Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-486/2025 17.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh Elburus oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Elburus oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Elburus oğlu ilə birgə nikahdan doğulmuş 09 iyun 2019-cu il təvəllüdlü X5 18 yaşına çatan kimi saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2005-ci ildə ailə həyatı qurmuşlar. xx.xx.2005-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Həmçinin Ağdaş rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-1972/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş X7, X8 və X6 onun himayəsinə verilmişdir. Həmçinin uşaqların 18 yaşına dək saxlanması üçün hər ay 50 manat miqdarında aliment cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Sonradan cavabdeh ilə barışaraq ailə münasibətləri bərpa olunmuş, 09 iyun 2019-cu ildə X12 anadan olmuşdur. Cavabdeh ilə bir müddət birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarında heçbir problem olmamışdır. Lakin bir müddət sonra cavabdeh ilə xasiyyət və xarakteriləri uyğun gəlməməsi, həmçinin ona və övladlarına qayğı göstərməməyi səbəbindən aralarında narazılıqları başladı. Cavabdehlə ilə bu minvalla yenidən ayrılmışlar. Övladları onun himayəsindədir. Bu müddət ərzində cavabdeh birgə dəfə də olsa uşaqları ilə maraqlanmamış, övladların heç bir maddi yardım göstərməmişdir. Ayrıldığı gündən etibarən o və övladları demək olar ki, valideyinin himayəsindədir. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki övladlarının ehtiyaclarını qarşılamaq üçün alimentə ahtiyacı var və buna görədə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sessiyasında iştirak etmişlər. Ancaq cavabdehlə razılığa gəlmək mümkün olmamışdır. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 4 uşaqları dünyaya gəlmişdir. Üç uşaq üçün aliment təyin olunduqdan sonra tərəflərin dördüncü uşaqları dünyaya gəlmişdir. Hazırda həmin uşaq üçün aliment istəyirlər. X1 problemlər var. Ona görə də alimentə ehtiyac vardır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Elburus oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan 30 oktyabr 2024-cü il tarixli 3-16-5/8Q-69-1294-2/2024 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X12 09 iyun 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuş, atası X10, anası İddiaçıdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ/MT035-2024-860 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh Elburus oğlu isə ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 25 sentyabr 2018-ci il tarixli 2(014)-1972/2018 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Elburus oğlu arasında Ağdaş RİHB-nın X11 Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmış 26 yanvar 2005-ci il tarixli nikah qeydi pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından 17 mart 2006-cı il tarixdə anadan olmuş X7, 11 dekabr 2009-cu il tarixdə anadan olmuş X8 və 23 yanvar 2011-ci il tarixdə anadan olmuş X6 adlı uşaqlar İddiaçı himayəsində saxlanılması, Cavabdeh Elburus oğlundan 15 avqust 2018-ci il tarixdən başlayaraq, 17 mart 2006-cı il tarixdə anadan olmuş X7, 11 dekabr 2009-cu il tarixdə anadan olmuş X8 və 23 yanvar 2011-ci il tarixdə anadan olmuş X3 18 yaşına çatan qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 50 manat, cəmi 150 manat miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli 5-32-12/2-B-570/2025 saylı məktubdan görünür ki, ünvan 1 ünvana nümayəndə göndərildi, lakin Cavabdeh Elburus oğlu həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini vətəndaşa çatdırmaq mümkün olmadı. Cavabdeh Elburus oğlunun hal-hazırda harada yaşaması barədə Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin elektron sistemində məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 17 mart 2006-cı il tarixdə anadan olmuş X7, 11 dekabr 2009-cu il tarixdə anadan olmuş X8 və 23 yanvar 2011-ci il tarixdə anadan olmuş X6 adlı 3 uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan münasibətləri pozulduğu üçün onlar aralarında olan nikah Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-1972/2018 saylı qətnaməsinə əsasən pozulmuş, 17 mart 2006-cı il tarixdə anadan olmuş X7, 11 dekabr 2009-cu il tarixdə anadan olmuş X8 və 23 yanvar 2011-ci il tarixdə anadan olmuş X3 iddiaçının yanında saxlanılması qət edilmişdir. Sonradan iddiaçı ilə cavabdeh barışaraq ailə münasibətlərini bərpa etmiş, 09 iyun 2019-cu ildə X12 anadan olmuşdur. Cavabdehlə aralarında olan münasibətləri yenidən pozulduğu üçün onlar faktiki ayrılmışlar. Cavabdeh Elburus oğlu uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı xx.xx.2019-cu il təvəllüdlü X5 18 yaşına çatan kimi saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh Elburus oğlundan xx.xx.2019-cu ildə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.13 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 27 yanvar 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X12 üçün ödəniləcək aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) dövlət rüsumu Cavabdeh Elburus oğlundan alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Elburus oğlundan 27 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.13 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Elburus oğlundan alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-486/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-486/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver