Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-198/2020 26.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi paylı və ümumi birgə mülkiyyət hüquqlarına daxil olan daşınmaz əmlakın paylarına uyğun bölünməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi paylı və ümumi birgə mülkiyyət hüquqlarına daxil olan daşınmaz əmlakın paylarına uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 88.14 kvm, hissəsinin və ümumi birgə mülkiyyətlərinə daxil olan 0.0288 ha ölçüdə həyətyanı torpaq sahəsinin ona düşən hissəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması; İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətlərinə daxil olan 0.0288 ha ölçüdə həyətyanı torpaq sahəsinin ona düşən hissəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili X5 məhkəməyə iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin evidən iddiaçılar özlərinə çatan payının ayrılmasını istəyirlər. Belə ki, cavadehlə birgə həmin evdə yaşamaqları qeyri mümkündür. İddiaçıların nümayəndəsi və vəkili X5 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxx 2013-cü il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 50 Cavabdeh yaşayış evinin 16.06 kv.m hissəsi (1 yaşayış otağı) torpaq ümumi birgə, İddiaçı1 yaşayış evinin 88.14 kv.m hissəsi (1 yaşayış otağı) torpaq ümumi birgə, X3 torpaq ümumi birgə və İddiaçı2 ümumi birgə torpaq sahələri vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2012-ci il tarixli şəhadətnamənin surətindən məlum olur ki, xx xxxxxx 2012-ci il tarixdə ölmüş Kazımova (İbrahimova) Arifə Bəhmən qızının vərəsəsi Cavabdehdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2463/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 2225 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evindən iddiaçıların paylarına düşən 88.14 kv.m sahəsini təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxx 2013-cü il tarixli çıxarışı ilə Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 50 Cavabdeh yaşayış evinin 16.06 kv.m hissəsi (1 yaşayış otağı) torpaq ümumi birgə, İddiaçı1 yaşayış evinin 88.14 kv.m hissəsi (1 yaşayış otağı) torpaq ümumi birgə, X3 torpaq ümumi birgə və İddiaçı2 ümumi birgə torpaq sahələri vardır. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi paylı və ümumi birgə mülkiyyət hüquqlarına daxil olan daşınmaz əmlakın paylarına uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 88.14 kvm, hissəsinin və ümumi birgə mülkiyyətlərinə daxil olan 0.0288 ha ölçüdə həyətyanı torpaq sahəsinin ona düşən hissəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması; İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətlərinə daxil olan 0.0288 ha ölçüdə həyətyanı torpaq sahəsinin ona düşən hissəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. ünvan 1 ünvanında yerləşən yaşayış evindən iddiaçıların paylarına düşən payın ayrılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi paylı və ümumi birgə mülkiyyət hüquqlarına daxil olan daşınmaz əmlakın paylarına uyğun bölünməsi» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçılar İddiaçı2 və İddiaçı1 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi paylı və ümumi birgə mülkiyyət hüquqlarına daxil olan daşınmaz əmlakın paylarına uyğun bölünməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-198/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-198/2020
26.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver