Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-93/2024 25.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan yaşayış evinin 1/2 hissədə və torpaq sahəsinin paylara uyğun naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı X1 rayonu, İqriq kəndində 0.0475 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 131.40 kvm-dən ibarət fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi hər birinin payı 1/2 hissə olmaqla, torpaq sahəsinin isə 0.035 ha hissəsinin Cavabdeh, 0.0125 ha hissəsinin isə onun arasında naturada bölünüb ayrılması, payların hər birinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və Çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı X1 rayonu, İqriq kəndində 0.0475 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 131.40 kvm-dən ibarət fərdi yaşayış evi hər birinin payı 1/2 hissə olmaqla, torpaq sahəsi 0.035 ha Cavabdeh, 0.0125 ha isə onun, yəni- İddiaçı mülkiyyətindədir. Cavabdeh qardaşıdır, lakin paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evindən və torpaq sahəsindən mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam hüquqlarına maneəçilik törədir. Payları məlum olduğu paylı mülkiyyətdə payları naturada ayrılaraq bölünmədiyindən mülkiyyətçi kimi payına düşən torpaq sahəsinə və yaşayış evinə dair müstəqil şəkildə, yəni digər payçıdan asılı olmadan sərəncam verə bilmir. Bundan sonra iddiaçının nümayəndəsi qismində vəkili Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, həmin iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş məhkəmə mühəndis tikinti-texniki ekspertizasının rəyində ümumi əmlakın paylara uyğun naturada bölünməsinin mümkün olmadığına dair rəy verilmişdir. AR Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. hesab edir ki, hazırkı halda pay ayrılması mümkün olmadığından mübahisə predmeti olan daşınmaz əmlakın və yerləşdiyi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd olunanlara və AR MPM-nin 53-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı X1 rayonu, İqriq kəndində 0.0475 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 131.40 kvm-dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri Cavabdeh və İddiaçı aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Vəkil elektron ərizədə göstərdiyi tələbi müdafiə edərək, izahatında bildirmişdi ki, ekspertizanın nəticələrinə görə əmlak çıxarışda göstərilən bölgü ilə naturada faktiki uyğun gəlmədiyindən, bölünməsi mümkün olmadığından açıq hərracda satılıb, əldə olunan vəsaitin paylara uyğun bölüşdürülməsini məqsədəmüvafiq hesab edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında vəkilin təqdim etdiyi ərizə ilə tanış olduğunu və əmlakın açıq hərracda satılaraq, əldə olunan vəsaitin paylara uyğun bölüşdürülməsi təklifinə etraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022 ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83 olan Quba rayonu, İqriq kəndi ərazisində yerləşən 0.0475 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 131.40 kvm-dən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/2 hissə olmaqla, torpaq sahəsi 0.035 ha Cavabdeh, 1/2 hissə olmaqla,0.0125 ha İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində 76 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2023cü il tarixli rəyinə əsasən, tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı və Cavabdeh məxsus olan, Quba rayonu, İqriq kəndində yerləşən evin faktiki vəziyyətini, tikililərinin planlı yerləşməsini, yaşayış otaqlarının sayını, tərəflərin 1/2, paylarına düşən yaşayış sahəsinə uyğun yaşayş sahəsinin olmadığını, bir mətbəxin olduğunu, evin yerləşdiyi torpaq sahəsinin yola həmsərhəd olan hasar istiqamətində yerləşdiyini, torpaq sahəsinin üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə yol ilə həmsərhəd olduğunu nəzərə alaraq, tədqiq olunan evin və torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Tədqiq olunan evdən tərəflərin 1/2 payına düşən sahənin 65.7 kv.metr olduğunu, faktiki olaraq isə İddiaçı faktiki istifadəsində olan sahənin 21.3 kv.metr təşkil etdiyini, Cavabdehun faktiki istifadəsində olan sahənin isə 110.1 kv.metr təşkil etdiyini nəzərə alaraq, tədqiq olunan evin tərəflər arasında faktiki istifadə vəziyyətinə görə bölgüsünün Çıxarışda qeyd edilən ½ pay hissələrinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçı paylı mülkiyyətdə olan yaşayış evinin 1/2 hissədə və torpaq sahəsinin paylara uyğun naturada ayrılması və onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspertizanın rəyinə əsasən həmin əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının vəkilinin əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri Cavabdeh və İddiaçı aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqındakı ərizəyə əsasən təklifinə cavabdeh tərəfindən razılıq ifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə İddiaçı Cavabdeh qarşı mübahisə predmeti olan daşınmaz əmlakın və yerləşdiyi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı X1 rayonu, İqriq kəndində 0.0475 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 131.40 kvm-dən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə olunan məbləğ tərəflər arasında paylara uyğun bölünsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-93/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-93/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver