda yaşayır. Himayəsində azyaşlı övladı olduğuna görə cavabdehin qeydiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə müraciət etməyi mümkün olmamış, ümumiyyətlə azyaşlı övladı iləa evdən kənara çıxmaqda çətinlik çəkir. 09 oktyabr 2023-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi zamanı, cavabdehlə birgə nikahlarından doğulmuş övladları 07 iyul 2011-ci il təvəllüdlü X6, 01 mart 2014-cü il təvəllüdlü X8 və 30 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin 2023-cü ilin oktyabr ayının 20-25-i aralığından başlayaraq, hər ayın 20-25-i aralığında ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Bu səbəbdən də, aliment tələbinin məhkəmə müstəvisində baxılması üçün məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən cavabdehlə birgə nikahlarından doğulmuş 30 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 100 (yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahlarından doğulmuş iki uşağın saxlanılması üçün cavabdeh hər ay ona aliment ödəyir. 30 dekabr 2018-ci il təvəllüdlü X1 üçün heç vaxt məhkəməyə müraciət etmədiyindən hazırda cavabdehdən 100 manat məbləğində aliment tələb edir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul edir. İddiaçı ilə birgə nikahlarından doğulmuş 30 dekabr 2018-ci il təvəllüdlü X1 üçün 100 manat məbləğində alimentin təyin edilməsinə etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 03 noyabr 2012-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 984432 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 07 iyul 2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 26 noyabr 2014-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 435006 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 01 mart 2014-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 11 may 2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 274017 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 30 dekabr 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 09 oktyabr 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş övladları 07 iyul 2011-ci il təvəllüdlü X6, 01 mart 2014-cü il təvəllüdlü X8 və 30 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 300 (üç yüz) manat alimenti İddiaçı 2023-cü ilin oktyabr ayının 20-25-i aralığından başlayaraq hər ayın 20-25-i aralığında İddiaçı şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür. İşin materiallarında olan Ağdaş rayon Məhkəməsinin 2(014)-4531/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2011-ci il tarixdəAğdaş rayon Nehrəxəlil kənd İ/N-liyi tərəfindən bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 07 iyul 2011-ci il təvəllüdlü X6 və 01 mart 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, 07 iyul 2011-ci il təvəllüdlü X6 və 01 mart 2014-cü il təvəllüdlü X4 yetkinlkik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 üç yüz səkkiz manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən üç uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Hər üç uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh 07 iyul 2011-ci il təvəllüdlü X6 və 01 mart 2014-cü il təvəllüdlü X2 üçün hər ay aliment ödəyir, hazırda iddiaçı 30 dekabr 2018-ci il təvəllüdlü X1 üçün alimnet tələb edir. Eyni zamanda tərəflər hər ay hər uşağın saxlanılması üçün 100 manat məbləğində alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 30 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 29 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 29 fevral 2024-cü il tarixdən başlayaraq, 30 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddianın alimentə dair təmin edilmiş hissəsinə münasib olaraq 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 29 fevral 2024-cü il tarixdən başlayaraq 30 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə münasib olaraq 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar