Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-62/2021 19.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı5 və İddiaçı3 nümayəndələri X.Mürsəliyevanın, N.Ağaliyevanın və İddiaçı2 Cavabdehlər İddiaçı5 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1,İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1,İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 mart 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən sənəd üzrə 0.04 hektar, faktiki 0.0503 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində 1978-ci ildə inşa edilmiş iki mərtəbəli, ümumi sahəsi 97.5 kv.metr, yaşayış sahəsi 50.5 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evində iddiaçıların ümumi mülkiyyətinə verilmiş 8/12 hissəsədə payının otaqların sayı və ölçüləri, eləcə də həyətyanı torpaq sahəsi, həyətə giriş-çıxış və nəzərə alınmaqla naturada ayrılıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1,İddiaçı5 və İddiaçı3 iddialarını onunla əsaslandırmışlar ki, Cavabdehlər Cavabdeh1 və X4 biz iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı1 bacı və qardaşları, iddiaçılar İddiaçı5 və İddiaçı3 əmi və bibiləridir. İddiaçıların mərhum valideynləri, baba və nənələri X8 və X2 ölümündən sonra onlardan miras qalmış ünvan 1 ünvanında yerləşən sənəd üzrə 0.04 hektar, faktiki 0.0503 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində 1978-ci ildə inşa edilmiş iki mərtəbəli, ümumi sahəsi 97.5 kv.metr, yaşayış sahəsi 50.5 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evinə məhkəmə qaydasında vərəsəlik işi açdıraraq paylarını müəyyən etmişlər. ünvan 1 ünvanında yerləşən sənəd üzrə 0.04 hektar, faktiki 0.0503 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində 1978-ci ildə inşa edilmiş iki mərtəbəli, ümumi sahəsi 97.5 kv.metr, yaşayış sahəsi 50.5 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evi 05 mart 2020ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində 2/12 hissədə iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı1 və cavabdehlər Cavabdeh1 və X1, 1/12 hissədə isə iddiaçılar İddiaçı5 və İddiaçı3 adına qeydə alınmışdır və bu barədə adlarına 05 mart 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasport işlənmişdir. Cavabdehlərin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarını keçən müddət ərzində heç kəs öz istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi ümumilikdə iddiaçılara düşən 8/12 (2/12+2/12+2/12+1/12+1/12=8/12) hissə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını öz istəyinə uyğun həyata keçirmək məqsədilə cavabdehlərə paylarına düşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin öz aralarında qarşılıqlı razılaşma əsasında ayrılmasını təklif etsələr də torpaq sahəsi və fərdi yaşayış evinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onların mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Cavabdehlərlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Ona görə də cavabdehlərlə paylı mülkiyyətlərində olan torpaq sahəsi və fərdi yaşayış evində qanunla müəyyən edilmiş paylarının naturada ayrılmasına zərurət yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçılar N.Ağaliyeva və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı5 və İddiaçı3 nümayəndələri X.Mürsəliyeva məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər İddiaçı1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçılar onun bacılarıdır. O, hazırda ailəsi ilə birgə mübahisəli evdə yaşayır. İddiaçıların iddiaları ona qarşı olan qərəzlərindən irəli gəlir. O, evin naturada ayrılıb bölünməsinə etiraz edir. Belə ki, həyətin və onun üzərində yerləşən fərdi yaşayış evin şəraiti evin naturada bölünməsini qeyri-mümkün edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçılar onun bacılarıdır. Qardaşı olan Rövşən hazırda ailəsi ilə birgə mübahisəli evdə yaşayır. Mübahisə predmeti olan həyətin və onun üzərində yerləşən fərdi yaşayış evin şəraiti evin naturada bölünməsini qeyri-mümkün edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 mart 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş şəhəri,Şeyx Şamil küçəsi 21-də 0,04 hektar torpaq sahəsi üzərində yerləşən 97,50 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi 2/12 hissədə İddiaçı4,2/12 hissədə İddiaçı2,2/12 hissədə İddiaçı1,2/12 hissədə Cavabdeh1,2/12 hissədə Cavabdeh2,1/12 hissədə İddiaçı5 və 1/12 hissədə İddiaçı3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/0453 saylı arayışdan görünür ki, ünvan 3-də 0,04 hektar torpaq sahəsi üzərində yerləşən 97,50 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin 02 mart 2020-ci il tarixə real bazar dəyəri 32500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, Ağdaş şəhəri,Şeyx Şamil küçəsi 21-də 0,04 hektar torpaq sahəsi üzərində yerləşən 97,50 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/2923 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmik Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 mart 2020-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən sənəd üzrə 0,04 hektar, faktiki 0,0503 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində 1978-ci ildə inşa edilmiş iki mərtəbəli,ümumi sahəsi 97,5 kv.metr,yaşayış sahəsi 50,5 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evinə dair iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1, İddiaçı5, İddiaçı3 ümumilikdə mülkiyyətinə verilmiş 8/12 hissəsində paylarının naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1.,2.2,2.4,2.9 bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələbinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası ilə bağlı münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 10/2923 saylı ekspert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən sənəd üzrə 0,04 hektar, faktiki 0,0503 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində 1978-ci ildə inşa edilmiş iki mərtəbəli,ümumi sahəsi 97,5 kv.metr,yaşayış sahəsi 50,5 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evinə dair iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1, İddiaçı5, İddiaçı3 ümumilikdə mülkiyyətinə verilmiş 8/12 hissəsində paylarının naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1.,2.2,2.4,2.9 bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələbinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan mübahisə predmeti olan torpaq və evin real bölgüsü mümkün olmadığından iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1,İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz manat) manat İddiaçı4,İddiaçı2,İddiaçı1,İddiaçı5 və İddiaçı3 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu, 142595.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-62/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-62/2021
19.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver